Görüşdə yeganə qolu 14-cü dəqiqədə Neymar vurub
Dünən “Stad De Fransda” stadionunda baş tutan Fransa kubokunun final matçında PSJ Sent-Etyennlə qarşılaşıb.
yasamal.tv xəbər verir ki, görüş Paris klubunun 1-0 qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 14-cü dəqiqədə Neymar vurub. Bununla PSJ 13-cü dəfə Fransa kubokuna yiyələnib.
Fransa Liqasının da erkən çempionu elan olunan PSJ mövsümü qızıl dublla başa vurub.