Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı fərmanda dəyişiklik olundu

1

Prezident İlham Əliyev “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” fərmanda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

Sənədə əsasən, dövlət qulluqçularının hazırlanması işinin təkmilləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dövlət idarəçiliyinə dair nəzəri biliklərinin artırılması, habelə bu sahədə vahid kadr siyasətinin həyata keçiril­məsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akade­miyası dövlət qulluqçuları üçün ixtisasartırma istiqaməti üz­rə əlavə təhsili təşkil etməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunan ixtisasartırma istiqaməti üzrə əlavə təhsil dövlət sifarişi əsasında döv­lət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

İxtisasartırma istiqaməti üzrə əlavə təhsilə cəlb olu­nan dövlət qulluqçularının təhsil aldıqları müddətdə əməkhaqları saxlanılır.

Bu Fərmanda nəzərdə tutulmuş dövlət sifarişinin təşkili və icrası işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Prezidentinin Admi­nistrasiyasına həvalə edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası hər il ixtisasartırma istiqaməti üzrə əlavə təhsilə cəlb olunan dövlət qulluq­çularının siyahısını və sayını müəyyən etməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Aka­demiyası ilə birlikdə ixtisasartırma istiqaməti üzrə əlavə təhsilin həyata keçirilməsini təmin etmək üçün lazımi təbdirlər görməlidir.