Ev Blog Səhifə 6

Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar – FOTO

Ermənistanda doğum yeri “Azərbaycan” yazılan pasportların hələ də qüvvədə olması qalmaqal yaradıb.

Qarabağın işğalı dövründə Azərbaycan ərazilərinə köçürülmüş ermənilərə verilən Ermənistan pasportlarında doğum yeri kimi “Azərbaycan” göstərilirdi. Bu, Qarabağın Azərbaycan ərazisi, Ermənistanın isə işğalçı olduğunu təsdiq edən fakt olsa da, rəsmi İrəvan bunu dəyişə bilmirdi. Çünki Qarabağ və işğal olunmuş digər ərazilər beynəlxalq müstəvidə Azərbaycan ərazisi kimi tanınıb.

2020-ci ildə 44 günlük Vətən Müharibəsi ilə torpaqlarımız işğaldan azad ediləndən sonra da Ermənistanın Qarabağda məskunlaşdırdığı ermənilərə verdiyi pasportlarda doğum yerinin “Azərbaycan” göstərilməsi dəyişməyib. Buna səbəb belə pasportların bir hissəsinin 2020-ci ilə qədər verilməsidir.

2019-cu ildə İrəvanın Davtaşen rayonundakı pasport idarəsindən yeni pasport alan Marina Belova adlı erməni qadın işğal dövründə Xocavəndin Çartar kəndində yaşayıb. Buna görə ona verilən pasportda doğum yeri “Azərbaycan” göstərilib. Pasportun etibarlılıq müddəti 2029-cu ilə qədərdir. Qarabağın işğaldan azad edilməsi ilə Ermənistana qayıdan M.Belova pasportun dəyişdirilməsi üçün dəfələrlə müraciət etsə də, buna nail bilmir. Qarabağın azad edilməsindən 5 il keçməsinə baxmayaraq, belə pasportların hələ də qüvvədə olması erməniləri şoka salıb.



Bank məlumatlarınızı naməlum şəxslərlə paylaşmayın – DİQQƏT

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 10-da və 11-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11000, 750, 430, 403, 200, 100, 72, 69, 7 manat və 51 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.

“Telegram”da təzə FUNKSİYALAR

“Telegram” mesenceri istifadəçilərin rəğbətini qazanmaqdan ötrü daha bir yeniliyə imza atıb.

İstifadəçilər indi daxili ticarət paltformasında kolleksiya hədiyyələri ilə ticarət edə, eyni anda bir neçə hekayə paylaşa və kanallarda yazıların avtomatik tərcüməsini aktivləşdirə bilərlər.

Yeni hədiyyə vitrini daxili valyuta – “Telegram”ın ulduzları” qarşılığında işləyir. Axtarış üçün bir neçə filtr mövcuddur, o cümlədən nadir əşyaların satışı üçün “Yenidən satış” rejimi. Lazım gələrsə, lotlar asanlıqla hərracdan çıxarıla bilər.

Hekayə redaktorunun köməyi ilə indi siz eyni anda bir neçə foto və video yerləşdirə bilərsiniz və 60 saniyədən uzun videolar avtomatik olaraq fraqmentlərə bölünür.

İyunda 13 gün iş olmayacaq

İyun ayının qeyri-iş günləri açıqlanıb.

6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, iyunun 7-si şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində iyunun 9-u qeyri-iş günü hesab ediləcək. Beləliklə, Qurban bayramı ilə əlaqədar ardıcıl olaraq 6,7,8 və 9 iyunda iş olmayacaq.

15 iyun Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində 16 iyun iş olmayacaq.

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyri-iş günü olur. Belə ki, həftəsonları da daxil olmaqla, iyunda 13 gün qeyri-iş günü olacaq.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

Xatırladaq ki, ötən prosesdə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib.

Qeyd edək ki, məhkəməsi keçirilən şəxslər Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir

Müasir dövrün təhdidlərinə qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Müdafiə Nazirliyinin illik fəaliyyət planına əsasən kompleks tədbirlər həyata keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İl ərzində Azərbaycan Ordusunda kibertəhlükəsizlik, dövlət sirrinin qorunması, rəqəmsal savadlılığın artırılması, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmətlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin hərbi hissələrdə mütəmadi profilaktik tədbirlər keçirilir.

Tədbirlərdə “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinin tələbləri, kibertəhdid və təhlükələrə qarşı mübarizə üsulları, internet resurslarından təhlükəsiz şəkildə istifadə qaydalarına əməl etmək – kibergigiyena, kiberhücumlardan qorunma yolları, həmçinin məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunması məqsədilə informasiya təhlükəsizliyinin əhəmiyyəti hərbi qulluqçulara izah olunur, onları maraqlandıran suallar cavablandırılır.

Prezident təsdiqlədi: Sosial xidmətlərin sayı artırıldı

Azərbaycan prezidenti “Sosial xidmət haqqında” Qanunda dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərin əsas məqsədi çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsidir.

Bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, qanun eyni zamanda sosial xidmətin göstərilməsi barədə müraciətə baxılması, qiymətləndirilməsi və qərar qəbul edilməsi ilə bağlı mövcud prosedurun konkretləşdirilməsi məqsədini daşıyır:

“Sözügedən qanunun 19-cu maddəsinə edilən dəyişiklik sosial xidmətlərdən istifadə edən vətəndaşların əhatə dairəsinin genişləndirilməsinə səbəb olacaq. Belə ki, əvvəllər qanunda “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin daha geniş əhali kateqoriyasını əhatə etməsi müvafiq olaraq vətəndaşların evdə (səyyar) sosial xidmətdən istifadə hüququnu məhdudlaşdırırdı.

Qanunda edilən dəyişikliyə əsasən isə “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin “Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində” ifadəsi ilə əvəz edilməsi xidmətdən istifadə edən vətəndaşların əhatə dairəsinə birbaşa təsir göstərəcək.

Qanuna edilən vacib dəyişikliklərdən biri də çətin həyat şəraitində olan bütün şəxslər və eləcə də ailələrin yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunması və bu xidmətdən daha geniş əhali kateqoriyasının istifadə etməsinə şərait yaradılmasıdır. Bu da sözügedən kateqoriya vətəndaşlarımızın hamısının sosial xidmətlərlə əhatə olunmasına gətirib çıxaracaq.

Yeni dəyişikliklərlə subyektlər arasında müqavilə bağlanılmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz sosial xidmətlər göstəriləcək. Əvvəllər yalnız ödənişli sosial xidmət göstərilərkən subyektlər arasında müqavilə bağlanması nəzərdə tutulmuşdu.

Əvvəlki qanunvericilik aktında asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilirdi. Yeni dəyişikliklərədək sosial-pedaqoji xidmətdə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikası nəzərdə tutulduğundan, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmurdu. Qeyd olunanları nəzərə alaraq “Sosial xidmət haqqında” Qanunda yeni – sosial-mədəni xidmət növü əlavə edilib. Bu, çətin həyat şəraitində olan bütün şəxslərin həmin xidmətdən istifadəsinə imkan yaradacaq.

Göründüyü kimi, qanuna edilən dəyişikliklər sosial xidmətlərin sayını, əhatə dairəsini genişləndirməklə yanaşı, dövlət vəsaiti hesabına daha çox xidmətlərin göstərilməsinə imkan yaradacaq”.

Türkiyədə ardıcıl iki zəlzələ oldu

Türkiyənin Amasya vilayətinin Gümüşhacıköy rayonunda 4.4 və 4.2 bal gücündə ardıcıl iki zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 13:23 və 13:26-da, yerin 10.07 kilometr dərinliyində baş verib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

NİİM-dən velosiped və skuter idarə edənlərə müraciət

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi velosiped və skuter idarə edənlərə müraciət edib.

“Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqliyyat vasitələrinə, piyada keçidlərindən istifadə edən piyadalara təhlükəli vəziyyət yaradan belə şəxslərin törətdiyi qayda pozuntuları müşahidə kameraları tərəfindən qeydə alınır.

Qanunvericiliyin tələblərinə əsasən velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər. Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.

Skuter (kiçik elektrik nəqliyyat vasitələrini) idarə edənlər isə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, yolun sağ kənar zolağı ilə hərəkət etməlidirlər. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə, ümumilikdə isə piyadalara yol verməlidirlər.

Sürücülərimiz unutmamalıdır ki, törədilən hər bir qayda pozuntusu yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər”.

AZAL Hindistan və Pakistana reysləri bərpa edir

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları”nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

Bu barədə AZAL-dan bildirilib.

Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?