Bakıda bıçaqlanma hadisəsi baş verib.
yasamal.tv-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Sadıqov Ağaəli Məmmədhəşim oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.
A.Sadıqovun anasının dediyinə görə, hadisəni öz qohumları törədib. A.Sadıqovun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(report)