Xaricdən Azərbaycana gətirilən meyvə-tərəvəz artıb

10

Bu ilin 6 ayında (yanvar-iyun) Azərbaycana idxal edilən meyvə-tərəvəz artıb.

yasamal.tv Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, sözügedən dövrdə ölkəyə 195,6 min ton meyvə-tərəvəz gətirilib.

İdxal edilən meyvə-tərəvəzin dəyəri 111,8 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında ölkəyə 101,4 milyon dollarlıq 180 min tonadək meyvə-tərəvəz idxal olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin