Azərbaycandan Gürcüstana çay ixracı artıb

12

2020-ci ildə Gürcüstan Azərbaycandan 4,81 milyon ABŞ dolları dəyərində 778,5 ton çay tədarük edib.

yasamal.tv xəbər verir ki, bu barədə Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə məhsulun həcmi 43,2 ton və yaxud 5,8% artıb.

Ötən il qonşu ölkədən Azərbaycana 2,1 milyon ABŞ dolları dəyərində 301,5 ton çay ixrac olunub ki, bu da 2019-cu ilin eyni göstəricisindən 47,6 ton və yaxud 18,7% çoxdur.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin