Ev Blog

Mərkəzi Rieltor Bürosu fəaliyyətə başladı

Azərbaycanda ilk olaraq daşınmaz əmlak alıcıları ücün hüquqşünas və sertifikatlı peşəkar Rieltor kollektivindən ibarət olan
“MƏRKƏZİ RİELTOR BÜROSU”
fəaliyyətə başlayıb.
“Mərkəzi Rieltor Bürosu” aşağıdakı xidmətləri göstərir :

Daşınmaz əmlakların alqı satqısı və kirayəsi.
Daşınmaz əmlakların qiymətləndirilməsi.
İnvestorlar ücün daşınmaz əmlak sahəsində illik 100 faizlik gəlirlərin təşkili.
Daşınmaz əmlaklarla baglı bazar araşdırmaları.
Təmir, tikinti.
Layihələrin hazırlanması.
Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri.
Müqavilələrin tərtib olunması.
Daşınmaz əmlakların alqı satqısı zamanı hüquqi xidmətlər.
Əlaqə nömrələri 070 385 05 99 055 385 05 99
Mərkəzi Rieltor Bürosunun direktoru, əmlak eksperti Elnur Fərzəliyev.

Ankara MƏQSƏDİNİ AÇIQLADI – “Hər kəs masanı alt-üst edərkən…”

Rusiya və Ukrayna arasında danışıqların təşkilində Türkiyənin yeganə məqsədi regionda sülhün bərqərar olmasıdır.

Bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömər Çelik “AHaber” telekanalının efirində deyib.

“Türkiyə üçün yeganə fayda qlobal və regional sülhün bərqərar olması və onun qorunub saxlanmasıdır. Bundan başqa Türkiyənin heç bir məqsədi və ya gizli gündəmi yoxdur”, – partiya sözçüsü bildirib.

Çelik əlavə edib ki, Türkiyə hər kəs masanı alt-üst edərkən danışıqları təşkil etməyə davam edir.

Xatırladaq ki, mayın 11-də gecə çıxışı zamanı Vladimir Putin Ukraynaya 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib. Dövlət başçısının sözlərinə görə, bundan sonra Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb və saziş layihəsini rədd edib. Rusiya tərəfinin məlumatına görə, bu, Qərb tərəfdaşlarının təzyiqi ilə baş verib. Putin Kiyevə mayın 15-də İstanbulda danışıqları heç bir şərt olmadan bərpa etməyi təklif edib.

Beyin qanamaları genetik də ola bilir – Neyrocərrahdan açıqlama

Beyin qanamaları anadangəlmə patalogiya kimi də özünü göstərə bilər. Bəzi ölkələrdə daha çox rast gəlinir, məsələn Yaponiya və Finlandiyada rastgəlmə faizləri daha yüksəkdir. Bir sıra Avropa ölkələrində, o cümlədən Azərbaycanda orta statistika mövcuddur.

Bunu müsahibəsində Respublika Neyrocərrahiyyə Xəstəxanasının neyrocərrahı Elşən Hüseynzadə deyib.

Mütəxəssis bildirib ki, hamiləlik dövründə hormonal dəyişikliklər, təzyiq tərəddüdləri beyin qanamaları riskini artırmış olur.

“Xəstəliyin ən problemli tərəfi adətən 30-50 yaşlarda, insanın ən aktiv, çiçəklənən dövründə qeydə alınır. Vaxtında müdaxilə edilmədikdə ölüm faizi çox yüksəkdir. Əməliyyat etdiyimiz və sağalan xəstələrin çoxunda müşahidə edirik ki, onlar vaxtilə daha çox baş ağrılarından əziyyət çəkiblər. Ona görə də orta yaşlı insanlarda daimi baş ağrıları mövcuddursa, miqren, başqa tip baş ağrıları varsa, hər ehtimala qarşı MRT müayinəsindən keçmələri tövsiyə edilir.

Onu da qeyd edim ki, beyin qanamaları genetik də ola bilir. Həm ata, həm ana tərəfindən keçmə ehtimalı var”, – deyə E.Hüseynzadə bildirib.

Roma Papasından dünya liderlərinə ÇAĞIRIŞ

Roma Papası XIV Lev ilk bazar günü moizəsində Ukrayna və Yaxın Şərq, həmçinin Hindistan ilə Pakistan ilə bağlı sülh çağırışı edib.

Vatikanın başçısı Müqəddəs Pyotr meydanında “Göylərin Kraliçası” duasından sonra etdiyi çıxışında İkinci Dünya Müharibəsinin 60 milyon insanın həyatına son qoyduğunu xatırladıb və müasir dövrün siyasi liderlərinə çağırış edib.

Papa Ukraynada ədalətli və dayanıqlı sülhün təmin olunmasına, Qəzzada atəşin dayandırılmasına, girovların azad edilməsinə, humanitar yardımların çatdırılmasına çağırıb: “Sürətli və ədalətli sülhə nail olmaq, bütün əsirlərin azad edilməsi və uşaqların ailələrinə qaytarılması üçün mümkün olan hər şeyi etməyə çağırıram”.

Papa Hindistan ilə Pakistan arasında atəşkəsin əldə olunması xəbərini məmnuniyyətlə qarşıladığını vurğulayıb və yaxın gələcəkdə bu ölkələr arasında barışıq sazişinin imzalanacağına ümid etdiyini vurğulayıb.

İran və ABŞ razılığa gəldilər – Yaxın vaxtlarda…

İran və ABŞ yaxın vaxtlarda İranın nüvə proqramı ilə bağlı danışıqların beşinci mərhələsini keçirəcək.

Bu barədə IRIB telekanalı məlumat yayıb.

“Tərəflər razılaşıblar ki, danışıqların növbəti raundu yaxın vaxtlarda iki ölkə arasında koordinasiyadan sonra Omandan olan koordinatorun əməkdaşlığı ilə baş tutsun”, – məlumatda deyilir.

Mayın 11-də Oman tərəfinin vasitəçiliyi ilə Maskatda ABŞ və İran arasında dolayı danışıqların dördüncü raundu keçirilib. İki həftəlik fasilədən sonra danışıqlar davam etdirilib. Tehran və Vaşinqton arasında dolayı danışıqların birinci və üçüncü raundu müvafiq olaraq aprelin 12 və 26-da Omanda, ikincisi isə aprelin 19-da İtaliyanın paytaxtı Romada keçirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehran və Vaşinqton arasında keçirilən dolayı danışıqların dördüncü mərhələsini şərh edib. O, görüşün “çətin, lakin faydalı” olduğunu deyib.

Hindistan və Pakistan buna görə 3 dəfə müharibə edib

Hindistan və Pakistan kimi iki nüvə gücü arasındakı aşağı intensivlikli müharibə bütün dünyada ciddi narahatlıq doğurur. Bu toqquşmaların regional balansı poza, hətta qlobal münaqişələrə səbəb ola biləcəyi qeyd olunur. Münaqişənin əsas səbəbi isə tərəflər arasında uzun illərdir həll olunmayan Kəşmir bölgəsi problemidir.

Bu barədə danışan Hindistanın tanınmış tarixçilərindən olan Sajal Nag iki ölkənin həm Kəşmir, həm də Banqladeş məsələləri ilə bağlı indiyə qədər üç dəfə müharibə apardığını xatırladıb.

“Barışıq ancaq hər iki xalqın öz tarixi ilə üzləşməsi və birgə keçmişlərini qəbul etməsi ilə mümkündür. Hindistan və Pakistan arasındakı münaqişələrin əsasında tarixi bir travma və sağalmayan bir yara dayanır. Münaqişənin iqtisadi və beynəlxalq aspektləri olsa da, əsasən bu qarşıdurmalar bir cəmiyyət və mədəniyyət travmasının izlərini daşıyır. Müsəlman və hind kimlikləri üzərindən baş verən bölünmə böyük kütləvi qırğınlarla nəticələndi və bu, iki xalqın ortaq gələcək qurmaq şansını demək olar ki, həmişə əngəllədi”, – o bildirib.

Qeyd edək ki, ötən gün Pakistan və Hindistan arasında atəşkəs barədə razılıq əldə edilib. Daha sonra isə iki ölkə arasında atəşkəsin pozulduğuna dair görüntülər yayılıb.

İlham Əliyev Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.

Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

Qeyd edək ki, kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının, o cümlədən məktəb binasının damında da Günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Yeni istifadəyə verilən Kəngərli tam orta məktəbi bunun daha bir nümunəsidir.

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı – RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.

Bu artım Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarında yer alıb. Ən yüksək artım Ağ Şəhər ərazisində müşahidə edilib.

Həmçinin Nardaran bağlarında torpaq 70 % bahalaşıb.

Rusiyadan vətəndaşlarına çağırış: Bu ərazilərə getməyin!

Rusiyanın Hindistandakı səfirliyi Rusiya vətəndaşlarına Yeni Dehli və İslamabad arasında artan münaqişə fonunda ölkənin təhlükəli ərazilərindən uzaq durmağı tövsiyə edib.

Nazirliyin müvafiq bəyanatı rəsmi “Telegram” kanalında dərc olunub.

Rusiya səfirliyinin qeyd etdiyi kimi, hazırda Hindistan hakimiyyəti bir neçə hava limanını eyni anda bağlayıb. Qucarat, Pəncab, Racastan, Himaçal Pradeş ştatlarında və Cammu və Kəşmir, Ladax və Çandiqarh birlik ərazilərində hava limanları fəaliyyət göstərmir. Üstəlik, belə bir tədbir təhlükəsizliklə bağlıdır. Hava limanları mayın 15-dək bağlı qalacaq.

“Hindistana səyahətinizi planlaşdırarkən bunu nəzərə alın və mümkünsə təhlükəli ərazilərə getməyin”, – bəyanatda deyilir.

Bu arada İslamabad və Yeni Dehli arasında vəziyyət gərgin olaraq qalır. Bu yaxınlarda Hindistan Pakistana qarşı növbəti zərbələr endirib. Ərəb dənizindəki obyektlərə hücum edilib. İslamabad da öz növbəsində düşmən təyyarələrini vurmağa davam edir.

Ən son olaraq ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistanın atəşkəsə razılaşdılarını açıqlayıb.

Yeni Papa həyəcan təbili çaldı – Bu, bəşəriyyətin ən mühüm problemidir

Yeni Roma Papası XIV Leo süni intellekti bəşəriyyətin ən mühüm problemlərindən biri adlandırıb.

Bu barədə Associated Press məlumat yayıb.

O, sələfi Papa Fransiskin bəzi əsas prioritetlərinə diqqəti davam etdirəcəyini vəd edib və, I Frensiskin “qiymətli irsinin” qorunub saxlanmasına çağırıb.

Prezident ilk dəfə AÇIQLADI – “Şuşanı Xankəndi ilə…”

“Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik”.

Bunu Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.

“Bu gün səhər Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda, biz Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək.

Bildiyiniz kimi, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq”, – deyə ölkə başçısı bildirib.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?