Ev Blog Səhifə 3404

Mən niyə evdə qalıram? – Analitika

Tam səmimi etiraf edim ki, fərd olaraq koronavirus (COVID-19) pandemiyasından qorxmuram.

Yəni ən azından fiziki gücümə və bədənimin buna qarşı gələ biləcəyinə inanıram. Yəqin ki, mənim kimi düşünənlər az deyil.

Dünyada yoluxma və ölüm sayına, ölənlərin yaş qrupuna baxanda, eyni zamanda elə Azərbaycanda bu virusdan vəfat edən şəxslərin xəstəliklərinin siyahısına nəzər saldıqdan sonra bir az da əminlik yaranır.

Bəs bütün dünyada niyə sosial izolyasiya tədbirləri həyata keçirilir? Niyə bizə evdə qalmaq tövsiyə olunur? Ən əsası niyə evdə qalmalıyıq?

Statistika göstərir ki, koronovirus pandemiyasına yoluxanların böyük əksəriyyəti heç bu xəstəliyi hiss etmir. Xüsusi müalicə tələb etmədən virus bir müddət sonra aradan gedir. Amma yaşlı, xəstə insanlarda bu özünü daha qabarıq şəkildə büruzə verir. Virusun ən böyük təhlükəsi isə tez yayılması, insandan-insana keçməsidir. Yəni virus daşıyıcısı olan bir şəxs asanlıqla ətrafında olan insanları yoluxdura bilər.

Bəzən insanlar virusu adi bakterioloji xəstəliklərlə qarışıq salır. Virus özü müstəqil canlı orqanizm deyil. Onun yaşaması üçün canlı bir orqanizmdə olması mütləqdir. Ona görə də, əşyalarda koronavirusun uzun müddət qalmadığı bildirilir. Yəni dezinfeksiya işləri də ona görə aparılır ki, virus elə həmin dəqiqə məhv olsun.

Amma…

Bir çox azərbaycanlılar kimi mən də sözümün əvvəlində dolayı yolla “mənə heç nə olmaz” dedim. Amma bu mənim sosial məsuliyyət daşımadığım anlamına gəlmir. Dövlət tərəfindən görülən tədbirlər, müxtəlif işlər təbii ki, vətəndaşlar üçün hesablanıb. İlk növbədə bir vətəndaş olaraq qanunlara tabe olmaq və qaydalara əməl etmək borcumuzdur. İndi deyək ki, bunun məsuliyyətini dərk edə bilmirik. Savadımız bura qədər çatmır. Yaxşı, bəs bir insan olaraq düşünmək qabiliyyətimiz var axı. Niyə ancaq “mən”lə yaşayırıq?! Axı heç kəs olmayan adada deyilik. Yuxarıda qeyd etdiyim kimi virusu daşıyaraq yaya bilərik ki, bundan əzab çəkən insanlar olar.

İndi kimsə qınaya bilər ki, “sənin ağzın isti yerdədir, günəmuzd işləyənlər nə etsin?!” Olsun buna bir söz demirəm. Amma avtobus gələndə basabas salmaq, oturacağın üstündə məsafə saxlamaq barəsində elan olduğu halda oturmaq, işdən çıxanda “hava almaq üçün” küçədə gəzmək kimi hərəkətlərə nə ad verək?

Kimsə zərurətdən maşınla çıxır, başa düşüləndir. Amma “qaqaş, axşam çıxaq şəhərə, yollar bom-boşdur” fikirləşənlərə nə deyək?

Ümumiyyətlə, sosial məsuliyyət anlayışı bizdə bir qədər zəifdir. Acı da olsa, etiraf etmək məcburiyyətində qalıram. Məsələn, şəxsi əmlakımıza cüzi bir zərər dəysə, günlərlə bunun depressiyasını yaşayırıq. Amma ümumi istifadə olan bir əmlakı rahatlıqla sındıra bilirik. Bax hər şey də buradan başlayır.

Yaşlı insanlara “evdə otur” deyəndə, onlar darıxdıqlarını bildirirlər. Amma anlamaq lazımdır ki, qeyd etdiyimiz kimi virusu hiss etmədən daşıyan birisi ona xəstəliyi ötürə bilər. Nəticədə isə onlarla tibb işçisi öz həyatını təhlükəyə ataraq ona xidmət etmək məcburiyyətində qalacaq.

Əzizlərim! Yaman günün ömrü az olar deyiblər. Bu günlərdə bir az səbirli olmaq, birlik nümayiş etdirmək və sosial məsuliyyəti dərk etmək lazımdır.

P.S. Yaponiya koronovirusun yayıldığı ilk ölkələrdən biridir. Hətta ilk ölüm halı da fevral ayında qeydə alınmışdı. Amma bu günə qədər ölkədə karantin belə, elan olunmayıb. Sadəcə, insanlar özləri lazım olan qaydalara əməl edirlər. Polisin küçələrdə tədbir görməsinə, səsucaldıcı ilə xəbərdarlıq etməsinə ehtiyac belə yoxdur…(mediapost.az)

Müalicəvi otlar orqanizmə ziyan vura bilir

El arasında müalicəvi otlar müxtəlif məqsədlərlə istifadə olunur. Dərmanlardan fərqli olaraq onlar “ziyansız” sayılır.

yasamal.tv xəbər verir ki, bu səbəbdən insanlar otlardan istifadə etdikdən əvvə adətən həkimlə məsləhətləşmir. Lakin bu böyük səhvdir.

İlk növbdədə qeyd etmək lazımdır ki, ciddi xroniki böyrək, qaraciyər xəstəlikləri zamanı bir çox otları qəbul etmək olmaz. Bu xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər.

Çobanyastığı ən tez-tez istifadə olunan müalicəvi otlardan birirdir. Çobanyastığı antiseptik təsir edir, sakitləşdirir, spazmaları azaldır. Lakin çobanyastığı hamilə, uşaq əmizdirən və güclü menstruasiya qanaxmalarından əziyyət çəkən qadınlara ziyan vura bilər.

Həmçinin çobanyastığı dəmirin sovrulmasını ləngidir və müntəzəm qəbulu zamanı qanazlığının inkişafına səbəb ola bilər.

Nanənin tez-tez qəbulu bronxial astma və bradikardiyadan əziyyət çəkənlər üçün ziyanlıdır. Həmçinin bu kişilərdə ereksiyanın pozulmasına səbəb ola bilər.

Yovşan ən faydalı müalicəvi otlardan biri sayılır. Yovşan ağrıları azaldır, həzmi yaxşılaşdırır, xərçəng əleyhinə təsir edir. Lakin yovşanın tez-tez qəbulu qarabasma, nevroloji tutmalara və s. pozulmalara səbəb ola bilər.

Kəklikotu xalq təbabətində çox geniş istifadə olunur. Kəklikotunun köməyi ilə soyuqdəymədən tutmuş, qadın və böyrək problemlərinə qədər bir çox xəstəlikləri müalicə edirlər. Lakin kəklikotunun daim qəbulu başgicəllənməsi, baş ağrıları, mədə-bağırsaq pozulmalarına səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq istənilən hətta ən faydalı otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. (saglamolun.az)

Koronavirusa qarşı virus yaradıldı

Amerikalı alimlər laboratoriya şəraitində yeni tip koronavirus əleyhinə peyvənd kimi istifadə edilə bilən virus hazırlayıblar.

Mİllitribuna.az fins.az-a istinadən xəbər verir ki, mütəxəssislər insanlara zərəri olmayan parainfluenza 5 virusu (PIV 5) əsasında, bu infeksiyaya yoluxan hüceyrələrə koronavirusun tikanlarına oxşayan S-qlikoprotein ifraz edən gen əlavə edərək yeni virus yaradıblar.

İndiyə kimi testlər MARS infeksiyası daşıyan siçanlar üzərində aparılsa da, mütəxəssislər bu metodun SARSCoV-2-dən də effektiv olacağını düşünürlər. Amerikalı həkim Paul Makkari hesab edir ki, koronavirusa qarşı effektiv peyvənd tapmaq an məsələsidir.

“Azərpoçt”da birdəfəlik ödəmənin verilməsinə başlanıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də işsiz şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

yasamal.tv xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Bildirilib ki, qeyd edilən vətəndaşlar haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan siyahıya əsasən “azerpost.az” portalında yerləşdirilir. Saytda birdəfəlik ödəmələri poçt şöbələrinə köçürülən vətəndaşların məlumatları yer alıb. Məlumatlar mütəmadi olaraq yenilənir.

Portalın əsas səhifəsindəki müvafiq bölmədə şəxsiyyət vəsiqəsinin seriyasını və ya PİN kodu daxil etməklə məlumat almaq mümkündür.

Qeyd edək ki, vətəndaşların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə birdəfəlik ödəmə barədə SMS göndərilir.

Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” qeyd edilibsə, istənilən poçt şöbəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

KMDF-nin İctimai Nəzarət Şurası yaradıldı – Sərəncam

Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb.

yasamal.tv xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ictimaiyyəti təmsil edən 5 (beş) və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahı təmsil edən 2 (iki) nümayəndə daxil olmaqla 7 (yeddi) üzvdən ibarət aşağıdakı tərkibdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılsın:

Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru

Gəray Gəraybəyli – Azərbaycan Tibb Universitetinin rektoru

Zemfira Meftahəddinova – Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Aydın İsayev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini – sektor müdiri

Rasim İsmayılov – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsi rəisinin müavini.

Bakıdakı taksilərdə arakəsmələr quraşdırılır

Koronavirus (COVID-19) xəstələyinin geniş yayılmasının qarşısının alınması məqsədi ilə ictimai nəqliyyatda qabaqlayıcı tədbirlər davam etdirilir.

yasamal.tv xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu çərçivədə Agentlik taksi minik avtomobillərində sürücü və sərnişinlər arasında yoluxma riskinin azaldılması üçün arxa oturacaqlar arasında arakəsmələrin quraşdırılmasını tövsiyə edir.

Artıq “Bolt” şirkəti tövsiyələri nəzərə alaraq, taksi avtomobillərində müvafiq arakəsmələr quraşdırır. Bununla yanaşı, avtomobilin ön qapısına sərnişinlərə arxa qapıdan minməyi bildirən tövsiyə xarakterli bildirişlər vurulub.

“Hazırkı epidemik vəziyyətdə bunun vacibliyini nəzərə alaraq, taksi fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxsləri də bu təşəbbüsə qoşulmağa dəvət edirik”, – qurum bəyan edib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarxili qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə cavab verməlidir.

Eksperdən yeni təklif.

Artıq uzun illərdirki tikinti sahəsi ölkəmizdə cox böyük sürətlə inkişaf edir. Yüzlərlə yeni tikili binalar, minlərlə fərdi həyət evləri , qeyri yaşayış obyektləri, ticarət mərkəzləri və sair. Bütün bu sadalananların hamısı tikinti və daşınmaz əmlak sahəsinin inkişafının nəticəsidir. Lakin inkişaf eyməkdə olan hər hansı bir sahədə daima müəyyən problemlərdə yaşanır. Həmcinin əmlak sahəsində də bu belədir. Bu gün əmlak sahəsi ilə əlaqədar məhkəmə prokurorluq orqanlarında, polis idarələrində və digər idarələrdə yüzlərlə acıq qalmış şikayət ərizələri var. Hətta mövcud olan bəzi problemlərin həlli yollarını tapmaq belə olduqca cətindir. Səbəb isə göz önündədir. Zamanında əmlak və tikinti sahəsi ilə baglı bir cox qurum və təşkilatlar sərəncam vermək hüququna malik idilər. Tikinti şirkətləri öz möhür və imzaları ilə müqavilə yolu ilə vətəndaşa mənzil satırlarsa , icra hakimiyyətləri tikinti ilə baglı sətəncamlar verirlərsə, bələdiyyələr torpaq satışları ilə baglı sərəncamlar verirlərsə, baglar idarəsi və sair sadalamaqla bitməyən idarələrin bu sahədə sərəncam verə bilmə hüququ olursa demək ki vətəndaşlar da daima problemlərlə üzləşəcək. Bir bina inşa olunan zaman xeyli sayda dövlət qurumlarından icazə və sərəncamlar alınır. Tikinti işləri gedən zaman isə FHN nin tikintiyə nəzarət şöbəsi tikintinin normativlərə uygun olub olmamasını yoxlayır və aydiyyatı olan və olmayan qurumların bu sahədə müəyyən rolları var. Ən sonda isə Cıxarışların verilməsi ilə baglı son sözü reyistir idarəsi deyir. Əgır lazımi sənədlərdə hər hansısa bir xırda problem yaranarsa demək ki cıxarışın verilməsi cox müşkül bir məsələ olacaq. Yəni bir əmlakı özəlləşdirmək ücün vətəndaş əmlak komitəsinə qədər xeyli idarələrdən sənədlər toplamalıdır. Bəzən olurki vətəndaş haqlı oldugu halda uzun müddət süründürməciliyə məruz qalır və əksər hallarda bu tip hallar məhkəmələrə qədər gedib cıxır. Nəticə etibarı ilə burda uduzan həm dövlət olur həmdə vətəndaş. Vətəndaş külli miqdarda pul itkisinə məruz qalır, vaxt itkisinə məruz qalır və külli miqdarda vəsaitlər qeyri rəsmi olaraq büdcədən kənarlaşır. Cox təəsüflər olsunki bu gün əmlak və tikinti sahəsi ilə baglı hər hansısa bir problem ya məhkəmələrdə yaxud polis idarələrində və güc strukturlarında həll olunur. Bu gün vətəndaşlar bələdiyyələrdən aldıqları torpaqlarda inşa etdikləri evlərini özəlləşdirə bilmirlər. Cünki həm torpagın təyinatının fərqli oldugu həmdə bələdiyyə torpaqlarının xəritəsinin olmadıgı ücün o əmlakları özəlləşdirərkən vətəndaş müəyyən problemlərlə üzləşir. Bu gün mtk larla baglı yüzlərlə şikayətlər var hansı ki, bir mənzilin bir necə vətəndaşa satılması yaxud tikintilərin gecikməsi ilə baglı. Və bu sahədəki problemləri saymaqla bitirmək olmaz təbiki. Nə etmək olarki gələcəkdə vətəndaşlar bu cür problemlərlə üzləşməsin. Mən 15 ildən artıqdırki bu sahədə calışıram və əmlak eksperti kimi daima bu sahənin inkişafı yönündə təkliflər hazırlayıb mediyada işıqlandırıram. Bu gün ölkəmizdə bu sahəni inkişaf etdirmək ücün yeni bir qurumun yaradılmasını təklif edirəm. Tikinti və daşınmaz əmlak sahəsini özündə birləşdirə bilən bir qurumun yaranmasına ciddi şəkildə ehtiyac duyulur. Bu qurum yaxud nazirlik əmlak və tikinti sahisi ilə baglı dövlət qurumları ilə vətəndaşlar aradında bir körpu rolunu oynamalıdır. Bu qurumun öz qaynar xətti olmalı və hər şey bir pəncərə sistemindən idarə olunmalıdır. Və həmin qurumun aydiyyatı olan bütün qurumların bazasına bir başa giriş izni olmalıdır. Yəni vətəndaş həmin quruma rüsum ödəməklə həmin qurum vətəndaşın əmlak və tikinti məsələləri ilə baglı üzləşdiyi bütün məsələləri həll etməlidir. Həmin qurumun işcilərinin tikintilərə belə nəzarət etmə izni olmalıdır. İnşa olunan binaların keyfiyyətindən tutmuş sənədləşmə proseslərinə qədər. Bu gün vətəndaş mtk lardan xüsusəndə tikilməkdə olan binalardan mənzil almaga ehtiyat edir. Səbəblər müxtəlifdir. Əsas səbəb cıxarışın olmaması və sair. Hətta yaxşı olardıki mtk ların mənzil satışı zamanı sənədləşmə işlərini belə həmin yaradılmalı olan qurum tərəfindən aparılsın. Bu həm vətəndaşlarda böyük inama səbəb ola bilər, əmlak bazarında alıcıların sayını artıra bilər həmdə bir mənzilin bir necə nəfərə satılması hallarını aradan qaldırar. Bu qurum digər qurum və idarələrdə tikinti və əmlak sahəsinə aid olan bütün səlahiyyətləri özündə birləşdirməlidir. Bu gün 100 minlərlə fərdi yaşayış evləri mövcuddur və bu sahə dayanmadan inkişaf etməkdədir. Bu sahənin inkişafı bir başa ölkə iqtisadiyyatının inkişafına xidmət edir. Bu gün ölkəmizdə tikinti materiallarının istehsalı cox ciddi şəkildə inkişaf edib. Yüzlərlə tikinti materiallarının satışı ilə məşqul olan magazalar və istehsal müəssələri mövcuddur. Lakin son zamanlar görsənir ki artıq təlabat azalmaga dogru gedir. Cünki koronovirus pandemiyasının yayılması bir tərəfdən, vətəndaşların bu sahədə üzləşdikləri problemlər isə digər tərəfdən bu sahəyə olan maragı azaltmaga dogru gedir. Fərdi yaşayış evlərinin inşaasına icazə sənədləri sadələşməlidir və vətəndaşa tikintinin hər kvadratına görə rüsumlar tətbiq olunmalıdırki vətəndaş mənzili inşa edib bitirdikdən sonra cıxarışını rəsmi olaraq ala bilsin. Bundan həm vətəndaş həmdə büdcə faydalana bilər. Digər tərəfdən isə tikinti işləri zamanı baş verən müəyyən korrupsiya hallarının qarşısı alına bilər. Həmcinin mənzillərin sıgortalanması prosesinidə qeyd etmək istiyərdim. Onuda qeyd edimki əmlakların sıgortalanması cox vacib məsələlərdən biri olsada bu sahəyə vətəndaşların maragı cox azdır. Cünki cıxarışı olmayan mənzilləri sıgortalamaq əksər sıgorta şirkətlərinin maragında deyil. Bu səbəbdən hər hansısa bir fövqəladə hal baş verən zaman dəymiş zərəri sıgorta şirkətləri deyil dövlət ödəyir. İcbari sıgortanı məcburiliyini nəzərə alsaq bu gün təkcə paytaxtımızda 100 minlərlə yaşayış fondumuz var ki onlarından yarıdan coxu cıxarışsızdır. Bu işidə bu təşkilata həvalə etsək sıgorta şirkətləri tərəfindən verilən müəyyən faiz pulla təbii ki bu sahənin büdcəsində ciddi artım edə bilərik. Xüsusəndə köhnə yaşayış fondunun bina və fərdi həyət evlərinin kommunal ödənişlərinidə bu təşkilata həvalə etmək olar. Yeni tikili binaların satışı zamanı mtk lar vətəndaşlara qanuna zidd olaraq ic və cöl divarlarıda kvadrat adı ilə satırlar. Lakin bu şəhərsalma və arxitekura məcəlıəsinin 59.3 maddəsinə əsasən ic və cöl divarların faktiki kvadrata salaraq satılması qanuna ziddir O baxımdan yeni tikili binalarında alqı satqısı həmin qurum tərəfindən aparılarsa həmin qurum bu cür qanuna zidd halların qarşısını ala bilər. Düşünürəmki bu sahədə kecmişdən qalmış problemlərin gələcəkdə də baş verməməsi ücün bu addımın atılması yəni aydiyyatı üzrə yeni qurumun yaradılması həm vətəndaşların bu sahədə üzləşə biləcəkləri problemlərin qarşısını ala bilər həmdə dövlət büdcəsinin ciddi şəkildə artmasına səbəb ola bilər.
Elnur Fərzəliyev.

Bu layihə təsdiq olunarsa bir daha bu cür problemlər yaşamarıq.

Tikinti sahəsi inkişaf etdikcə ölkə iqtisadiyyatı da yüksəlməyə başlayır. Tikinti sahəsinin inkişafını tək yeni tikili hündür mərtəbəli binalarla əlaqələndirmək olmaz. Fərdi yaşayış evlərinin tikintisinin artması, qeyri yaşayış obyektlərinin tikintisi, hətta körpü və yolların salınmasıda bu sahənin inkişafı deməkdir. Paytaxt və bölgələrimizdə qəsəbə və kəndlərin ərazisinin artması yeni qəsəbə və kəndlərin yaranması hər vəcdlə bu sahəni inkişaf etdirir.

Lakin bu sahədəki müəyyən catışmazlıq və bəzi məsuliyyətsiz insanların səhlənkarlıgı, vəzifə borclarını bilməməsi və vəzifəsindən sui istifadə bu sahəyə daima öz mənfi təsirini göstərir. İstər sənədləşmə prosesi zamanı qarşılaşılan cətinliklər, istər tikinti işləri aparılan zaman vətəndaşın üzləşdiyi problemlər. Bu hallarda vətəndaş hara müraciət edəcəyini belə bilmir.

Bəzən məhkəmə orqanlarına, bəzən polsə, bəzən icra nümayəndəliyinə və sair idarələrə vətəndaşlar tərəfindən şikayətlər  daxil olunur. Daima şahidi oluruqki tikinti və əmlak sektoru ilə baglı olunan şikayətlər  bir cox hissələrə şaxələnir və müxtəlif idarə və orqanlara yönəldilərək həlli yolları uzanır. Səbəb cox sadədir. Baş vermiş problemlə baglı  vətəndaşın bir başa döyə biləcəyi qapı yoxdur.

Daşınmaz əmlak sektorunda  bu sahəyə xidmət edə biləcək  tək bir qrumun  olmadıgına görə vətəndaşların üzləşdiyi problemlər əksər hallarda öz həllini tapa bilmir. Sadalamaqla bitməyən bu cür problemlərin həlli yolları da təbii ki var.

Təklif edərdim ki yeni bir qurum yaradılsın. Əmlak sahəsinə xidmət edən bu sahədə vətəndaşların istənilən  problemində öz köməyini əsirgəməyən, istər sənədləşmə zamanı üzləşilən problemlərin həllində, istər tikinti inşaası zamanı vətəndaşa dəstək ola bilən və ən əsası böyük tikinti işlərində tikintinin keyfiyyətinə və sənədləşmə prosesinə nəzarət edə biləcək bir qurumun yaradılmasını təklif edərdim. Və bu qurum bir başa daşınmaz əmlak sahəsinə aydiyyatı olan bütün şöbələri özundə birləşdirsin. Məlum məsələdirki zamanında bələdiyyələrin də torpaq satmaq səlahiyyətləri var idi. Həmcinin yerli icra hakimiyyətləri tikinti işlərinin aparılması ücün torpaq sahəlıəri ayıra bilirdilər. Hətta  tikinti şirkətləri belə müqavilə yolu ilə mənzil satırlarsa demək ki onlarda bu sahədə sərəncam vermək hüququna malikdirlər. Bu sahədə səlahiyyətli orqanların adlarını sadalamaqla bitirmək cətindir. Nəticə isə ondan ibarətdirki əksər hallarda şahidi oluruqki  bir qurumun verdiyi sərəncam aydiyyatı olan  başqa bir qurum tərəfindən təsdiqlənmir. Nəticədə  vətəndaş  və dövlət büdcəsi xeyli itgilərə məruz qalır. Düşünürəmki bu cür problemlərin gələcəkdə də baş verməməsi ücün yeni bir qurumun yaradılması cox vacibdir. Tikinti sahəsi ilə baglı bütün sərəncamlar, sənədləşmələr, cıxarışların  verilməsi,  tikintiyə nəzarət,  alqı satqısı və sair bu sahəyə  aydiyyatı olan hər bir şey bir qurum tərəfindən  bir pəncərə sistemi ilə idarə olunmalıdır. Bu qurumun yaradılması bu sahədə olan bütün catışmazlıqların və korrupsiya hallarının qarşısının alınmasına bir başa öz təsirini göstərəcək. Kecmişdən qalan xeyli problemli  məsələlər varki bu günə qədər öz həllini tapa bilmir. Həmcinin bu cür halların belə bir daha təkrarlanmaması ücün belə bir qurumun yaradılmasına ciddi şəkildə  ehtiyac duyulur.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev.

 

 

Hesablama Palatası büdcəyə yenidən baxılması ilə bağlı təkliflər hazırlayıb

Bu il pandemiyanın sürətlə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan qadağa tədbirlərinin sərtləşdirilməsi və kütləviləşdirilməsi iqtisadi artımın, eləcə də büdcəyə daxil olması planlaşdırılmış qeyri-neft
sahələri üzrə vergi gəlirlərinin azalmasına səbəb olacaq.

Bunu “Azərtac”a müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O qeyd edib ki, pandemiya ilə mübarizə istiqamətində atılan addımlar artıq büdcə xərclərinin strukturunun dəyişməsinə səbəb olacaq və bu da, öz növbəsində, dövlət büdcəsi haqqında qanuna yenidən baxılmasını zəruri edir: “Hesablama Palatasının” onlayn rejimdə struktur şöbələrlə bu barədə müzakirələr aparılıb və təkliflərimizi həftənin sonuna qədər Nazirlər Kabinetinə təqdim etməyi planlaşdırırıq. Hər bir təklifin mümkün qədər əsaslandırılmasına çalışacayıq.

Büdcəyə yenidən baxılması prosesində neft sahələrindən gəlirlər, həmçinin əmlak vergisi və torpaq vergisi istisna olmaqla digər vergi növləri üzrə proqnoz göstəricilərin yenidən hesablanması vacibdir. Bu zaman zərərçəkən və gəlirləri artan sahələrin mütləq qaydada nəzərə alınması lazımdır.

Gəlir imkanlarının məhdudlaşması və xərclərin artımı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş büdcə qaydasının tətbiqinin də müvəqqəti olaraq dayandırılması məsələsini aktuallaşdırır. Ümumiyyətlə, fiskal intizamın ən kəskin keşikçilərindən hesab olunan ali audit orqanları belə cari şərtlərdə bu intizamın bir qədər yumşaldılması tərəfdarlarındandır”.

“Azərbaycan nümunəsində büdcə xərclərinin ünvanlılığının artması – daha həssas qruplara
davamlı olaraq müavinətlərin verilməsi (hətta pandemiya bitdikdən sonra) ilk addımlardan
olacaq. Pandemiyanın nə qədər müddət davam edəcəyini və tam fəsadlarının miqyas olaraq
qiymətləndirmək çətindir. Həssas qruplar davamlı olaraq əziyyət çəkdiyi üçün bu tədbirlər müntəzəm xarakter alacaq”  V.Gülməmmədov bildirib.

O, vurğulayıb ki, cari xərclərin artımının davamlı xarakter daşıyacağı şübhəsizdir. Xüsusilədə büdcə sektorunda çalışan (sosial sahədə çalışan) işçilərin maliyyələşdirilməsi davam edəcək:

“Dövlət büdcəsinə yenidən baxılan zaman cari xərclərin həcminin bu ilin birinci rübü səviyyəsində saxlanılmasına da diqqət yetirməliyik . İnvestisiya xərclərinin daxili borclanma hesabına icra edilməsi, həmçinin əsaslı xərclərin yalnız məşğulluğu davamlı olaraq təmin edəcək (zavod, fabrik və sair) layihələrin maliyyələşdirilməsinə yönəldilməsi, həmçinin vəsaitlərdən səmərəli və nəticəli istifadənin daha da qabarıq şəkildə təbliği cari şərtlərdə aktualdır. Çünki hazırkı şəraitdə iqtisadi artım və məşğulluq balansı büdcə modelinin gələcəyi hesab edilir.

Təkliflərimizdən biri də real sektorda azad rəqabətin və özünüreallaşdırmanın daha da artırılması baxımından dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının yenilənməsi və onlara əməl olunmasına nəzarətin gücləndirilməsi, müsabiqə proseslərinin tam elektron qaydada aparılması imkanlarının da mərkəzləşdirilmiş qaydada tənzimlənməsi ilə bağlıdır.

Bundan başqa, gözlənilməz və sosial-iqtisadi əhəmiyyətə malik xərclərin maliyyələşdirilməsi məqsədi daşıyan ehtiyat fondların həcminə qanunvericiliklə nəzərdə tutulan sərhədlərin müvəqqəti olaraq genişləndirilməsi məsələsinə də baxıla bilər.

Prezident İlham Əliyev tərəfindən büdcə xərclərinə yenidən baxılması istiqamətləri konkret olaraq səsləndirilib. Ölkə başçısının göstərişlərinin yetirilməsi investisiya xərclərinin prioritet istiqamətlər saxlanılmaqla azaldılması və strukturunun dəyişməsi, büdcə təşkilatlarının “evdə qal” prinsipindən “qənaətlə xərclə” prinsipinə keçirilməsini nəzərdə tutur. Eyni zamanda, bütün xərc istiqamətlərinin sərt qənaət prinsipləri ilə icrası bir zərurətdir. Düşünürük ki, minimum sosial standartlara yenidən baxılması zərurəti yaranacaq.

Hazırkı şərtlər dövlət borcunun da diqqətdə saxlanılmasını tələb edir. Fikrimizcə, xarici borcların Dövlət Neft Fondunun büdcəyə nəzərdə tutulan transfertləri hesabına ödənilməsi bu borcu daha az “təhlükəli” edər. Yeri gəlmişkən, Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın yeni prioritetlər və şərait nöqteyi-nəzərindən yenidən işlənilməsi, formalaşan yeni risklərin bu Strategiyada nəzərə alınması da bir zərurətə çevrilib.

Ümumiyyətlə, belə bir şəraitdə dövlətin büdcə vasitəsilə iqtisadiyyata müdaxiləsi imkanlarının genişləndirilməsi gələcəkdə iqtisadi artımın təmin edilməsinə xidmət göstərmiş olacaq. Belə yanaşma Azərbaycan Prezidentinin tapşırıqlarının müvəffəqiyyətli icrasını da təmin etmək imkanlarını artırar”.

Müqavilə üzrə prosessual müddət haqqında.

Son zamanlar borc müqaviləsi üzrə pul tələbi mübahisələri ilə tez-tez qarşılaşırıq. İstər bankla müştərisi arasında, istərsədə iki nəfər fiziki şəxs arasında. Təbii ki, əksər hallarda vətəndaşın mülki və mülki prosessual qanunvericiliyi bilməməsi səbəbindən məhkəmələr tələbkarın iddiasını təmin edir.

Amma burada xırda bir məsələ varki, məhkəmənin birinci instansiyasında  ona diqqət yetirmək vacibdir.

Borc müqaviləsində əsas fikir verilməlidir müqavilə üzrə götürülən öhtəliyin son müddətinə.  Çünki həmin öhtəlik götürülən son gün bitdikdə üç illik  müddət axını başlayır və borc verənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 maddəsinin tələbinə görə (üç) il ərzində məhkəməyə müraciət etmək hüququ yaranır.  Müddət axını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 maddəsi ilə müəyyən edilir. Həmin maddənin tələbində qeyd edilir ki, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

         Bir məqamda vardır ki, üç illik müddət buraxılsada, sonda borclu qismən də olsa, 1 manat da belə olsa  ödəniş edərsə buraxılmış müddət bərpa olunur və son ödəniş edilən andan yenidən 3 illik müddət axını bərpa olur və borc verənin borcu tələb etməsi, məhkəməyyə müraciət etməsi üçün üç illik müddəti yaranır.

Bu nə deməkdir.

Məsələn: “Rasim Gülbaladan notarial qaydada borc müqaviləsi imzalamaqla on ay müddətinə 40000 manat borc pul alır.  On ay müddət bitir və Gülbala Rasimə verdiyi 40000 manat pulu tələb edir, Rasimin isə həmin borcu qaytarmağa imkanı olmadığından borcu ödəyə bilmir. Gülbala 4 ildən sonra məhkəməyə iddia qaldıraraq verdiyi borcun Rasimdən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin hazırlıq iclasında Rasim AR MM-nin 373.2 maddəsinin tələbinə əsaslanaraq “İddia müddətinin tətbiq edilməsi haqqında” ərizəni məhkəməyə təqdim edir ki, verilən üç illik iddia müddəti üzürsüz səbəbdən buraxıldığı üçün iddia təmin edilməsin, çünki müddət bitib. Məhkəmə isə iddia müddətinin üzürsüz səbəbə görə buraxılmasını nəzərə alaraq AR MM-nin 373.2 maddəsinin tələbinə əsaslanaraq iddianı təmin etmir və nəticədə Gülbalanın Rasimə verdiyi borcu tələb etmək hüququ mümkünsüz hesab edilir.”

Eyni məsəli Bankla müştərisi və ya digər şəxlər kimi də çəkmək olar. Burada söhbət konkret şəxsdən yox, ümumilikdə borc verənin məsuliyyətsizliyindən gedir. Əgər borc verən vaxtında məsuliyyətli olub məhkəməyə müraciət etsə o zaman iddiası təmin olunar və bu kimi problemlərlə də üzləşməz.

Beləki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı işi üzrə 07.07.2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Bu potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

AR Konstitusiya Məhkəməsi Plenumunun fərdi şikayətlər üzrə H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30.06.2005, R.Salmanovun şikayəti üzrə 30.10.2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16.01.2009 –cu il tarixli qərarlarında iddia müddətinin tətbiq edilməməsi səbəbindən AR Ali Məhkəməsinin MK-nın və Plenumun müvaffiq qərarlarını prossesual hüquqların pozulması düzgün olmayan qətnamə çıxarılması ilə nəticələnən apellyasiya instansiyası məhkəmələrinin qərarlarını qüvvədə saxladığından konstitusiya və qanunlara uyğun olmayan hesab edilərək ləğv edilmişdir.

 

Sual yaranır ki, müddət ötürülsə belə hansı halda iddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilər?

Bu sualın da konkret cavabı vardır. Müddətin ötürülməsinə baxmayaraq vətəndaşın hüququdur məhkəməyə müraciət etmək, amma belə olan halda gərək cavabdeh tərəf məhkəmənin birinci instansiyasında “Buraxılmış müddətin tətbiq edilməsi” haqqında ərizəsini məhkəməyə TƏQDİM ETMƏSİN.

Həmin ərizə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə məhkəmə işə mahiyyyəti üzrə baxır, təqdim edilən sübutları araşdırır və iddia əsaslı olduğu təqdirdə iddianı təmin edir.

Məhkəmə qərar qəbul etdikdən sonra və ya apellyasiya instansiyasında təqdim edilən “Müddətin tətbiq edilməsi” haqqında ərizəni məhkəmə qəbul etmir.

Həmin ərizə AR MM-nin 375.2 maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsində qərar çıxarılanadək təqdim edilməlidir. (AR MM Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.)

Sonda oxuculara tövsiyəm və məsləhətim budur ki, hər işi vaxtında və gecikdirmədən həll edin, çünki sonrakı peşmançılıq fayda verməz və qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir.

Akif Tukanov hüquqşünas.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?