Yasamal Rayon İcra hakimiyyətinin başçısı

1976-cı il sentyabrın 27-də Bakı şəhərində anadan olmuşdur. Paytaxtdakı 23 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra aspiranturaya daxil olub. 2004-cü ildə elmi iş müdafiə edərək, Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi adı alıb. Hüquq sahəsində bir sıra elmi məqalələrin müəllifidir. Hüquq üzrə fəlsəfə doktorudur.
1997-ci ildən 2006-cı ilə qədər “Foton” məhdud məsuliyyətli müəssisənin direktoru, 2006-2012-ci illərdə “Vest İndastris AZ” şirkətinin hüquqşünası, 2012-2015-cı illərdə “Kaspian Konsaltinq” auditor şirkətinin hüquqşünası vəzifələrində çalışmışdır.
2015-ci ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Gənclər və idman komitəsinin, Elm və təhsil komitəsinin üzvü olub. Avropa Şurası Parlament Assambleyasında və ATƏT Parlament Assmbleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin üzvü qismində fəaliyyət göstərib. Həmçinin Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri və insan hüquqları komitəsində “İnsan hüquqları və biznes” üzrə məruzəçi olub.
Azərbaycan Respublikası Milli Məclisinin “Parlament” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
Rus və ingilis dillərini bilir.
Evlidir, 2 övladı var.
Şura
S/S | Soyadı, adı, atasının adı | Vəzifəsi |
1. | Həsənov Elşad Eldar oğlu | Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı |
2. | Əfəndiyev Hüseyn Namiq oğlu | Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini |
3. | Muradova Təravət Məmməd qızı | Rayon İcra Hakimiyyəti Başçısının müavini |
4. | Möhbalıyev Xaliq Suliddin oğlu | Rayon İcra Hakimiyyəti Başçısının müavini |
5. | Qarayev Cəmil Azər oğlu | Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri |
6. | İsmiyev Samir Xanbala oğlu | Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri |
7. | Süleymanov Elman Famil oğlu | Rayon Prokuroru |
8. | Əmirov Cəmil Ərziman oğlu | Rayon Polis İdarəsinin rəisi |
9. | Qasımov Elviz İsmayıl oğlu | Ak. M.Ə.Mirqasımov adına Respublika Kilinik xəstəxananın baş həkimi |
10. | Nəbiyev Bəxtiyar Eyvaz oğlu | Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri |
11. | Qurbanov Cavanşir Kazım oğlu | Rayon Ağsaqqallar Şurasının sədri |
Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti
Az-1100, Yasamal rayonu, Mətbuat prospekti, 37a
Faks: (+99412) 533-08-06 Tel: (+994 12)533-05-23, 533-08-00, 533-05-26
E-mail: [email protected]