Ev Blog Səhifə 3371

ABŞ Ermənistana yardım ayırdı

Birləşmiş Ştatlar Ermənistana koronavirusa qarşı mübarizə məqsədilə daha 600 min ABŞ dolları yardım ayırıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Facebook” səhifəsində bildirilib.

ABŞ hakimiyyəti bu yardımı USAID-in vasitəsilə edib.

Qeyd edək ki, bu yaxınlarda ABŞ koronavirusa qarşı mübarizə məqsədilə Ermənistana 1,1 milyon ABŞ dolları məbləğində maliyyə yardımı edəcəyini bildirib.

Xatırladaq ki, Ermənistanda 1 201 nəfər koronavirusa yoluxub, onlardan 19-u ölüb.

Balakəndə sahibkar intihar edib

Balakən rayonunda intihar olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qazma kəndində baş verib.

Kənd sakini, 60 yaşlı Zeynəddin Sarıyevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağında asılı vəziyyətdə aşkar edilib.

Məlumata görə, Z. Sarıyev rayonda ticarətlə məşğul olub, bir neçə yerdə ticarət obyekti var.

Son vaxtlar Z. Sarıyevin ağrılardan və yuxusuzluqdan əziyyət çəkdiyi bildirilir.

Z. Sarıyevin intihar etməzdən əvvəl məktub yazdığı deyilir.

Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

“İkiarvadlılıq pis deyil, amma xanımıma yaxşı baxıram” – Əməkdar artist

Əməkdar artist Cavanşir Məmmədov “Səni axtarıram” verilişinin virtual qonağı olub.

Axşam.az xəbər verir ki, müğənni karantin günlərini necə keçirməsindən bəhs edib. Aparıcı ifaçıdan evini göstərməsini istəsə də, Məmmədov razılaşmayıb:

“İnsan öz evində darıxmamalıdır, ola bilsin balaca olsun. Ola bilsin beş-on nəfər kiçik bir evdədir. Amma mehriban olmalıdırlar. Biz də çətin günlər, yataqxana görmüşük. Səbirli olmalıyıq.

Yox, evi göstərməyək. Belə saraylar çoxunda var. O, Lökbatandan bu tərəfə Nərimanovda, Yasamalda Sulutəpədə villaları göstərin. Evimi göstərməyin tərəfdarı deyiləm. 46 ildə qazancım bu olub. Sənətimlə, alın tərimlə qazanmışam”.

C.Məmmədov “Ailə üzvlərinizi göstərin. Gözəl xanım Cavanşir bəyin əlindən nələr çəkmisən? Hamısına dözmüsən. Onun gözəl xanımı var. Qadına çox əziyyət vermisən. Gecə-gündüz orda-burda olmusan. O da evin içində uşaqları tək böyüdüb” sözlərinə isə belə reaksiya verib:

“Qadına sual ver gör, bu kişinin ikinci arvadı olub? İkiarvadlılığa pis baxmıram, amma xanımıma da, nəslinə də yaxşı baxmışam”.

İşsiz vətəndaşlar üçün qaydalar sadələşdirildi

Vətəndaşlar məşğulluq xidmətlərinə zəng edib, işsiz kimi qeydiyyatdan keçməklə bağlı müraciət edə bilərlər.

“Qaydalar daha da sadələşdirilib. Qeydiyyat zamanı vətəndaşlardan çox qısa informasiya tələb edilir. Vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsinin Fin kodunu mərkəz əməkdaşlarına deməklə işsiz kimi qeydiyyatdan keçə bilərlər”.

yasamal.tv xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Xəzər TV-nin “Xəzər səhər” verilişində deyib. O bildirib ki, vətəndaşların qeydiyyata alınmasında heç bir çətinlik yoxdur:

“Nazirlər Kabineti tərəfindən təsdiqlənən Tədbirlər Planına əsasən Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınan vətəndaşlara 190 manat məbləğində birdəfəlik ödəmə verilir. Bunun üçün vətəndaşlara 3 üsul təqdim edilib:

* e-sosial portalında “elektron xidmətlər” bölməsində qeydiyyatdan keçmək;

* e-sosial portalında “onlayn müraciət” bölməsində qeydiyyatdan keçmək;

* əgər bu iki üsulla qeydiyyatdan keçmək alınmasa, bu zaman vətəndaşlar məşğulluq xidmətlərilə əlaqə saxlayaraq, öz müraciətlərini edə bilərlər”.

Ə.Nəcməddinqızı qeyd edib ki, tətbiq edilən karantin rejiminə görə hazırda mərkəzlərdə vətəndaşların birbaşa qəbulu aparılmır:

“Vətəndaşlar telefon vasitəsilə məşğulluq xidmətlərinə zəng edərək öz müraciətlərini edə bilərlər”.

Azərbaycanda yeni medal təsis edilir

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

yasamal.tv xəbər verir ki, “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra təklif səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. (trend)

Markov: “Paşinyan radikallar tərəfindən məhv ediləcəyindən qorxur”

“Rusiya bu qondarma seçkiləri tanımır və Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”.

Bunu “Report”un Rusiya bürosuna müsahibəsində rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov aprelin 14-də Azərbaycanın işğal olunmuş ərazilərində – Dağlıq Qarabağda keçirilmiş “seçkilər”in ikinci mərhələsini şərh edərkən deyib.

“Eyni zamanda, Rusiya Dağlıq Qarabağın taleyinin müəyyənləşdirilməsində həm Ermənistan, həm də Azərbaycan icmalarının iştirak etmələrini tələb edir. Bu müəyyənlik BMT-nin elan etdiyi, Azərbaycan Respublikasının ərazi bütövlüyünü ifadə edən prinsiplərə uyğun olmalıdır. Bu, Rusiyanın mövqeyidir”, – o bildirib.

Rusiyalı politoloqun fikrincə, bu qondarma seçkilər Ermənistanın baş naziri Nikol Paşinyan üçün çox vacib idi: “Paşinyan inqilabi yolla əldə etdiyi hakimiyyətini qorumaq, bundan populyar olmaq üçün istifadə etmək istəyir. Bunun üçün isə iqtisadi artım tələb olunur. İqtisadi artım üçün blokadanın aradan qaldırılması lazımdır. Məhz buna görə Paşinyan Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin Azərbaycana verilməsini özündə ehtiva edən Kazan formuluna əməl etmək istəyir. Amma o, bunu etməkdən qorxur. Çünki radikallar tərəfindən məhv ediləcəyindən qorxur. Odur ki, Kazan formulu üzrə kompromisə görə siyasi məsuliyyəti Dağlıq Qarabağın erməni icmasının üzərinə daşımağa, istəklərinin siyasi müttəfiqləri tərəfindən ifadə edilməsinə çalışır. Bax buna görə də “seçkilər” onun üçün çox əhəmiyyətli idi”.

Xatırladaq ki, bu il martın 31-də Ermənistanın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində təşkil etdiyi qanunsuz “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqid edilib və qəbul edilməyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımadığını bildirib.

Piy xərçəng şişlərini əmələ gətirir

Alimlər laboratoriya müşahidələri prosesində insan orqanizmində bədxassəli şişlərin əmələ gəlməsinin başlıca səbəbini tapa biliblər.

yasamal.tv xəbər verir ki, Belçikada yerləşən Flanders adına Biotexnologiya İnstitutunun ekspertlərinin sözlərinə görə, həkimlər kompleks təcrübələr sayəsində onkoloji xəstəliklərin əmələ gəlməsinə piyin təsir göstərdiyini sübuta yetiriblər.

Tədqiqatların nəticələri “Nature” jurnalında dərc edilib. Məlum olub ki, piy yığınları yeni limfa damarlarının formalaşmasında iştirak edir. Xərçəng hüceyrələri də həmin piylərin köməyi ilə orqan və toxumalara daxil olur.

Alimlərin fikrincə, bədxassəli şişlərin əmələ gəlməsi üçün xüsusi kanallar lazımdır. Onkoloji xəstəliklərin inkişafında bu kanallar əsas rol oynayır.

Xaçmaz sakini qaynını güllələyib

Xaçmaz sakini güllələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Xaçmaz rayonunun Ağtala kəndi ərazisində kənd sakini F.Quliyevin münaqişə zəminində həmkəndlisi olan qayını M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı “TOZ-16” markalı tüfəng aşkar edilərək götürüüb. F.Quliyev saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Araşdırma aparılır.

Milli Məclis videokonfrans sisteminə keçdi

Parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

yasamal.tv xəbər verir ki, sənədin yeni redaksiyasına əsasən, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək.

Videokonfrans sistemi vasitəsi ilə keçirilən iclaslarda səsvermə ilə bərabər, həm də qeydiyyat deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, I oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək və real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcəkdi.

Qanun layihəsi bu il dekabrın 30-dək qüvvədə olacaq.

Sənəd III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Bakıda temperatur iqlim normasından yuxarı olub

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış yağıb, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Şəmkir, Şəki, Quba, Qusar, Xaltan, Kişçayda (Şəki) 1 mm olub.

Qərb küləyi Naftalanda arabir 26 m/s, Gəncədə 24 m/s, Şabranda 22 m/s, Xaçmaz, Ağstafa, Neftçalada 20 m/s, Salyanda 17 m/s, Daşkəsən, Şəmkirdə 16 m/s, Maştağada 25 m/s, Bakıda 23 m/s, Binə, Sumqayıtda 22 m/s, Ələt, Qum adası, Pirallahı, Neft Daşlarında 20 m/s, Zabratda 18 m/s, Çilov adasında arabir 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrə çatıb.

Temperatur Bakıda iqlim normasından 2,4 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16-19, aran rayonlarında 20-26, dağlıq rayonlarda 14-18, Naxçıvan MR-da 18-24 dərəcə isti olub.

WhatsAppFacebookFacebook MessengerTwitterShare

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?