Ev Blog Səhifə 15

Sarıcalı kəndinə növbəti köç karvanı yola salındı

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola düşüb.

Sarıcalı kəndinə daha 39 ailə (169 nəfər) Qaradağ rayonunun Lökbatan qəsəbəsindən yola salınıb.

Bu gün Bakı şəhərindən – 15 ailə (66 nəfər), Ağcabədi rayonundan – 5 ailə (25 nəfər), Ağdam rayonundan – 5 ailə (21 nəfər),
Bərdə rayonundan – 4 ailə (16 nəfər), Abşeron rayonundan – 3 ailə (7 nəfər), Mingəçevir şəhərindən – 2 ailə (11 nəfər), Şəki rayonundan – 2 ailə (6 nəfər), Gəncə şəhərindən – 1 ailə (7 nəfər), Şəki rayonundan – 1 ailə (6 nəfər) və Sumqayıt şəhərindən – 1 ailəyə (4 nəfər) evlərin açarları təqdim olunacaq.

Daha əvvəl Sarıcalı kəndinə köç karvanı bu il aprelin 2-də və 10-da yola salınıb.

7.2 ballıq zəlzələ olacaq, xeyli insan öləcək – Professordan xəbərdarlıq

İstanbulda gözlənilən böyük zəlzələ ilə bağlı ekspertlər arasında fərqli fikirlər mövcuddur.

1999-cu ildəki böyük zəlzələdən sonra ekspertlər İstanbulun zəlzələyə hazır olması lazım olduğunu bildirirdilər.

Professor Dr. Naci Görür son 6.2-lik zəlzələnin böyük zəlzələnin yaxınlaşdığını göstərdiyini vurğulayır. Onun fikrincə bu zəlzələ Kumburgaz və Adalar Xətlərini tərpətmiş olacaq və minimum 7.2, maksimum 7.5 böyüklüyündə zəlzələyə səbəb olacaq.

Görür zəlzələnin bu yaxınlarda baş verəcəyini və İstanbulun hazır olmadığına diqqət çəkir. Onun fikrincə İstanbulda “zəlzələyə müqavimətli” şəhərlər yaratmaq üçün ciddi addımlar atılmalıdır. O, həmçinin bu məsələdə yalnız bina stokuna diqqət yetirilməsinin kifayət etmədiyini qeyd edir.

Görür zəlzələ mövzusunda əvvəlcədən tədbir görülməsinin vacibliyini vurğulayıb və izah edib ki, hazırlıqsızlıq və təcrübə əksikliyi itkilərə səbəb olacaq.

Görür, həmçinin Elazığ və Malatya bölgələrindəki zəlzələlər barədə də məlumat verib və bu bölgədəki fayların artıq hərəkət etdiyini, bundan sonra daha böyük zəlzələlərin baş verməsinin mümkün olmadığını qeyd edib. O, İzmir və Tunceli kimi bölgələrdə də zəlzələlərə qarşı ehtiyatlı olmağın vacibliyini bildirib.

Qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,79% azalaraq 3 321,4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,51% azalaraq 33,15 ABŞ dollarına bərabər olub.

Vətəndaşların nəzərinə: Bu halda 960 manat müavinət ala bilərsiniz

Azərbaycanda vəfat edən şəxsin yaxınlarına dəfnlə bağlı maddi dəstək göstərilir. Bu məqsədlə dəfn müavinəti verilir. Təəssüf ki, bir çox insan bu hüquqdan ya xəbərsizdir, ya da onu necə əldə etməli olduğunu bilmir.

Dəfn müavinəti nədir? Kimlərə verilir, nə qədərdir?

Ölüm sosial sığorta hadisəsi hesab olunur.

Dəfn üçün müavinət də sosial sığorta üzrə ödəmələrin bir növüdür. Buna görə birdəfəlik müavinət “İşsizlikdən sığorta haqında” qanuna uyğun olaraq, işsizlikdən sığorta ödənişi alan, sığorta olunan şəxslər və ya əmək pensiyası alan şəxslər vəfat etdikdə ödənilir.

3 misli qədər…

Belə ki, işsizlikdən sığorta alan və sığorta olunan şəxslər vəfat etdikdə müavinətin məbləği 500 manat olur. Əmək pensiyası alan şəxslər vəfat etdikdə isə sözügedən ödəniş pensiyanın minimum məbləğinin 3 misli qədər müəyyən edilir.

Nəzərə alsaq ki, hazırda əmək pensiyalarının minimum məbləği 320 manatdır, o zaman bu ödəniş 960 manatdır.

Qaydalara əsasən, müavinət müraciətetmə müddətindən asılı olmayaraq, vətəndaşın ölümü ilə əlaqədar onun dəfni ilə bağlı xərclər təyin edilir və ödənilir.

Müavinət necə əldə edilir?

Sosial müavinətin təyin olunması üçün şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Qeyd edək ki, mövcud qaydalara əsasən, dəfn üçün müavinəti bütün vətəndaşlar ala bilmir. İşsizlikdən sığorta ödənişi almayan, sığorta olunmayan və əmək pensiyası olmayan şəxslər vəfat etdikdə onların dəfninə görə ödəniş edilmir.

Nəzarətdən çıxır: ABŞ-da yeni təhlükəli pandemiya barədə xəbərdarlıq edildi

Aparıcı səhiyyə mütəxəssisləri, quş qripi Amerika təsərrüfatlarında nəzarətdən çıxdığı üçün Birləşmiş Ştatların yeni bir pandemiya ilə üzləşdiyi barədə xəbərdarlıq edir.

Bu günə qədər H5N1 epidemiyası 1000-ə yaxın quş sürüsünü əhatə edib.

Qlobal Virus Şəbəkəsinin (GVN) mütəxəssislərinin fikrincə, ABŞ quşçuluq sənayesi, xüsusilə kənd təsərrüfatı istehsalının sıxlığı yüksək olan və fərdi qoruyucu tədbirlərin görülmədiyi ərazilərdə əhəmiyyətli risk altındadır.

2022-ci ildən bəri Birləşmiş Ştatlarda quş qripi epidemiyası səbəbindən 168 milyondan çox ev quşu tələf olub ki, nəticədə yumurtanın qiyməti kəskin artıb.

Virusun insandan insana keçməsi halları qeydə alınmasa da, mütəxəssislər mutasiyaların və rekombinasiyaların riski artıra biləcəyi barədə xəbərdarlıq edirlər.

Sabah 21° isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi normadan 769 mm civə sütunundan 763 mm civə sütuna enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz ayrı-ayrı yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması məqsədi ilə aprelin 30-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə H.Babaşov, İ.Cümşüdzadə, A.Həşimov küçələrinin və 6-cı mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə aprelin 29-da keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər dindirilir.

Zərərçəkmiş şəxs Nurlan Bağırov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edərkən hərbçi yoldaşları ilə birlikdə Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin hücumuna məruz qaldığını bildirib.

N.Bağırovun sözlərinə görə, hadisə zamanı onlara atəş açılıb, əl qumbaraları atılıb. Nəticədə onun 14 hərbçi yoldaşı (Daxili Qoşunların 12, Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusu) şəhid olub, hərbçilərin bir hissəsi yaralanıb. N.Bağırov özünün də hadisə zamanı yaralandığını bildirib.

Məhkəmə prosesində zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi də elan edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

“ChatGPT”dən yeni alış-veriş funksiyası – “Google”a rəqabət artır

“OpenAI” “ChatGPT”yə yeni alış-veriş funksiyası əlavə edib. Bu yenilik şirkətin “Google”un illərdir nəzarət etdiyi onlayn axtarış bazarına ciddi rəqib olma niyyətini nümayiş etdirir.

“OpenAI” “axtarış”ın “ChatGPT”də ən sürətlə böyüyən funksiyalardan biri olduğunu və son bir həftədə 1 milyarddan çox veb axtarış aparıldığını bildirib.

Yeni xüsusiyyət istifadəçilərə məhsulları təbii söhbət yolu ilə axtarıb müqayisə etməyə və birbaşa satıcılara keçid etməyə imkan verir. İlk mərhələdə bu funksiya moda, gözəllik və məişət elektronikası kateqoriyalarını əhatə edir. Tövsiyələr internetdəki məlumatlara əsaslanır və reklam xarakteri daşımır.

“Google” uzun illərdir məhsul axtarışlarında lider olsa da, “OpenAI” ilə rəqabət getdikcə güclənir. “Google” isə bu təzyiqə cavab olaraq “Gemini” süni intellektini axtarış sisteminə inteqrasiya edib.

Ötən həftə isə “OpenAI”nin rəhbərlərindən biri ABŞ-də davam edən antiinhisar məhkəməsində əgər “Google Chrome” satılmağa məcbur olunsa, onu almağı nəzərdən keçirə biləcəklərini açıqlayıb.

Pezeşkian sabah Azərbaycana gəlir

İran Prezidenti Məsud Pezeşkian sabah Azərbaycana səfər edəcək.

Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, səfər ikitərəfli əməkdaşlığı və dostluq əlaqələrini gücləndirmək niyyəti daşıyır.

Nəşrə görə, İran regional gərginliyi azaltmaqla Culfa-Naxçıvan dəmir yolunu yenidən canlandıra, Bakı ilə İrəvan arasında etimadın yaranmasına kömək edə bilər.

Bununla yanaşı, transsərhəd bazarların inkişafı, regional təşkilatlarda əməkdaşlıq və Xəzər dənizinin hüquqi rejimi kimi strateji məsələlər üzrə dialoq münasibətlərin möhkəmlənməsi üçün əsasdır.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?