Bələdiyyə

Bakı şəhəri Yasamal rayonu Yasamal Bələdiyyəsi

Hüquqi ünvan: Bakı şəhəri, A.M.Şərifzadə küç.108-110

Tel. 012 432 52 24 ,012 432 51 78,  012 432 52 43

Fax: 012 432 52 24

web sayt: yasamalbelediyyesi.az

e-mail: [email protected]

Azərbaycan Respublikasında yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin yaranması Ümummilli Liderimiz- Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 12 noyabr 1995- ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının IV bölməsi bələdiyyələrə həsr olunaraq özünün hüquqi statusunu almışdır. Yasamal Bələdiyyəsi Azərbaycan Respublikasında keçirilən ilk bələdiyyə seçkilərində – 12 dekabr 1999- cu ildə yaradılmış və 2000- ci ilin əvvəllərindən fəaliyyətə başlamışdır. Yasamal Bələdiyyəsinə seçilmiş 19 nəfər bələdiyyə üzvi Azərbaycan Respublikası Konstitusiyasının 144- cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının 11 yanvar 2010- cu il tarixli qərarı ilə təsdiqlənmişdir. 2004-cü ilin dekabrın 17-də 2-ci dəfə, 2009-cu ilin dekabrın 23-də 3-cü dəfə, 2014-cü ilin dekabrın 23-də 4-cü dəfə, 2019-cu ilin dekabrın 23-də 5-ci dəfə Yasamal Bələdiyyəsinə 19 nəfər bələdiyyə üzvü seçilmişdir.

Yasamal Rayonu Bələdiyyəsinin üzvləri ( 2019-2024-cü illər ) haqqında məlumat

Sıra №siSoyadı, adı, atasının adıƏsas iş yeri, vəzifəsiTəhsili, ixtisasıPartiyalılığı
1.Məmmədov Tahir  İlyas oğluYasamal Bələdiyyəsi,
sədr
Ali, Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universiteti, hüquqşünasYeni Azərbaycan Partiyası
2.Cəfərov Zakir Ramazan oğluYasamal Bələdiyyəsi,
sədr müavini
Ali,Bakı Dövlət Universiteti, bioloq, Biologiya elmləri namizədi, dosentYeni Azərbaycan Partiyası
3.Muxtarov Emin Əlimuxtar oğluYasamal Bələdiyyəsi,
sədr müavini
Ali, Azərbaycan Beynəlxalq Universiteti, hüquqşünasbitərəf
4.Babayev Zaur Adil oğluYasamal Bələdiyyəsi,
iclas katibi
Ali, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, hüquqşünasYeni Azərbaycan Partiyası
5.Dəmirov Samir Əmrah oğluAS Tikinti Şirkəti, direktorAli,Bakı Dövlət Universiteti, hüquqşünasbitərəf
6.Şeydayev Bəhram Şeyda oğluQarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədriAli, Bakı Dövlət Universiteti,Tarix, Ümum Qoşun Hərbi məktəbi,hərbiçiYeni Azərbaycan Partiyası
7.Ağakərimov Müzəffər Mehdi oğluAbşeron İdman Olimpiya Kompleksinin direktor müaviniAli, Bakı Dövlət Universiteti, Tarixbitərəf
8.Mirzəyev Ramil Kamil oğluYeni Azərbaycan Partiyasının Mərkəzi aparatı, Bölgə kuratoruAli, Azərbaycan Beynəlxalq Universiteti, hüquqşünas, Azərbaycan Dövlət İqtisad Universiteti, iqtisadiyyatın hüquqi tənzimlənməsi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Bələdiyyə idarəetməsiYeni Azərbaycan Partiyası
9.Əsgərov Vüqar Məmməd oğluNeftqazlayihə ETİ, mühəndisAli,Azərbaycan Neft Kimya İnstitutu, mühəndisBöyük Quruluş Partiyası
10.Talıbova Cəmilə Məmmədağa qızıAzərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, aparıcı elmi işçiAli, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ekologiyaYeni Azərbaycan Partiyası
11.Bağırov Rüzgar        Nəci oğluKiçik SahibkarlıqAli, Ali Hərbi Akademiya, Kəşfiyyatbitərəf
12.Qasımova Fəridə Azər qızı4 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi, dərnək rəhbəriAli, Moskva Dövlət Pedaqoji Universiteti, pedaqoqYeni Azərbaycan Partiyası
13.Əliyeva LeylaNatiq qızıBritish Council-da Proqram assisenti, Gənclər üçün Təhsil mərkəzi, beynəlxalq əlaqələr üzrə katibAli, Azərbaycan Dillər Universiteti, İngilis diliYeni Azərbaycan Partiyası
14.Nəcəfova Nuridə Xudaqulu qızıYasamal rayon, 1 saylı Şuşa şəhər tam orta məktəbi, müəlliməAli, Bakı Mühəndislik Universiteti, ibtidai sinif müəlliməsiYeni Azərbaycan Partiyası
15.Cabarova Səmayə Rafiq qızıYasamal rayon, 22 saylı MKİS, kargüzarAli,Azərbaycan Dövlət Pedaqoji Universiteti, FiloloqYeni Azərbaycan Partiyası
16.Əkbərova İlkanə Əflatun qızıYasamal rayon İcra Hakimiyyətində könüllüAli,Bakı Dövlət Universiteti, TarixYeni Azərbaycan Partiyası
17.Daşdəmirov Həsən Daşdəmir oğluYeni Azərbaycan Partiyasının İcra Katibliyində məsləhətçiAli,Neft Akademiyası,  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Bələdiyyə İdarəetməsiYeni Azərbaycan Partiyası
18.Rzayeva Afərin Akif qızıBələdiyyə üzvüAli,Azərbaycan Memarlıq və İnşaat Universiteti,Memarlıq bitərəf
19.Əliyeva Zeynəb Təvəkkül qızıBələdiyyə üzvüAli,Azərbaycan Müəllimlər İnstitutu ,Tarix-CoğrafiyaYeni Azərbaycan Partiyası

Yasamal bələdiyyəsinin aparatı

Sıra №siŞÖBƏLƏRŞÖBƏ MÜDİRLƏRİƏLAQƏ NÖMRƏLƏRİ (Daxili)
1.Maliyyə və İqtisadiyyat şöbəsiNazim Vəliyev15
2.Humanitar və Sosial müdafiə şöbəsiSəmat Mirzəyev16
3.Ərazi İdarəetmə şöbəsiRizvan Mahmudov13
4.İnsan Resurslarının İdarə edilməsi və Sənədlərin Qəbul şöbəsiƏvəz Sadıxov18
5.Vergi və Ödənişlər şöbəsiRəşid Muradov12

 Yasamal Bələdiyyəsində 7 daimi komissiya, İcra aparatının 5 struktur bölməsi və bələdiyyənin nəzdində 24 Məhhəllə Komitəsi fəaliyyət gəstərir.

Keçən dövr ərzində mövcud qanunvericiliyə uyğun olaraq rayonun sosial-iqtisadi inkişafı və yerli əhəmiyyətli məsələlərin qabaqcadan nəzərdən keçirilməsi, onların həlli üçün bələdiyyə iclasına layihə proqramların təqdim edilməsi, bu sahədə səlahiyyətləri daxilində bələdiyyə tərəfindən qəbul edilmiş qərarların həyata keçirilməsinə yardım göstərilməsi məqsədilə bələdiyyənin daimi komissiyalar müəyyənləşdirilərək təsdiq edilmişdir.Eyni zamanda, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın qərarı ilə bələdiyyənin daimi komissiyalarınınişinin gücləndirilməsi ilə bağlı konkret tədbirlər görülmüşdür.

Yerli məsələlərin həllinə dair Rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin fəaliyyətini uzlaşdırmaq, müvafiq müzakirələr aparmaqla təkliflər hazırlamaq, birgə layihələr hazırlayıb həyata keçirtmək, seminarlar təşkil etmək üçün əlaqələndirmə funksiyalarını həyata keçirmək məqsədi ilə məşvərətçi orqan olan Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsinin Koordinasiya Şurası yaradılmışdır. Koordinasiya Şürasının fəaliyyəti nəticəsində rayonun sosial-iqtisadi inkişafı və yerli əhəmiyyətli məsələlərin həllində Yasamal Bələdiyyəsinin rolu və iştirakı xeyli dərəcədə artmış, Rayon İcra Hakimiyyəti ilə Bələdiyyənin əlaqələri daha da möhkəmlənmiş, onların qarşılıqlı fəaliyyəti üçün xeyli iş görülmüşdür.