Son zamanlar borc müqaviləsi üzrə pul tələbi mübahisələri ilə tez-tez qarşılaşırıq. İstər bankla müştərisi arasında, istərsədə iki nəfər fiziki şəxs arasında. Təbii ki, əksər hallarda vətəndaşın mülki və mülki prosessual qanunvericiliyi bilməməsi səbəbindən məhkəmələr tələbkarın iddiasını təmin edir.
Amma burada xırda bir məsələ varki, məhkəmənin birinci instansiyasında ona diqqət yetirmək vacibdir.
Borc müqaviləsində əsas fikir verilməlidir müqavilə üzrə götürülən öhtəliyin son müddətinə. Çünki həmin öhtəlik götürülən son gün bitdikdə üç illik müddət axını başlayır və borc verənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 maddəsinin tələbinə görə (üç) il ərzində məhkəməyə müraciət etmək hüququ yaranır. Müddət axını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 maddəsi ilə müəyyən edilir. Həmin maddənin tələbində qeyd edilir ki, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
Bir məqamda vardır ki, üç illik müddət buraxılsada, sonda borclu qismən də olsa, 1 manat da belə olsa ödəniş edərsə buraxılmış müddət bərpa olunur və son ödəniş edilən andan yenidən 3 illik müddət axını bərpa olur və borc verənin borcu tələb etməsi, məhkəməyyə müraciət etməsi üçün üç illik müddəti yaranır.
Bu nə deməkdir.
Məsələn: “Rasim Gülbaladan notarial qaydada borc müqaviləsi imzalamaqla on ay müddətinə 40000 manat borc pul alır. On ay müddət bitir və Gülbala Rasimə verdiyi 40000 manat pulu tələb edir, Rasimin isə həmin borcu qaytarmağa imkanı olmadığından borcu ödəyə bilmir. Gülbala 4 ildən sonra məhkəməyə iddia qaldıraraq verdiyi borcun Rasimdən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin hazırlıq iclasında Rasim AR MM-nin 373.2 maddəsinin tələbinə əsaslanaraq “İddia müddətinin tətbiq edilməsi haqqında” ərizəni məhkəməyə təqdim edir ki, verilən üç illik iddia müddəti üzürsüz səbəbdən buraxıldığı üçün iddia təmin edilməsin, çünki müddət bitib. Məhkəmə isə iddia müddətinin üzürsüz səbəbə görə buraxılmasını nəzərə alaraq AR MM-nin 373.2 maddəsinin tələbinə əsaslanaraq iddianı təmin etmir və nəticədə Gülbalanın Rasimə verdiyi borcu tələb etmək hüququ mümkünsüz hesab edilir.”
Eyni məsəli Bankla müştərisi və ya digər şəxlər kimi də çəkmək olar. Burada söhbət konkret şəxsdən yox, ümumilikdə borc verənin məsuliyyətsizliyindən gedir. Əgər borc verən vaxtında məsuliyyətli olub məhkəməyə müraciət etsə o zaman iddiası təmin olunar və bu kimi problemlərlə də üzləşməz.
Beləki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı işi üzrə 07.07.2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Bu potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
AR Konstitusiya Məhkəməsi Plenumunun fərdi şikayətlər üzrə H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30.06.2005, R.Salmanovun şikayəti üzrə 30.10.2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16.01.2009 –cu il tarixli qərarlarında iddia müddətinin tətbiq edilməməsi səbəbindən AR Ali Məhkəməsinin MK-nın və Plenumun müvaffiq qərarlarını prossesual hüquqların pozulması düzgün olmayan qətnamə çıxarılması ilə nəticələnən apellyasiya instansiyası məhkəmələrinin qərarlarını qüvvədə saxladığından konstitusiya və qanunlara uyğun olmayan hesab edilərək ləğv edilmişdir.
Sual yaranır ki, müddət ötürülsə belə hansı halda iddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilər?
Bu sualın da konkret cavabı vardır. Müddətin ötürülməsinə baxmayaraq vətəndaşın hüququdur məhkəməyə müraciət etmək, amma belə olan halda gərək cavabdeh tərəf məhkəmənin birinci instansiyasında “Buraxılmış müddətin tətbiq edilməsi” haqqında ərizəsini məhkəməyə TƏQDİM ETMƏSİN.
Həmin ərizə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə məhkəmə işə mahiyyyəti üzrə baxır, təqdim edilən sübutları araşdırır və iddia əsaslı olduğu təqdirdə iddianı təmin edir.
Məhkəmə qərar qəbul etdikdən sonra və ya apellyasiya instansiyasında təqdim edilən “Müddətin tətbiq edilməsi” haqqında ərizəni məhkəmə qəbul etmir.
Həmin ərizə AR MM-nin 375.2 maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsində qərar çıxarılanadək təqdim edilməlidir. (AR MM Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.)
Sonda oxuculara tövsiyəm və məsləhətim budur ki, hər işi vaxtında və gecikdirmədən həll edin, çünki sonrakı peşmançılıq fayda verməz və qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir.
Akif Tukanov hüquqşünas.