“Twitter” mikrobloqlar xidmətində “Clubhouse” sosial şəbəkəsinə bənzər “Spaces” xidməti fəaliyyətə başlayacaq.
yasamal.tv xəbər verir ki, bu barədə TASS xəbər yayıb.
Bildirilir ki, yeni funksiyanın sınanmasında şirkətin qurucusu Cek Dorsey iştirak edib.
Funksiyanın test nəticələri barədə hələ məlumat verilməyib.
Hazırda yeni xidmət “iOS” və “Android” əməliyyat sistemli cihazların məhdud sayda istifadəçiləri üçün mövcuddur.