
İngiltərə Premyer Liqasında mövsümün erkən başa çatması gündəmə gəlib.
Fanat.Az “Daily Mail”ə istinadən xəbər verir ki, İPL klubları matçların neytral meydanlarda keçirilməsinə razılıq verməsələr, mövsüm vaxtından əvvəl başa çatacaq. Bu barədə Premyer Liqa, EFL və futbol üzrə İngiltərə millisini əhatə edən Liqa Menecerləri Assosiasiyasının rəhbəri Riçard Bivan məlumat verib. Onun sözlərinə görə, hökumət qarşılaşmaların ev-səfər prinsipi ilə keçirilməsini düzgün hesab etmir.
Görüşlərin neytral meydanda oynanılması üçün çempionatda çıxış edən 20 klubdan 14-ü razılıq verməlidi. Artıq “Aston Villa” təklifə qarşı çıxıb.