Ev Blog Səhifə 3268

“Dedilər ki, ailə qurduğu şəxs müğənninin keçmiş əridir”

Müğənnilər Sevil və Sevinc Səfərovalar bir müddət əvvəl yayılan ailə qurma xəbərindən söz açıb.

Axşam.az-ın məlumatına görə, “Şou ATV” verilişində qonaq olan bacılar aparıcının bunla bağlı suallarını cavablandırıblar.

Sevilin gizli nikaha girməsi xəbərinə Sevinc əsəbiləşdiyini bildirib:

“Nişan da yox, yazılmışdı ailə qurub. Özü də naxçıvanlı iş adamı ilə. Ötəri yanaşdıq, güldük keçdik. İkinci dəfə toy xəbəri yaysalar belə sakit dayanmayacağıq. Nəslimiz, ailəmiz var. Sevil və Sevinc göbələkdir, sahib çıxanı yoxdur? Bilirsiz, nə qədər insan zəng etdi?

Anam Bakıda yoxdur, həyəcanla zəng edib. Deyir, nə xəbərdi? Hər zaman çalışdıq ki, şəxsi həyatla gündəmə gəlməyək. Niyə bizim həyatımız müzakirə edilsin? Toy olsa da, gizlədəcəyik. İstəmirik müzakirə olunsun.

Ailə başçımız qardaşım sayılır. İndi o da Bakıda yoxdur. Anam 1 aylıq getmişdi qardaşımın yanına, karantin başladı qaldı orada.

Sonra da yazdılar ailə qurduqları şəxs hansısa müğənninin keçmiş əri olub. Müğənninin keçmiş əri yaxşı adam olsaydı, elə onun yanında qalardı”.

31 iyula kimi futbol oynanıla bilməz – Qadağa

Belçika Milli Təhlükəsizlik Şurası peşəkar və həvəskar idman yarışlarının keçirilməsinə iyulun 31-dək qadağa qoyub.

UEFA üzv assosiasiyalardan daxili çempionatların avqustun 3-nə kimi bitirilməsini istəmişdi. Fanat.Az HLN-ə istinadən xəbər verir ki, qadağa səbəbindən Belçikada cari mövsümün oynanılması mümkünsüzdü.

Belçika Pro Liqası Avropada mövsümün erkən başa çatmasını təklif edən ilk çempionat idi. Lakin sonradan məsələ ilə bağlı yekun qərar təxirə salınmışdı. 15 mayda keçiriləcək klubların baş assambleyasında Belçikada futbol turnirlərinin başa çatdığının elan ediləcəyi gözlənilir.

Belçikada növbəti mövsümün iyulun 31-dən sonra başlaya biləcəyinə dair də şübhələr var.

“Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəkləyirik”

“ABŞ Azərbaycan, Türkiyə və Gürcüstanı əlaqələndirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini, həmçinin tamamlanmaqda olan Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyib”.

APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Marşal Fondu ilə keçirilən videokonfransda deyib.

O bildirib ki, ABŞ region ölkələrinin inkişaf etməsinə yardım edən yeni iqtisadi təşəbbüsləri də dəstəkləməyə davam edəcək.

“Bu layihələr əhəmiyyətli layihələrdir. Onların həyata keçirilməsi üçün milyardlarla dollar vəsait xərclənir və tamamlanması üçün uzun vaxt tələb olunur. Hazırda yeni layihənin icrası nəzərdən keçirilir. Gürcüstanda Anaklia və Poti dərin su limanının tikintisi planlaşdırılır. Dərin su limanının tikintisi daha böyük həcmli yük gəmilərinin istifadəsinə imkan verəcək ki, bu da regionun ticarət imkanlarını artıracaq. Fikrimcə bu həm Gürcüstan, həm də qonşu ölkələr üçün faydalı layihədir. Çünki bu alternativ ticarət istiqamətidir. ABŞ bu layihələrin həyata keçirilməsini dəstəkləyəcək, çünki bu layihələr regionun inkişaf etməsinə imkan yaradır”, – deyə C. Kent vurğulayıb.

Videokonfransda Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrdə mövcud olan münaqişələr də müzakirə edilib.

C. Kent qeyd edib ki, ABŞ proqrama üzv ölkələrdə münaqişələrin həllini dəstəkləyir: “Bu münaqişələr bəzən dondurulmuş münaqişələr də adlandırılır. Bura həmçinin şiddətin az olduğu yarım dondurulmuş münaqişələr olan Moldovada Dnestryanı və Dağlıq Qarabağ münaqişələri daxildir”.

Premyer Liqada mövsüm ləğv oluna bilər

EDITORIAL USE ONLY No use with unauthorised audio, video, data, fixture lists (outside the EU), club/league logos or "live" services. Online in-match use limited to 45 images (+15 in extra time). No use to emulate moving images. No use in betting, games or single club/league/player publications/services. Mandatory Credit: Photo by James Heaton/ProSports/Shutterstock (10576496k) The Premier League match day football before the Premier League match between Sheffield United and Norwich City at Bramall Lane, Sheffield Sheffield United v Norwich City, Premier League - 07 Mar 2020

İngiltərə Premyer Liqasında mövsümün erkən başa çatması gündəmə gəlib.

Fanat.Az “Daily Mail”ə istinadən xəbər verir ki, İPL klubları matçların neytral meydanlarda keçirilməsinə razılıq verməsələr, mövsüm vaxtından əvvəl başa çatacaq. Bu barədə Premyer Liqa, EFL və futbol üzrə İngiltərə millisini əhatə edən Liqa Menecerləri Assosiasiyasının rəhbəri Riçard Bivan məlumat verib. Onun sözlərinə görə, hökumət qarşılaşmaların ev-səfər prinsipi ilə keçirilməsini düzgün hesab etmir.

Görüşlərin neytral meydanda oynanılması üçün çempionatda çıxış edən 20 klubdan 14-ü razılıq verməlidi. Artıq “Aston Villa” təklifə qarşı çıxıb.

Almaniyalı nazir: “Pandemiya ən azı bu ilin sonuna qədər davam edəcək”

“Koronavirus pandemiyası ən azı bu ilin sonuna qədər davam edəcək”.

Millitribna.az xəbər verir ki, bunu Almaniyanın Federal Kansler Aparatının rəhbəri, xüsusi tapşırıqlar üzrə nazir Helge Braun “Deutschlandfunk” radiosuna deyib.

“Biz hazırda pandemiyadan sonrakı mərhələni yaşamırıq. Əksinə bir müddət bizimlə olacaq bir pandemiyanın mərkəzindəyik və ən azı bu il üçün belə olacaq”, – deyə H. Braun vurğulayıb.

Qeyd edək ki, mayın 6-da kansler Angela Merkel Almaniyada koronavirusla bağlı tətbiq olunmuş qadağaların yüngülləşdirilməsi ilə əlaqədar addımların atıldığını elan edib. Lakin o bildirib ki, virusa yoluxma sayı yenidən artacağı təqdirdə məhdudiyyətlərin yenidən bərpasına imkan verən mexanizm yaradılıb.(apa)

Plastik kartlarla birdəfəlik ödənişlərin verilməsinə başlanılıb

Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə mayda hər ay üçün yaşayış minimumu qədər (190 manat) birdəfəlik ödənişlərin plastik kartlar vasitəsi ilə verilməsi nəzərdə tutulub.

yasamal.tv bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, Tədbirlər Planına əsasən, “Rabitəbank” ASC 21 min nəfərdən çox vətəndaşa birdəfəlik ödəmələrin təqdim olunmasını həyata keçirməyə başlayıb. Vətəndaşlar “Rabitəbank”ın lokal plastik kartlarını əldə edərək ödəmələrini “Rabitəbank” ATM-lərindən əldə edə biləcəklər.

Ödəmələr yalnız Bakı şəhərində deyil, bankın fəaliyyət göstərdiyi bütün regionlarda da həyata keçirilir. Vətəndaşlar onlara göndərilmiş SMS bildirişdə qeyd edilən “Rabitəbank” filialına yaxınlaşaraq 190 AZN birfəfəlik yardım olan bank kartlarını əldə edə bilərlər.

Qeyd edək ki, birdəfəlik ödəməni yalnız işsizlik statusu rəsmiləşdirilmiş şəxslər ala bilərlər. Qanuna əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və başqaları məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alınmır.(report.az)

Xalq artisti: “Belə getsə, yayı görməyəcəyik”

“Vəziyyət ona doğru gedir ki, qaydalar sərtləşdiriləcək”.

Yenicag.az xəbər verir ki, xanəndə Mənsum İbrahimov marketlərdə sosial məsafəyə və gigiyenik tələblərə əməl olunmadığını təəssüf hissi ilə bildirib:

“Marketə getmişdim, məndən başqa maska taxan yox idi. Hətta mənim maska taxmağıma təəccüblənirdilər. Sosial məsafə gözlənilmir, insanlarda bu qədər arxayınlaşma var. Başa düşürəm hava gözəldi, yazdı, amma biz qaydalara əməl etməliyik ki, bu virus tez qurtarsın, normal həyatımıza qayıdaq, havaya çıxaq. Amma belə getsə, yayı görməyəcəyik, çünki yoluxmanın sayı ikiqat artıb. Vəziyyət ona doğru gedir ki, qaydalar sərtləşdiriləcək.

Ayyarımdır ki, yaşı 65-dən yuxarı olan insanlar evdən bayıra çıxa bilmir. Biz qaydalara əməl edək ki, onların da halına yanaq, çıxmasına şərait yaradaq. Onların hava almağa daha çox ehtiyacları var”.

Güclü radio siqnal yaradan planet aşkarlandı

Beynəlxalq astronomlar qrupu ana ulduz GJ1151-in maqnit sahəsi ilə qarşılıqlı əlaqəsi nəticəsində güclü radio siqnallar yaradan ekzoplanet tapıb.

yasamal.tv xəbər verir ki, bu barədə “Science Alert” məlumat yayıb.

Tədqiqatçılar aşağı radio tezliklərində səmanı skan edən LOFAR radio interferometrindən istifadə edərək müşahidələr aparıb. Və yerdən 26 işıq ili məsafədə yerləşən qırmızı cırtdanda ekzoplanetin olduğunu göstərə biləcək radiasiya kəşf ediblər.

Planet və ulduz arasında qarşılıqlı təsir Yupiterdə və İonun peykində müşahidə olunur. Aşağı tezliklərdə böyük gücə sahib ola bilən dairəvi qütblü radiasiyaya səbəb olur. Sarı cırtdanlara aid Günəşin maqnit sahəsi kifayət qədər güclü deyil və bənzər effekti vermək üçün planetlər ondan çox uzaqdır. Qırmızı cırtdanlarda maqnit sahəsi daha güclüdür.

Elm adamları GJ1151 ətrafında başqa ulduzun fırlanmasının, buna bənzər effekti verə biləcəyini istisna edib. Tədqiqatçıların fikrincə, aşkar etdikləri ekzoplanet qayalıqdır və 1-5 gün ərzində ulduz ətrafında fırlanır.(publika.az)

“Xəyanət edən məmurlar cəzasını alacaqlar” – Əli Əhmədov


“Məmur üçün ədalət anlayışının vacib parametrlərindən biri ona göstərilən etimadı layiqincə doğrultmaqdan, xalqına və ya rəhbərlik etdiyi rayona sədaqətlə, ləyaqətlə xidmət etməkdən ibarətdir. Əgər məmur ona göstərilən etimadı pozursa, xalqına ləyaqətlə xidmət etməkdən ibarət olan vəzifəsini lazımınca icra edə bilmirsə, nəticə etibari ilə bir tərəfdən o insanlara da xəyanət etmiş olursa, hesab edirəm ki, onlar haqqında ciddi ölçülərin götürülməsi tamamilə qanuna uyğundur”.

yasamal.tv azvision.az-a istinadən xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası sədrinin müavini – İcra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, həbs edilən icra başçılarının YAP-ın üzvü olması faktı məyusluq doğurur: “İnsanlara lazımı xidməti göstərə bilməyiblər. Vəzifə borclarını icra edə bilməyiblər və bunların əvəzində tamamilə xoşagəlməyən, cinayətə gətirib çıxaran hallara yol veriblər. Vətəninə, dövlətinə ləyaqətlə xidmət etməyənlər və xəyanət edənlər cəzasını alacaqlar. Necə ki, 5 rayonun icra başçısı cəzalarını alırlar. Güman edirəm ki, məhkəmədə onların cəza alması üçün kifayət qədər əsasların olduğu sübuta yetiriləcək.

Yeni Azərbaycan Partiyası çalışır ki, özünü bu kimi xoşagəlməz xasiyyətləri olan insanlardan xilas etsin. Amma təəsssüf ki, partiya sıralarında bu cür insanlar var. Bu, bizim üçün də siqnal olmalıdır”.

YAP sədrinin müavini qeyd edib ki, partiya üzvü olan icra başçıları ilə bağlı məhkəmə hökmündən sonra lazımı qərar qəbul ediləcək: “Amma indidən onlar öz törətdikləri hərəkətləri və əməlləri ilə özlərini Yeni Azərbaycan Partiyasından kənarda qoyublar”.

İtaliyada koronavirusu məhv edən vaksin hazırlandı

 

İtaliyalı alimlər koronavirusu məhv etmək gücündə olan ilk vaksini yaratdıqlarını bildiriblər.

Militribuna.az xəbər verir ki, bu barədə “Daily Mail” agentliyi məlumat verib.

Vaksin laboratoriyada siçanlar üzərində sınaqdan keçirilib.

Gəmiricilərə iynə vurulduqdan sonra onlardan anticisimlər götürülüb və sınaqların ilkin nəticələri göstərib ki, anticisimlər COVID-19-un insan hüceyrələrinə yoluxmasını dayandırmağa qadirdir.

Vaksinin insanlar üzərində sınağı bu ilin payızında başlanacaq.

Qeyd edək ki, İtaliya dünyada koronavirusun ən sürətlə yayıldığı ölkələr sırasında ilk beşliyə daxildir.(virtualaz.org)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?