Ev Blog Səhifə 4

“ChatGPT” dünyada ən çox ziyarət edilən saytlardan biri oldu

“Similarweb” şirkətinin tərtib etdiyi siyahıya əsasən “ChatGPT” dünyada ən çox ziyarət olunan saytlar arasında beşinci yeri tutub.

Istifadəçilərin “ChatGPT” saytında keçirdiyi orta vaxt 7 dəqiqə 15 saniyə təşkil edir. Bir ziyarət zamanı onlar adətən təxminən 4,15 səhifəyə baxış keçirirlər. Saytı yalnız bir səhifəyə baxdıqdan sonra tərk edənlərin faizi isə 29,59-dur.

Reytinqin ilk pilləsində “Google” axtarış sistemi qərarlaşıb. Burada istifadəçilər orta hesabla 10 dəqiqə 31 saniyə vaxt keçirirlər və bir ziyarət zamanı 8,91 səhifəyə baxırlar. “Google” saytını yalnız bir səhifəyə baxdıqdan sonra tərk edənlərin faizi isə 26,57-dir.

Populyarlığa görə ikinci yerdə “YouTube” yer alıb. Platformada bir sessiyanın orta müddəti 20 dəqiqə 18 saniyə təşkil edir və istifadəçilər orta hesabla 13,15 səhifəyə baxış keçirirlər. Saytı bir səhifədən sonra tərk edənlərin faizi isə 20,49-dur.

Ən populyar üç sosial şəbəkə arasında “Facebook” və “Instagram” da var.

“Facebook”da istifadəçilər orta hesabla 10 dəqiqə 42 saniyə vaxt keçirirlər və 13,53 səhifəyə baxırlar. Bu göstəricilər “Instagram” üçün 8 dəqiqə 37 saniyə və 13,38 səhifədir. “Facebook”da bir səhifəyə baxdıqdan sonra saytı tərk edənlərin faizi 29,78, “Instagram”da isə 33,12-dir.

Bakının bu ərazisində evlər su qiymətinədir – Bahalaşacaq

Bakının Xətai rayonu NZS qəsəbəsində yerləşən həyət evlərinin su qiymətinə ucuzlaşdığı bildirilir. Həmin ərazidə metro çəkilişi olduğuna görə yaxın gələcəkdə evlərin bahalaşacağı da qeyd olunur.

Məsələ ilə bağlı açıqlama verən daşınmaz əmlak eksperti Elnur Azadovun sözlərinə görə, çəkiləcək yeni metro stansiyası NZS tərəfə düşür, ikinci hissəsi isə “Maşın bazarı” tərəfdə olacaq.

Ekspert bildirib ki, metro tikintisi 10 ildən az çəkmir. Ümumilikdə Bakı- Ağ şəhər layihəsi 1-ci mərhələdə 221 hektardan ibarətdir. 2-ci mərhələsi isə artıq 1500 hektardan çoxdur. Bir hissəsi isə indiki Zığ istiqamətinə kimi gedib çıxır:

“Ərazi olduqca böyükdür. Gələcəkdə NZS qəsəbəsinin tam yenilənməsi planı var. Orada olan yaşayış fondu söküləcək. Onun yerində isə Ağ şəhər davam edəcək. 1-ci mərhələnin ərsəyə gəlməsi üçün təxminən 15 il vaxt sərf olundu. Hələ tam bitməyib. 1500 hektarlıq 2-ci mərhələ isə mənim fikrimcə buna yarım əsrdən çox vaxt lazımdır. Ən azı 30-40 il vaxt lazımdır. Bu baxımdan da NZS qəsəbəsinin sökülməsi, köçürülməsi, Ağ şəhər layihəsinə qatılması üçün çox uzun vaxt lazımdır. NZS qəsəbəsindəki yaşayış fondunun qeyri-leqal şəkildə tikilməsidir. Ona görə ki, Sovet hökuməti vaxtı, şəhər planlanmasında yaşayış üçün nəzərdə tutulmamış, sənaye ərazisi idi. Köhnə Ağ şəhər ərazisi də sənaye zonası olubdur. Orada tikilmiş evlərin 90-95 faizi qeyri-leqaldır. Orada iki və üç mərtəbəli evlər də var. O evlər də 30-cu, 40-cı illərə kimi tikilibdir. Məktəb, polikilinla, digər xidmət göstərən sahələr ümumilikdə Sovet hökuməti vaxtında və sonrakı dövrlərdə yaşayış üçün nəzərdə tutulmamışdır”.

İstanbul görüşü başlamamış “parçalandı” – Ukraynanın bu şərti ilə

Ukrayna Rusiya ilə İstanbulda keçiriləcək danışıqlarda yalnız bir mövzunu müzakirə etməyə hazır olduğunu bəyan edib: 30 günlük atəşkəs.

Bu barədə Ukrayna rəsmiləri “The Wall Street Journal”a (WSJ) məlumat veriblər.

“Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya tərəfi ilə yalnız qeyd-şərtsiz 30 günlük atəşkəsin necə həyata keçirilməsi və monitorinqi məsələsini müzakirə etmək üçün görüşəcəklər”, – deyə rəsmilər bildirib.

Rusiya danışıqlar qrupu mayın 15-də səhər saatlarında İstanbula gəlib. Nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

Ukrayna prezidenti Vladimir Zelenskinin təyyarəsi bir müddət əvvəl Polşadan Türkiyəyə yola düşüb. Bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak məlumat verib.

İstanbulun küçələrinə xüsusi təyinatlılar yeridildi: Nə baş verir?

İstanbulun küçələrinə xüsusi təyinatlılar yeridildi: Nə baş verir?

Rusiya-Ukrayna danışıqlarının təhlükəsizliyini təmin etmək üçün İstanbula xüsusi polis qüvvələri yerləşdirilib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, küçələrdə xüsusi təyinatlıların döyüşçüləri patrulluq edir. Türkiyə prezidentinin ofisi yaxınlığında tam formada və əllərində silah olan döyüşçülər növbətçilik edirlər.

Xatırladaq ki, bu gün Türkiyə prezidentinin İstanbulda yerləşən ofisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılmalıdır.Rusiya-Ukrayna danışıqlarının təhlükəsizliyini təmin etmək üçün İstanbula xüsusi polis qüvvələri yerləşdirilib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, küçələrdə xüsusi təyinatlıların döyüşçüləri patrulluq edir. Türkiyə prezidentinin ofisi yaxınlığında tam formada və əllərində silah olan döyüşçülər növbətçilik edirlər.

Xatırladaq ki, bu gün Türkiyə prezidentinin İstanbulda yerləşən ofisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılmalıdır.

Bu yol tam bağlanacaq – Sürücülərin nəzərinə!

Mayın 17-dən Bakıda bir yol tam bağlanacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə mayın 17-si saat 00:00-dan etibarən İlqar Abdullayev küçəsində – Masazır-Novxanı avtomobil yolu ilə birləşmədən Saray Polis Bölməsinə qədər olan hissədə nəqliyyatın hərəkəti tam dayandırılacaq.

Buna səbəb Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində inşa olunan tunelin giriş hissəsinin tikintisidir. Hərəkət məhdudiyyəti tikinti başa çatanadək qüvvədə qalacaq.

Sürücülərə əvvəlcədən alternativ yollardan istifadə etmələri tövsiyə olunub.

Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı fərmanda dəyişiklik olundu

Prezident İlham Əliyev “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” fərmanda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

Sənədə əsasən, dövlət qulluqçularının hazırlanması işinin təkmilləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dövlət idarəçiliyinə dair nəzəri biliklərinin artırılması, habelə bu sahədə vahid kadr siyasətinin həyata keçiril­məsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akade­miyası dövlət qulluqçuları üçün ixtisasartırma istiqaməti üz­rə əlavə təhsili təşkil etməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunan ixtisasartırma istiqaməti üzrə əlavə təhsil dövlət sifarişi əsasında döv­lət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

İxtisasartırma istiqaməti üzrə əlavə təhsilə cəlb olu­nan dövlət qulluqçularının təhsil aldıqları müddətdə əməkhaqları saxlanılır.

Bu Fərmanda nəzərdə tutulmuş dövlət sifarişinin təşkili və icrası işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Prezidentinin Admi­nistrasiyasına həvalə edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası hər il ixtisasartırma istiqaməti üzrə əlavə təhsilə cəlb olunan dövlət qulluq­çularının siyahısını və sayını müəyyən etməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Aka­demiyası ilə birlikdə ixtisasartırma istiqaməti üzrə əlavə təhsilin həyata keçirilməsini təmin etmək üçün lazımi təbdirlər görməlidir.

Azərbaycanda yeni medal təsis olundu

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis olunub.

Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, yubiley medalı ilə Azərbaycanın fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif ediləcəklər.

Yubiley medalı döşün sol tərəfinə, digər orden və medalları olduqda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılacaq.

“18 May Beynəlxalq Muzeylər Günü: İncəsənət və Tarixin İşığında” adlı Ustad dərsi təşkil olunub

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “18 May Beynəlxalq Muzeylər Günü: İncəsənət və Tarixin İşığında” adlı Ustad dərsi təşkil olunub.
Komplelsin mətbuat katibi Abutalib Turabov bildirib ki, tədbirin məqsədi muzeylərin cəmiyyətin mədəni və elmi həyatındakı rolunu vurğulamaq, muzey işinin inkişaf perspektivlərini müzakirə etməkdir.
Giriş sözü ilə çıxış edən Kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Dr. Rəxşəndə Bayramova Beynəlxalq Muzeylər Gününün yaranma tarixindən bəhs edib. O qeyd edib ki, bu əlamətdar gün 1977-ci ildən etibarən Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə hər il dünyanın müxtəlif ölkələrində qeyd olunur. O, muzeylərin yalnız eksponatların nümayiş olunduğu məkan deyil, eyni zamanda təhsil, tədqiqat və maarifləndirmə funksiyalarını yerinə yetirən mühüm mədəniyyət ocaqları olduğunu vurğulayıb.
Daha sonra çıxış edən pedaqogika üzrə fəlsəfə doktoru, professor Sabir Əmirxanov Beynəlxalq Muzeylər Gününün cəmiyyətin mədəni yaddaşının qorunması baxımından əhəmiyyətini qeyd edib. O bildirmişdir ki, muzeylər keçmişlə gələcək arasında körpü yaradan, insanlara öz tarixini daha dərindən anlamağa imkan verən mühüm qurumlardır. Muzeyşünaslıq elminin inkişafından danışan professor qeyd edib ki, bu sahə yalnız eksponatların toplanması və sərgilənməsi ilə məhdudlaşmır. O, muzeylərin tərbiyəvi və psixoloji təsirindən bəhs edərək, xüsusən gənc nəsildə tarixə və milli irsə marağın formalaşmasında muzeylərin böyük rol oynadığını vurğulayıb. Əmirxanov həmçinin ölkəmizdə muzeyşünaslıq sahəsində təhsil və elmi tədqiqatların genişləndirilməsinin zəruriliyini önə çəkib.
Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, muzeylərin gələcək inkişafı ilə bağlı təkliflər səsləndirilib.

Sabah hava necə olacaq? – PROQNOZ

Mayın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.

Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil?

Türkiyədən Azərbaycana geyim məhsullarının ixracı azalır. Statistikalar da bunu təsdiqləyir. Belə ki, Türkiyə Ticarət Nazirliyinin açıqladığı məlumata görə, 2025-ci ilin ilk rübündə Azərbaycana göndərilən geyim məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

Bəs bu azalmanın səbəbi nədir?

Bir çox alıcı artıq onlayn alış-verişin sərfəli olmadığını düşünür. Əvvəllər mütəmadi olaraq onlayn sifariş verən və qiymətləri münasib hesab edən alıcılar indi bu vərdişlərindən uzaqlaşıblar.

“İndi mən artıq almıram. Əvvəllər az da olsa sifariş edirdim və qiymətlər mənim üçün daha sərfəli idi. İndi əvvəlki qiymətlər olmadığı və bir qədər də bahalaşdığı üçün o qədər də üstünlük vermirəm. Türkiyədən birbaşa brendin saytından sifariş verirdim. İndi isə görürəm ki, artıq orada da qiymətlər yavaş-yavaş qalxır. Bəlkə də buradakı qiymətlərlə o qədər də fərqlənmir. Yenə də qiymətə baxıram, hansı münasibdirsə, ondan istifadə edirəm”, – deyə alıcılardan biri bildirib.

Sorğular da göstərir ki, alıcıların əksəriyyəti onlayn alış-verişi artıq sərfəli hesab etmir. Son dövrlərdə Türkiyədə baş verən iqtisadi dəyişikliklər, inflyasiya və valyuta bazarındakı dalğalanmalar geyim qiymətlərinin artmasına səbəb olub. Bununla yanaşı, çatdırılma xərclərinin və gömrük rüsumlarının yüksəlməsi də əsas amillər sırasındadır.

Hazırda Türkiyədən onlayn sifariş vermək əvvəlki dövrlərlə müqayisədə daha baha başa gəlir.

Ətraflı süjetdə:

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?