Eksperdən yeni təklif.

15

Artıq uzun illərdirki tikinti sahəsi ölkəmizdə cox böyük sürətlə inkişaf edir. Yüzlərlə yeni tikili binalar, minlərlə fərdi həyət evləri , qeyri yaşayış obyektləri, ticarət mərkəzləri və sair. Bütün bu sadalananların hamısı tikinti və daşınmaz əmlak sahəsinin inkişafının nəticəsidir. Lakin inkişaf eyməkdə olan hər hansı bir sahədə daima müəyyən problemlərdə yaşanır. Həmcinin əmlak sahəsində də bu belədir. Bu gün əmlak sahəsi ilə əlaqədar məhkəmə prokurorluq orqanlarında, polis idarələrində və digər idarələrdə yüzlərlə acıq qalmış şikayət ərizələri var. Hətta mövcud olan bəzi problemlərin həlli yollarını tapmaq belə olduqca cətindir. Səbəb isə göz önündədir. Zamanında əmlak və tikinti sahəsi ilə baglı bir cox qurum və təşkilatlar sərəncam vermək hüququna malik idilər. Tikinti şirkətləri öz möhür və imzaları ilə müqavilə yolu ilə vətəndaşa mənzil satırlarsa , icra hakimiyyətləri tikinti ilə baglı sətəncamlar verirlərsə, bələdiyyələr torpaq satışları ilə baglı sərəncamlar verirlərsə, baglar idarəsi və sair sadalamaqla bitməyən idarələrin bu sahədə sərəncam verə bilmə hüququ olursa demək ki vətəndaşlar da daima problemlərlə üzləşəcək. Bir bina inşa olunan zaman xeyli sayda dövlət qurumlarından icazə və sərəncamlar alınır. Tikinti işləri gedən zaman isə FHN nin tikintiyə nəzarət şöbəsi tikintinin normativlərə uygun olub olmamasını yoxlayır və aydiyyatı olan və olmayan qurumların bu sahədə müəyyən rolları var. Ən sonda isə Cıxarışların verilməsi ilə baglı son sözü reyistir idarəsi deyir. Əgır lazımi sənədlərdə hər hansısa bir xırda problem yaranarsa demək ki cıxarışın verilməsi cox müşkül bir məsələ olacaq. Yəni bir əmlakı özəlləşdirmək ücün vətəndaş əmlak komitəsinə qədər xeyli idarələrdən sənədlər toplamalıdır. Bəzən olurki vətəndaş haqlı oldugu halda uzun müddət süründürməciliyə məruz qalır və əksər hallarda bu tip hallar məhkəmələrə qədər gedib cıxır. Nəticə etibarı ilə burda uduzan həm dövlət olur həmdə vətəndaş. Vətəndaş külli miqdarda pul itkisinə məruz qalır, vaxt itkisinə məruz qalır və külli miqdarda vəsaitlər qeyri rəsmi olaraq büdcədən kənarlaşır. Cox təəsüflər olsunki bu gün əmlak və tikinti sahəsi ilə baglı hər hansısa bir problem ya məhkəmələrdə yaxud polis idarələrində və güc strukturlarında həll olunur. Bu gün vətəndaşlar bələdiyyələrdən aldıqları torpaqlarda inşa etdikləri evlərini özəlləşdirə bilmirlər. Cünki həm torpagın təyinatının fərqli oldugu həmdə bələdiyyə torpaqlarının xəritəsinin olmadıgı ücün o əmlakları özəlləşdirərkən vətəndaş müəyyən problemlərlə üzləşir. Bu gün mtk larla baglı yüzlərlə şikayətlər var hansı ki, bir mənzilin bir necə vətəndaşa satılması yaxud tikintilərin gecikməsi ilə baglı. Və bu sahədəki problemləri saymaqla bitirmək olmaz təbiki. Nə etmək olarki gələcəkdə vətəndaşlar bu cür problemlərlə üzləşməsin. Mən 15 ildən artıqdırki bu sahədə calışıram və əmlak eksperti kimi daima bu sahənin inkişafı yönündə təkliflər hazırlayıb mediyada işıqlandırıram. Bu gün ölkəmizdə bu sahəni inkişaf etdirmək ücün yeni bir qurumun yaradılmasını təklif edirəm. Tikinti və daşınmaz əmlak sahəsini özündə birləşdirə bilən bir qurumun yaranmasına ciddi şəkildə ehtiyac duyulur. Bu qurum yaxud nazirlik əmlak və tikinti sahisi ilə baglı dövlət qurumları ilə vətəndaşlar aradında bir körpu rolunu oynamalıdır. Bu qurumun öz qaynar xətti olmalı və hər şey bir pəncərə sistemindən idarə olunmalıdır. Və həmin qurumun aydiyyatı olan bütün qurumların bazasına bir başa giriş izni olmalıdır. Yəni vətəndaş həmin quruma rüsum ödəməklə həmin qurum vətəndaşın əmlak və tikinti məsələləri ilə baglı üzləşdiyi bütün məsələləri həll etməlidir. Həmin qurumun işcilərinin tikintilərə belə nəzarət etmə izni olmalıdır. İnşa olunan binaların keyfiyyətindən tutmuş sənədləşmə proseslərinə qədər. Bu gün vətəndaş mtk lardan xüsusəndə tikilməkdə olan binalardan mənzil almaga ehtiyat edir. Səbəblər müxtəlifdir. Əsas səbəb cıxarışın olmaması və sair. Hətta yaxşı olardıki mtk ların mənzil satışı zamanı sənədləşmə işlərini belə həmin yaradılmalı olan qurum tərəfindən aparılsın. Bu həm vətəndaşlarda böyük inama səbəb ola bilər, əmlak bazarında alıcıların sayını artıra bilər həmdə bir mənzilin bir necə nəfərə satılması hallarını aradan qaldırar. Bu qurum digər qurum və idarələrdə tikinti və əmlak sahəsinə aid olan bütün səlahiyyətləri özündə birləşdirməlidir. Bu gün 100 minlərlə fərdi yaşayış evləri mövcuddur və bu sahə dayanmadan inkişaf etməkdədir. Bu sahənin inkişafı bir başa ölkə iqtisadiyyatının inkişafına xidmət edir. Bu gün ölkəmizdə tikinti materiallarının istehsalı cox ciddi şəkildə inkişaf edib. Yüzlərlə tikinti materiallarının satışı ilə məşqul olan magazalar və istehsal müəssələri mövcuddur. Lakin son zamanlar görsənir ki artıq təlabat azalmaga dogru gedir. Cünki koronovirus pandemiyasının yayılması bir tərəfdən, vətəndaşların bu sahədə üzləşdikləri problemlər isə digər tərəfdən bu sahəyə olan maragı azaltmaga dogru gedir. Fərdi yaşayış evlərinin inşaasına icazə sənədləri sadələşməlidir və vətəndaşa tikintinin hər kvadratına görə rüsumlar tətbiq olunmalıdırki vətəndaş mənzili inşa edib bitirdikdən sonra cıxarışını rəsmi olaraq ala bilsin. Bundan həm vətəndaş həmdə büdcə faydalana bilər. Digər tərəfdən isə tikinti işləri zamanı baş verən müəyyən korrupsiya hallarının qarşısı alına bilər. Həmcinin mənzillərin sıgortalanması prosesinidə qeyd etmək istiyərdim. Onuda qeyd edimki əmlakların sıgortalanması cox vacib məsələlərdən biri olsada bu sahəyə vətəndaşların maragı cox azdır. Cünki cıxarışı olmayan mənzilləri sıgortalamaq əksər sıgorta şirkətlərinin maragında deyil. Bu səbəbdən hər hansısa bir fövqəladə hal baş verən zaman dəymiş zərəri sıgorta şirkətləri deyil dövlət ödəyir. İcbari sıgortanı məcburiliyini nəzərə alsaq bu gün təkcə paytaxtımızda 100 minlərlə yaşayış fondumuz var ki onlarından yarıdan coxu cıxarışsızdır. Bu işidə bu təşkilata həvalə etsək sıgorta şirkətləri tərəfindən verilən müəyyən faiz pulla təbii ki bu sahənin büdcəsində ciddi artım edə bilərik. Xüsusəndə köhnə yaşayış fondunun bina və fərdi həyət evlərinin kommunal ödənişlərinidə bu təşkilata həvalə etmək olar. Yeni tikili binaların satışı zamanı mtk lar vətəndaşlara qanuna zidd olaraq ic və cöl divarlarıda kvadrat adı ilə satırlar. Lakin bu şəhərsalma və arxitekura məcəlıəsinin 59.3 maddəsinə əsasən ic və cöl divarların faktiki kvadrata salaraq satılması qanuna ziddir O baxımdan yeni tikili binalarında alqı satqısı həmin qurum tərəfindən aparılarsa həmin qurum bu cür qanuna zidd halların qarşısını ala bilər. Düşünürəmki bu sahədə kecmişdən qalmış problemlərin gələcəkdə də baş verməməsi ücün bu addımın atılması yəni aydiyyatı üzrə yeni qurumun yaradılması həm vətəndaşların bu sahədə üzləşə biləcəkləri problemlərin qarşısını ala bilər həmdə dövlət büdcəsinin ciddi şəkildə artmasına səbəb ola bilər.
Elnur Fərzəliyev.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin