Gənc popçu Castin Biber sosial media hesabında şəxsi həyatı ilə bağlı paylaşım edib.
yasamal.tv axşam.az-a istinadən bildirir ki, müğənni 2014-cü ildə içkili halda avtomobil idarə etdiyinə görə düşdüyü həbsdə yaşadığı ağır günlərindən yazıb.
“7 il əvvəl həbs edildim. Əlbəttə, həmin anlar məni qürurlandırmır. Həbsdəki hər günüm mənə əzab verirdi. Dərdli və kefsiz idim. Səhv yönləndirilmişdim və səhv anlaşılırdım. Həmin vaxt geyim tərzimdə qəribə idi. İndi yadıma düşəndə gülməyim gəlir” deyə, Castin bildirib.