Pakistanda avtobus qəzası: 10 ölü, 35 yaralı

16

Pakistanda toydan qayıdan insanlarla dolu avtobus qəzaya uğrayıb.

yasamal.tv-ın məlumatına görə, faciə Sindh əyalətinin Larkana bölgəsində baş verib.

Qəza nəticəsində dördü uşaq olmaqla, 10 nəfər ölüb, 35 nəfər isə yaralanıb. Yaralananlardan 20 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

Polis faciə ilə bağlı açıqlama verib və avtobusun traktorla toqquşma nəticəsində aşdığı qeyd olunub.(Haber Global)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin