Ev Blog

Mərkəzi Rieltor Bürosu fəaliyyətə başladı

Azərbaycanda ilk olaraq daşınmaz əmlak alıcıları ücün hüquqşünas və sertifikatlı peşəkar Rieltor kollektivindən ibarət olan
“MƏRKƏZİ RİELTOR BÜROSU”
fəaliyyətə başlayıb.
“Mərkəzi Rieltor Bürosu” aşağıdakı xidmətləri göstərir :

Daşınmaz əmlakların alqı satqısı və kirayəsi.
Daşınmaz əmlakların qiymətləndirilməsi.
İnvestorlar ücün daşınmaz əmlak sahəsində illik 100 faizlik gəlirlərin təşkili.
Daşınmaz əmlaklarla baglı bazar araşdırmaları.
Təmir, tikinti.
Layihələrin hazırlanması.
Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri.
Müqavilələrin tərtib olunması.
Daşınmaz əmlakların alqı satqısı zamanı hüquqi xidmətlər.
Əlaqə nömrələri 070 385 05 99 055 385 05 99
Mərkəzi Rieltor Bürosunun direktoru, əmlak eksperti Elnur Fərzəliyev.

Uşaqların ölkədən getməsinə icazənin verilməsi. Hüquqlar və vəziflər

Son zamanlar nikahların pozulması sayı artmaqda davam edir. Nikah pozulduqdan sonra uşaqların hər hansı bir valideyni ilə ölkədən çıxarılması məsələsi kəskin etirazla qarşılanır və valideynlərindən hər hansı biri onların ölkədən çıxarılmasına könüllü icazə vermək istəmirlər. Sonda valideynlər məhkəmlərə üz tuturlar. Uşaqların hansı valideynin yanında qalmalarından asılı olmayaraq, onların qayğısına qalmaq və tərbiyə etmək hər iki valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

  Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə ərazi aidiyyətin müəyyənləşdirilməsi zamanı bir sıra məqamlara diqqət yetirilməlidir. Belə ki, bəzi hallarda iddia ərizələrində formal olaraq dövlət orqanının (Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və ya Azərbaycan Respublikasının Miqrasiya Xidməti) və ya digər şəxsləri ikinci cavabdeh kimi göstərilməsi yolu ilə iddia tələbi yönəlməli olmayan cavabdehə görə ərazi aidiyyətinin MPM-in müəyyən etdiyi qaydalara zidd şəkildə dəyişdirilməsinə cəhd edilir. Halbuki, Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin mənasına görə, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə getməsi ilə əlaqədar yaranan mübahisələrdə prosessual tərəf qismində cavabdeh kimi yalnız buna razılıq verməyən, razılığın rəsmiləşdirilməsindən yayınan, yaxud da olduğu yerin müəyyənləşdirilməsi mümkün olmayan digər valideyn çıxış edir.  Qeyd edilən  işlər üzrə iddiaların ərazi aidiyyəti razılıq verməyən və yaxud razılığın rəsmiləşdirilməsindən yayınan digər valideynin rəsmi qeydə alındığı yer üzrə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan valideynə münasibətdə isə onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə müəyyənləşdirməlidirlər. Cavabdeh olan valideyn məhkəmə qərarı (hökmü) əsasında psixiatriya stasionarına, narokoloji-tibb müəssisələrinə məcburi yerləşdirilmiş, eləcə də azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə aid olduqda, onların müvəqqəti yaşadıqları yer həmin müəssisələr hesab edildiyindən, onlara qarşı tələblər həmin müəssisələrin yerləşdiyi yer üzrə məhkəmələrə verilməlidir.

Valideynlərdən biri əcnəbi olduğu hallarda Azərbaycan respublikası Ailə Məcəlləsinin yeddinci bölməsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirak etdikləri ailə münasibətlərinə tətbiq edilməli olan qanunvericiliyə dair qaydalar göstərilmiş, bu Məcəllənin 153-cü maddəsində isə onların birgə və ya ayrı yaşaması faktından irəli gəlməklə valideynlərin və uşaqların hüquq və vəzifələri məsələləri ilə bağlı hansı ölkənin ailə qanunvericiliyinin tətbiqinə dair iki imperativ qayda nəzərdə tutulmuşdur. Başqa bir qayda isə məhkəmənin mülahizəsinə buraxılmışdır. Belə ki, həmin maddənin məzmununa əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi onların birgə yaşadıqları ölkənin qanunvericiliyinə uyğun, uşaqlarla ata-ananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Bununla belə, qanunverici aliment öhdəliklərinə və valideynlərlə uşaqlar arasında digər münasibətlərə, iddiaçının tələbi ilə ərazisində uşaq daimi yaşayan ölkənin qanunvericiliyinin tətbiq olunması imkanını nəzərdə tutmaqla onun tətbiqi mümkünlüyünü məhkəmənin (məhkəmənin öz mülahizəsinə üstünlük verilməklə) mülahizəsinə buraxılmışdır. Odur ki, valideynlərdən birinin əcnəbi olduğu hallarda qanunvericiliyin tətbiqi ilə bağlı istinad edilən tələblərə riayət edilməli olduğu nəzərə alınmalıdır.
Cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddia tələblərinin rədd edilməsi üçün müstəqil əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası (10-cu maddəsinin 2-ci bəndi) valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququnu tanıyır. Digər tərəfdən, uşaqlardan ayrı yaşayan valideynin onlarla ünsiyyət hüququ ilk növbədə uşaqların tərbiyə və təhsili, onların fiziki, psixi sağlamlığı, əxlaqi inkşafına xidmət etməklə, uşağın mənafeyinə zidd olmamalıdır.
Cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəsini almış qətnamənin olduğu halda, məhkəmələr uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddianın təmin edilməsi qənaətinə gəldikdə, qətnamədə iddiaçı tərəfin üzərinə səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna məlumat vermək vəzifəsini qoymalıdırlar. Belə ki, həmin məlumatın verilməsi icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 18.1.2-ci maddəsinə əsasən ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı olan icra sənədi üzrə icraatın borclunun üzürlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduğu müddətdə, yəni səfər müddətində dayandırılması üçün əsas təşkil edəcəkdir.
Uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir.
Verilmiş bu katiqoriya iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, III hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir.

Bu kateqoriya işlər üzrə iddiaçılar bir çox hallarda iddia tələblərini qanunvericiliyin tələblərinə zidd olaraq, yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına-gətirilməsinə, getməsinə-gəlməsinə hüququn tanınması və s. bu kimi məzmunda ifadə edirlər. Halbuki, Azərbaycan Respublikası vətəndaşlarının öz ölkəsinə qayıtmaq hüququ Konstitusiyanın 28-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş konstitusion hüquq olmaqla, hər hansı formada məhdudlaşdırıla bilmədiyindən, ölkəyə gətirilməsinə icazənin verilməsi ilə bağlı tələblərə məhkəmə qaydasında baxıla bilməz. Digər tərəfdən, tələbin hüququn tanınması şəklində ifadə edilməsi də, bir valideynin digər valideynə münasibətdə üstünlüyü baxımından doğru hesab edilə bilməz. Belə ki, ailə qanunvericiliyinin tələblərinə görə, uşağın yanında qalması müəyyən edilmiş valideyn digər valideynə münasibətdə hər hansı üstün hüquqlar əldə etmir, əksinə Ailə Məcəlləsinin 61-ci maddəsində təsbit edilmişdir ki, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.1-ci, 9.2-ci, 11.1-ci və 11.2-ci maddələrinə əsasən, bu kateqoriya işlər üzrə tələb “yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi” məzmununda qoyulmalıdır. Bu baxımdan məhkəmələrə izah edilir ki, iddia tələbinin məzmunu bu şəkildə qoyulmadıqda, məhkəmələr MPM-in 14 və 53-cü maddələrinə əsasən iddiaçıya tələbin dəqiləşdirilməsini təklif edə bilər, təklifin qəbul edilib-edilməməsindən asılı olmayaraq, qətnamənin nəticə hissəsi tələbin məzmunu ilə bağlı qanunvericiliyin göstərişlərinə uyğun olmalıdır.

Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələr ailə münasibətlərindən irəli gələn mübahisələrə aid olduğundan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən, həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakları tələb olunur.
Məhkəmələr iddia ərizənin icraata qəbul edilməsi zamanı iddianın yolverilməzliyinə əsasən icraata qəbul etməkdən imtina edə bilərlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə əsasən uşaqların digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar tələblər üzrə iddia qaldırmaq hüququna malik olan şəxslərin dairəsinə yalnız valideynlər və valideynlərə bərabər tutulan övladlığa götürənlər (əgər uşaq ər-arvad tərəfindən övladlığa götürülübsə) daxildirlər. Miqrasiya Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada valideyn himayəsindən məhrum olmuş uşağın nənə, baba və ya digər qohumu və ya orqanın himayəsinə və yaxud qəyyumluğuna, o cümlədən bir nəfərin övladlığına verildiyi hallarda həmin şəxslərin özü ilə uşağı ölkədən çıxarması üçün hər hansı icazənin alınması tələb olunmur. Qanunvericiliyin sonuncular tərəfindən icazənin verilməsi ilə bağlı tələbi yalnız uşağın təkbaşına getdiyi hallara aiddir.
Bundan əlavə olaraq Azərbaycan respublikası Miqrasiya Məcəlləsinin 11.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması halı olduqda yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə getməsi üçün digər şəxsin razılığı tələb olunmur. Yəni, qeyd olunan halları təsdiq edən sənədlərin olması uşağın bir valideynlə, həmin valideynin notariat qaydasında təsdiq edilmiş razılığının təqdim edildiyi halda isə tək gedə bilməsi üçün yetərlidir.

Azərbaycan Respublikasının Konstitusiyasına  əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (maddə 17, hissə I, II). Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (maddə 34, hissə IV). Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər (maddə 28 hissə III), Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır (Maddə 28 hissə IV).
     Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi) vəzifələrindən biri kimi uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi müəyyən edilmişdir (maddə 3.0.4.). Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir (maddə 51.2). Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər (maddə 58.6). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (maddə 60.4).
  “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Konstitusiyaya uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar (maddə 4). Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır (maddə 5). Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər (maddə 19).
  Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Həmin Konvensiyanın 4-cü bəndinə əsasən isə iştirakçı dövlətlər istər iştirakçı dövlətin daxilində, istərsə də xaricdə valideynlər və ya uşaq üçün maliyyə məsuliyyəti daşıyan digər şəxslər tərəfindən uşağın saxlanmasının bərpa olunmasını təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.
   Avropa Şurasının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində təsbit edilmişdir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Bu Konvensiyasının 9-cu maddəsinə görə, uşaq valideynlərindən ayrılmamaq hüququna malikdir, bunun uşağın ən yaxşı mənafeləri naminə labüd olması və məhkəmə prosesi ilə baş verməsi istisna təşkil edir.
    İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) pesedent hüququna əsasən, uşaqlarla bağlı bütün qərarlar qəbul edilərkən ilk növbədə onların üstün maraqlarının nəzərə alınması ideyasının dəstəklənməsi istiqamətində geniş konsensus (o cümlədən beynəlxalq miqyasda) mövcuddur (Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], § 135; X Latviyaya qarşı [BP], § 96). Uşağın üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur. Bununla belə, valideynlərin maraqları, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ işdəki müxtəlif maraqlar balanslaşdırılarkən nəzərə alınmalı olan amildir (Şahin Almaniyaya qarşı [BP], § 66, Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], § 134). Uşağın ailəsi ilə əlaqələrinin onun üçün münasib hesab edilmədiyi hallar istisna olmaqla, uşağın maraqları onun ailəsi ilə əlaqələrinin qorunub saxlanmasını tələb edir.

Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü,
Bakı şəhər 20 saylı Vəkil Bürosnunun Vəkili Qasımov Rövşən.

Vətəndaşlara bu qurumun adından saxta mesajlar göndərilir

Elan platformalarında məhsul yerləşdirən vətəndaşlara “Azərpoçt” adından saxta mesajlar göndərilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilib ki, dələduzlar Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin adından müxtəlif nömrələr vasitəsilə elan platformalarında məhsul yerləşdirən vətəndaşlara saxta mesajlar göndərir və guya həmin məhsulu almaq istədiklərini bildirirlər.

Məhsulun ödənişini həyata keçirmək bəhanəsi ilə vətəndaşlara saxta keçidlər göndərilir. Həmin keçidlərə daxil olan istifadəçilərdən bank kartı məlumatlarını və digər şəxsi məlumatları daxil etmələri tələb olunur. Bu yolla vətəndaşların maliyyə və fərdi məlumatları ələ keçirilməyə çalışılır.

ETX vətəndaşlara xəbərdarlıq edir ki, bu cür hallarla rastlaşdıqda ehtiyatlı olsunlar, istənilən qurumun adından göndərilən mesajlara dərhal inanmasınlar və məlumatı birbaşa həmin qurumun rəsmi kanalları vasitəsilə dəqiqləşdirsinlər.

Qurum vətəndaşlara şübhəli keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını naməlum mənbələrlə paylaşmamağı tövsiyə edir.

Vətəndaşlara bu qurumun adından saxta mesajlar göndərilir

Elan platformalarında məhsul yerləşdirən vətəndaşlara “Azərpoçt” adından saxta mesajlar göndərilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilib ki, dələduzlar Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin adından müxtəlif nömrələr vasitəsilə elan platformalarında məhsul yerləşdirən vətəndaşlara saxta mesajlar göndərir və guya həmin məhsulu almaq istədiklərini bildirirlər.

Məhsulun ödənişini həyata keçirmək bəhanəsi ilə vətəndaşlara saxta keçidlər göndərilir. Həmin keçidlərə daxil olan istifadəçilərdən bank kartı məlumatlarını və digər şəxsi məlumatları daxil etmələri tələb olunur. Bu yolla vətəndaşların maliyyə və fərdi məlumatları ələ keçirilməyə çalışılır.

ETX vətəndaşlara xəbərdarlıq edir ki, bu cür hallarla rastlaşdıqda ehtiyatlı olsunlar, istənilən qurumun adından göndərilən mesajlara dərhal inanmasınlar və məlumatı birbaşa həmin qurumun rəsmi kanalları vasitəsilə dəqiqləşdirsinlər.

Qurum vətəndaşlara şübhəli keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını naməlum mənbələrlə paylaşmamağı tövsiyə edir.

Azərbaycanda erkən nikah qurbanları ən çox bu RAYONLARDADIR

Azərbaycanda “Ailə Məcəlləsi”nə edilən dəyişikliyə əsasən bu ildən etibarən 18 yaş nikah yaşı olaraq müəyyən edilib və bundan əvvəlki istisnalar ləğv olunub.

Statistikalar isə hələ də erkən nikahla bağlı vəziyyətin ürəkaçan olmadığını göstərir.

Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir.

2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub.

2024-cü il ərzində Azərbaycanda 18 yaşadək qadınlar tərəfindən 1279 uşaq dünyaya gətirilib. Bu göstərici 2023-cü illə nisbətən azalıb. Belə ki, 2023-cü ildə erkən nikah nəticəsində doğulan uşaqların sayı 1742 idi.  

Ən çox hansı rayonlardadır?

Mərkəzi Aran iqtisadi rayonu 167 uşaqla siyahıya başçılıq edir. Bu rayona daxil olan Yevlaxda 18 yaşına çatmayan qadınlar tərəfindən 71 uşaq, Kürdəmir və Ucarda isə hər biri 24 uşaq dünyaya gəlib.

Qarabağ iqtisadi rayonu 164 uşaqla ikinci sıradadır. Ən çox göstəricilər Ağcabədi (55 uşaq) və Bərdə (43 uşaq) rayonlarında müşahidə olunur.

Qazax-Tovuz iqtisadi rayonu üzrə 18 yaşadək analar tərəfindən doğulan 163 uşaq qeydə alınıb. Şəmkir rayonu burada 69 uşaqla fərqlənir. Bundan başqa Gədəbəydə 37, Tovuzda 30 uşağın anasının yaşı 18-dən aşağıdır.

Lənkəran-Astara iqtisadi rayonu 160 uşaqla dördüncü sırada yer alır. Bu rayonda ən çox doğum 80 uşaqla Cəlilabad və 30 uşaqla Masallı rayonlarında olub.

Mil-Muğan iqtisadi rayonu isə 141 erkən doğumla ilk beşliyi tamamlayır. Sabirabad rayonunda erkən nikah nəticəsində doğulan uşaqların sayı 61, İmişlidə isə 37-dir.

Ən aşağı göstəricilər

Şərqi Zəngəzur iqtisadi rayonu ümumilikdə 28 uşaqla ən aşağı göstəriciyə sahibdir. Burada ən yüksək rəqəm Kəlbəcərdədir. Belə ki, Kəlbəcərdə 14 uşaq 18 yaşına çatmamış ana olub, digər rayonlarda isə rəqəmlər 2-5 arasında dəyişir.

Abşeron-Xızı iqtisadi rayonu 30 uşaqla ən aşağı göstəriciyə sahib olan ikinci regiondur. Regiona daxil olan Abşeron rayonunda 18, Sumqayıtda 8, Xızıda isə 4 uşaq erkən nikah sonrası dünyaya gəlib.

Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında da göstəricilər nisbətən aşağı səviyyədədir. 18 yaşına çatmamış uşaq dünyaya gətirən qadınların sayı müvafiq olaraq 40 və 39 uşaq olaraq dəyərləndirilir.

Naxçıvan Muxtar Respublikası

Naxçıvan MR-də ümumilikdə 49 uşaq 18 yaşına çatmayan valideynlər tərəfindən dünyaya gətirilib.
Naxçıvan, Culfa və Şahbuzda erən nikah halı qeydə alınmayıb. Region üzrə ən yüksək göstərici 24 uşaqla Şərur, ən az göstərici isə 4 uşaqla Babəkdir. Bundan başqa Ordubad və Sədərəkdə 6, Kəngərli rayonunda isə 9 uşaq erkən evlilikdən dünyaya gəlib. 

Bakı şəhəri

2024-cü ildə 20 448 paytaxt sakini dünyaya gəlib ki, onların 78-i erkən doğum faktı olaraq qeydə alınıb. Əhalisinə görə ən böyük şəhərlərimizdən hesab edilən Gəncədə isə bu göstərici 17-dir. 

Cərimələrlə bağlı YENİLİK

Sürücülərin məsuliyyətə cəlb olunması ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.  

Qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən, Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara (Məcəllənin 327.1 – 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalara) görə inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxsin inzibati məsuliyyətə cəlb olunması istisna edilib.

Layihədə 45-ci maddəyə təklif edilən dəyişikliyə görə, qərarların icrasının sürətləndirilməsi, elektron sistemlərin effektivliyinin artırılması məqsədilə təkcə Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalara görə deyil, eyni zamanda digər inzibati xətalara görə inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün yaradılan elektron kabinetdə yerləşdirilmədiyi halda da şəxs inzibati məsuliyyətə cəlb olunmayacaq.

Həmçinin qeyd olunan məqsədlərə nail olmaq üçün layihədə 45-ci maddənin yeni redaksiyada verilərək səlahiyyətli orqanlar (qurumlar)tərəfindən baxdıqları inzibati xətalar haqqında işlər üzrə qərarlar (qərardadlar) və protokollar barədə Məcəllə ilə müəyyən edilmiş məlumatların özlərinin informasiya sistemlərinə 24 saat ərzində və 45-ci maddədə nəzərdə tutulan digər hallarda isə dərhal yerləşdirilməsi ilə bağlı müddəaların əlavə edilməsi də təklif edilir.

Bu şəxslər pensiyaya daha erkən çıxa bilər – RƏSMİ

Sığortaolunanın əmək pensiyası hüququ müəyyən edilən zaman orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin müddət üzrə sığorta stajı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrə əsasən nəzərə alınır.

Bu proses necə tənzimlənir, vətəndaş hara və hansı sənədlərlə müraciət etməlidir?

Qeyd edilib ki, pensiya yaşına çatmış və ya əlilliyi müəyyən edilmiş sığortaolunan qulluqetmə müddətinin iş stajına daxil edilərək əmək pensiyası hüququna baxılması üçün qeyd olunan sənədlərlə istənilən DOST mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun istənilən aidiyyəti struktur bölmələrinə müraciət edə bilər.

Onlar pensiyaya erkən yaşda çıxa bilərlər?

“Əlilliyi olan uşağı olan qadınların və kişilərin uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, qanunvericilikdə nəzərdə tutulan digər şərtlər də nəzərə alınmaqla yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Bu güzəşt kişilərə münasibətdə qadın vəfat etdiyi, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.

Əlilliyi müəyyən edilmiş şəxsə qulluq etmə ilə bağlı erkən pensiya hüququ isə qanunvericilikdə nəzərdə tutulmayıb”, – məlumatda bildirilib.

Əminə Əliyeva növbəti hədəfini açıqladı

“İki ildən sonra Olimpiya Oyunları olacaq. Orada yaxşı çıxış edəcəyimə ümid edirəm”.

Bunu kunq-fu üzrə Azərbaycan millisinin tərkibində dünya çempionu olan Əminə Əliyeva deyib.

Gənc idmançının sözlərinə görə, İtaliyanın Peruca şəhərində keçirilən yarışda qızıl medal qazanmaq onun üçün elə də asan olmayıb.

Əminə Əliyeva növbəti hədəfini də açıqlayıb. O, Olimpiya çempionu olmaq istədiyini bildirib.

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə 50 ailə – 207 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Miqren ağrıları zamanı bu qida və içkilər köməyə gələ bilər

Miqren şokolada və qazlı içkilərə qarşı istəyi artıra bilər.

Bu barədə “The Conversation”a Durham Universitetinin Nevrologiya kafedrasının professoru Amanda Ellison bildirib.

Onun sözlərinə görə, miqren ağrıları zamanı kofeinli qazlı içkilərə həvəs artır, hücum başlamazdan əvvəl isə şokolad istəyi gəlir.

Mütəxəssisin fikrincə, hətta ağrı baş verməzdən əvvəl – miqrenin prodromal fazasında – bir çox insan emosional dəstək almaq və ya xüsusi bir şey istehlak etmək arzusuna qapılır. Bəzi insanlar soyuq su içməyə üstünlük verir, bəziləri isə şokolad və “fast-food”a əl atır.

Alimin sözlərinə görə, bütün bu hərəkətlər beynin miqrenin pozduğu kimyəvi tarazlığı bərpa etmək üçün şüursuz cəhdlərini əks etdirir:

“Belə pozğunluqların əsas əlamətlərindən biri serotonin səviyyəsinin azalmasıdır. Şokolad kimi qidalar onu artıra bilər, baxmayaraq ki, şirniyyatlar bəzən miqren tətikləyicisi hesab olunur”.

Professor qeyd edib ki, miqrenin sonrakı mərhələlərində, xüsusən də ağrılı mərhələsində bədəndə damar dəyişiklikləri baş verir. Bu da qəhvə və ya qazlı içkilər içmək istəyini artırır.

“Kola kimi içkilərdə olan kofein ağrı reseptorlarına təzyiqi azaldan vazokonstriktor kimi fəaliyyət göstərir. Bu, kəskin elektrik fəaliyyəti miqren zamanı ağrıya səbəb olan trigeminal sinirin işini normallaşdırmağa kömək edir”, – deyə nevroloq əlavə edib.

Doktor onu da vurğulayıb ki, şəkər və duzun orqanizmdə qlükoza və elektrolit balanssızlığını bərpa etməyə kömək edə bilər.

Bununla belə, doktor bir çox insanın miqren tutması zamanı yeməkdən imtina etdiyini və dərmana, məsələn, serotonin və histamin səviyyələrini tənzimləyən triptanlara müraciət etdiyini bildirib.

“Miqren zamanı dad üstünlüklərindəki dəyişikliklər özünü “qorumağa” çalışan beynin işini əks etdirir. Bu cür reaksiyaların başa düşülməsinə əsaslanan fərdi yanaşma miqren ağrılarının öhdəsindən gəlməyə daha effektiv kömək edir”, – professor vurğulayıb.

Alimlər Marsda həyatın olması ilə bağlı məşhur fərziyyələrdən birini təkzib ediblər

ABŞ-nin Braun Universiteti və İsveçrənin Bern Universitetinin alimləri hazırda Marsda suyun olması ilə bağlı fərziyyəni şübhə altına alıblar.

Elmi iş “Nature Communications” jurnalında dərc olunub.

Əvvəllər hesab olunurdu ki, kraterlərin və qayaların yamaclarında müşahidə edilən sirli qaranlıq zolaqlar suyun mövsümi axınlarının mümkün əlamətidir. Lakin yeni araşdırma tamamilə fərqli bir səbəb irəli sürür: toz və külək.

Alimlər belə nəticəyə gəliblər ki, bu formasiyalar su ilə əlaqəli deyil. Onlar artan külək sürəti və toz yataqları ilə açıq şəkildə əlaqələndirilir.

Zolaqların çox güman ki, dik yamaclarda nazik toz təbəqəsinin çökməsi nəticəsində əmələ gəldiyi düşünülür. Bəzi hallarda buna meteorit zərbələri və ya toz qasırğaları səbəb ola bilər. Bu vəziyyətdə zolaqlar yalnız orbital görüntülərdə su axınlarına bənzəyir, lakin əslində nəmlik ehtiva etmir.

Əgər yamac zolaqları həqiqətən susuzdursa, bu, onların yaşayış üçün yararlı olma ehtimalını azaldır. Bu isə o deməkdir ki, belə bölgələr Yer mikrobiotası ilə çirklənməyə daha az həssasdır. Nəticə etibarilə, yerli həyat potensialına zərər vermədən Marsı tədqiq edə biləcək gələcək missiyalar üçün bu ərazilər daha uyğun hədəf ola bilər.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?