Prezident: “Hazırda Tacikistanda koronavirus yoxdur”

12

“Hazırda Tacikistanda koronavirus yoxdur, o, bizdə tamamilə məhv edilib”.

yasamal.tv report.az-a istinadən xəbər verir ki, bunu Tacikistanın Prezidenti Emoməli Rahmon açıqlayıb.

Bununla birgə, ölkə başçısı insanların təhlükəsizlik tədbirlərini gözləməli olduğunu xatırladıb.

Onun sözlərinə görə, 2020-ci ildə Tacikistan hökuməti səhiyyə sisteminə 1,6 milyard somoni (145 milyon ABŞ dollarından çox) əlavə vəsait ayırıb və ölkədə təcili olaraq 30-a yaxın yeni xəstəxana istifadəyə verilib.

Tacikistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 15 gündür koronavirusa yeni yoluxma faktı aşkarlanmayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin