Ev Blog Səhifə 14

“Sosial yardım” adıyla DƏLƏDUZLUQ: DSMF-dən vətəndaşlara XƏBƏRDARLIQ

“Facebook” sosial şəbəkəsində “Azərbaycan Sosial Yardım 2025″ adlı saxta profil altında guya 3 399 manat ünvanlı sosial yardım almağa kömək göstərən, əslində isə dələduzluq yolu ilə insanları aldadaraq vəsaitlərini ələ keçirmək məqsədi daşıyan səhifə təqdim edilir”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, daha sonra istifadəçiyə sosial yardım əldə etmək üçün ərizə ilə qeydiyyatdan keçmək təklif olunur:

“Vətəndaşları diqqətli olmağa və həmin saxta profilli səhifəyə inanmamağa, yalan, şirnikləndirici vədlərə aldanaraq fərdi məlumatları barədə dələduzlara məlumat verməməyə çağırırıq.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, aztəminatlı ailələrə ünvanlı yardım həmin ailələrin təmsilçiləri tərəfindən elektron qaydada edilmiş müraciət əsasında təyin olunur. Kiminsə müdaxiləsi və ya hər hansı bir sosial şəbəkə səhifəsinin köməyi ilə təyinat aparılmır”.

“ChatGPT” necə işləyir? – Süni intellektin insan kimi danışmasının sirri

 “ChatGPT”, “DeepSeek”, “Gemini” və “Grok” kimi süni intellekt chatbotları son dövrlərin ən çox müzakirə olunan texnologiyaları arasında yer alır. İstifadəçilər bu alətlərin necə işlədiyini və niyə bu qədər ağıllı göründüyünü tez-tez soruşurlar. Əslində isə, bu sistemlərin arxasında insan beynini təqlid edən mürəkkəb, amma maraqlı bir proses dayanır.

Hər şey 2016-cı ildə “Google” mühəndislərinin “Google Translate”i təkmilləşdirmək istəyilə başlayıb. Məqsəd maşınların sözləri tək-tək deyil, bütün cümlə kontekstində başa düşməsini təmin etmək idi. Çünki, məsələn, “işıq” sözü kontekstdən asılı olaraq fərqli mənalar verə bilər.

Süni intellektlər insan beynindən ilhamlanaraq işləyir. İnsan beyni 86 milyard neyron və bu neyronlar arasında trilyonlarla əlaqə ilə fəaliyyət göstərir. Biz hər dəfə yeni bir şey öyrəndikdə, bu əlaqələr dəyişir. Süni neyron şəbəkələri də eyni prinsipə əsaslanır – lakin rəqəmsal şəkildə.

Maşınlara bir sözün mənasını öyrətməyin yolu isə onu kontekstə yerləşdirməkdir. Yəni bir sözün ətrafındakı sözləri də nəzərə alaraq mənanı müəyyən etmək.

“Google” mühəndisləri bu problemi həll etmək üçün “diqqət”  adlı bir mexanizm hazırladılar. Bu sistem maşının hansı sözlərin daha vacib olduğunu başa düşməsini təmin edir. Sonra isə bu texnologiyanın təməlində duran “transformer” modeli yaradıldı.

Buradan etibarən ChatGPT kimi modellər milyonlarla kitab, veb sayt, forum yazısı və sosial media paylaşımını “oxumaqla” öyrədilir. Onlar bu məlumatlardan hansı sözün hansı sözlə bir yerdə istifadə edildiyini öyrənirlər. Bu prosesi “dilin statistik öyrənilməsi” adlandırmaq olar.

Modelə natamam cümlə verilir və ondan növbəti sözü tapmaq tələb olunur. Doğru cavablar üçün mükafat, yanlış cavablar üçün isə “cəzalar” tətbiq edilir. Bu üsula möhkəmləndirmə öyrənməsi deyilir.

Sorğulara cavab necə yaranır?

Məsələn, siz “Mənə Barselona şəhərinin tarixi haqqında danış” sorğusu yazdıqda, model bu cümləyə hansı cavabın uyğun olduğunu əvvəlki öyrəndiklərinə əsaslanaraq təxmin edir. Cavabın ilk sözünü proqnozlaşdırır, sonra isə bir-bir ardıcıllıqla növbəti sözləri əlavə edərək cavabı tam formalaşdırır.

Bu texnologiyalardan çıxarılası bir neçə əsas nəticə var:

“ChatGPT” şüurlu deyil. Onun nə mənlik hissi, nə düşüncə qabiliyyəti, nə də niyyəti var. Yəni qorxmağa ehtiyac yoxdur – o, robot inqilabına başçılıq etməyəcək.

“ChatGPT hesablama aparmır. O, məsələn, 2+2=4 cavabını ona görə verir ki, bu ifadəni çox yerdə belə görüb. Əgər ona tamamilə yeni və mürəkkəb bir prosedur təqdim etsəniz, çaşqın cavablar verə bilər.

Sarıcalıya növbəti köç karvanı yola salındı

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.

Ağdam rayonunun yenidən qurulmuş Sarıcalı kəndinə bu mərhələdə 35 ailə – 158 nəfər köçürülür.

Köçürülən ailələrdən 16-sı (82 nəfər) Bakı şəhərindən, 14-ü (52 nəfər) Ağdam, 3-ü (12 nəfər) Yevlax, 2-si (12 nəfər) isə Ağcabədi rayonlarındandır.

Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Beləliklə, bu köç prosesi ilə rayonun Sarıcalı kəndinə köçürülənlərin sayı 767 nəfərə (184 ailə) çatacaq.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ora köçürülmüş keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə 40 mindən çox insan yaşayır.

Bu gün XTQ-nin yaradılmasından 26 il ötür

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 26 il ötür.

XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub.

Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Xüsusi Təyinatlı Qüvvələrin bölmələri 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

XTQ dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.

İkinci Qarabağ Müharibəsi zamanı da XTQ şəxsi heyəti xüsusi qəhrəmanlıq göstərib.

Onu da qeyd edək ki, bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilib. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 36 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər “Zəfər” ordeni ilə, 57 nəfər “Qarabağ” ordeni ilə təltif edilib.

8 noyabrda İlham Əliyev XTQ komandanı Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib.

ADNA-da terror aktı törədilməsindən 16 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür.

Terror hadisəsindən 16 il ötür.

Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib.

Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.

Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməniəsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib.

Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər – Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü – Zəngəzur dəhlizində nələr hazırlanır?

Estoniyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə (MİT rəhbəri İbrahim Kalın) və İngiltərə (Mİ6 rəhbəri Riçard Mur) kəşfiyyat şefləri ilə gizli görüş keçirdiyinə dair məlumatlar yayılıb. Adətən Ermənistanda belə informasiyalar ictimai rəyi Paşinyanın əleyhinə yönləndirmək məqsədilə tirajlanır və bu məlumatın da eyni məqsədə xidmət etdiyi istisna edilməməlidir.

Lakin Kalın-Mur-Paşinyan görüşü baş tutubsa, burada bir-birinə bağlı iki əsas gündəm ola bilər.

– Türkiyə-Ermənistan münasibətlərinin normallaşması;
– Cənubi Qafqazda kommunikasiyanın açılması;

Hər iki məsələ Bakı-İrəvan xəttində razılaşmadan, xüsusilə Zəngəzur dəhlizinin açılmasından asılıdır. İngiltərə açıq şəkildə dilə gətirməsə də, Pekin-London marşrutunda güc balansını idarə etmək və təsir imkanlarını genişləndirmək baxımından Zəngəzur dəhlizi layihəsində maraqlı görünür: bu dəhlizin açılması ilə türk dünyasında coğrafi bölünmənin aradan qalxması, Türkiyədən Mərkəzi Asiyaya uzanan bölgədə tarazlıq yaradacaq gücün ortaya çıxması London-Ankara-Bakı gündəliyinə uyğundur. Ehtimal olunan Tallin görüşü Paşinyanı Zəngəzur dəhlizinin açılmasına inandırmaq məqsədi daşıya bilər. Bu informasiya son günlər Orta dəhlizdə mübarizənin kəskinləşməsi fonunda da diqqət çəkir: Avropa İttifaqının Mərkəzi Asiyada mövqelərini gücləndirmək və Orta dəhlizdə “Ermənistan tranziti planına” qarşı Əliyev Çin səfəri ilə əks-həmlə etdi və Zəngəzur dəhlizinə dəstəyi genişləndirdi; Pekinin “Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləməsi” mühüm şifrələri əks etdirir; Bakı Orta dəhlizdə üzərinə düşəni, Ankara və London öz üzərlərinə düşəni etməyə çalışır.

Hərçənd, Tallin görüşü haqqında tirajlanan iddianın reallığı yenə də sual altındadır.

Paşinyanın Estoniya səfəri daha çox gözlənilən Moskvaya səfərindən öncə Avropada “hesabat” vermək məqsədi daşıyır. Çünki erməni baş nazir 9 mayda Moskva paradına gedəcək, Avropa İttifaqı isə üzvlüyə namizəd ölkələrə parada getməməyi tapşırıb. Latviyanın xarici işlər naziri Baiba Braje aprelin 14-də bildirmişdi ki, “aprelin 13-də Qərbi Baıkan ölkələrinin nümayəndələri ilə işgüzar şam yeməyi zamanı Avropa İttifaqı onlara Moskvada keçiriləcək 9 may Qələbə Gününə həsr olunmuş bayram tədbirində iştirak etməməklə bağlı dəqiq göstəriş verib”. Görünür, Aİ-yə üzvlük yoluna çıxan Ermənistan Moskva paradına getməklə Avropadakı tərəfdaşlarını narazı salmaqdan çəkinir və Paşinyan Estoniyaya – Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın ölkəsinə səfəri ilə “Mosvkva paradında iştirakının səbəblərini – real vəziyyəti” izah etməyə çalışır. Ermənistan mediası da bu versiyanın üzərində dayanır.

Erməni baş nazirin Tallində MİT və Mi6 şefi ilə görüşüb-görüşmədiyinə dair detallar isə informasiya axınında məlum olacaq.

Gənc yaşda dolğu edənlərə XƏBƏRDARLIQ – 10 il sonra üz dərinizdə…

Dolğu inyeksiyaları qısa müddətdə üzə təzəlik və həcm qazandırsa da, 10, 20, hətta 30 il sonra üz dərinizdə hansı dəyişikliklərə səbəb ola bilər?

Ukraynalı dermatoloq və kosmetoloq Dariia Tishçenko bu barədə xəbərdarlıq edib.

Gənc yaşda dolğudan sui-istifadə nə ilə nəticələnə bilər?

Üzün deformasiyası:

Həkimin sözlərinə görə, həddindən artıq dolğu inyeksiyaları üz konturlarını dəyişir və təbii olmayan görünüş yaradır. Dolğular dəriyə dəstək verdiyindən zamanla dəri buna öyrəşə bilər və dolğu sorulduqdan sonra əvvəlki vəziyyətinə qayıtmaqda çətinlik çəkə bilər.

Həddindən artıq şişkinlik:

Çoxlu miqdarda dolğu üzdə şişkinlik yaradır və zaman keçdikcə bu hal alkoholdan sui-istifadə edən insanların sifətinə bənzəyən bir görünüşə səbəb ola bilər. Yaşlandıqca dəridəki elastikiyyət və nəmlik azalır, bu da bu şişkinliyi daha da nəzərəçarpacaq edir.

Dolğunun yer dəyişməsi (miqrasiyası):

Əgər dolğular keyfiyyətsiz məhsullardan istifadə edilməklə və ya yanlış şəkildə yeridilərsə, üzün müxtəlif hissələrinə hərəkət edə bilər. Bu isə şişkinliklər, bərabərsizlik və assimetriya ilə nəticələnə bilər və əlavə müalicə tələb edə bilər.

Psixoloji asılılıq:

Daim mükəmməlliyə can atmaq, insanın özünəinamına və psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Mütəxəssislər dolğu inyeksiyalarını yalnız peşəkar həkimlərin nəzarəti ilə və məqsədli şəkildə etdirməyi tövsiyə edirlər.

Dolğu inyeksiyaları nə qədər tez-tez edilməlidir?

Həkim bildirir ki, dolğuların təkrarlanma tezliyi istifadə olunan məhsulun növü, inyeksiya edilən nahiyə və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır. Məsələn, hialuron turşusu əsaslı dolğular orqanizm tərəfindən parçalandığı üçün adətən 6-12 ayda bir təkrarlanır.

Çox qısa aralıqlarla edilən prosedurlar isə toxumaların yüklənməsinə və uzunmüddətli fəsadlara səbəb ola bilər. Bu səbəbdən təcrübəli həkimlə məsləhətləşmək və inyeksiyaların düzgün zamanlamasını müəyyənləşdirmək vacibdir.

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? – VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.

Sözügedən məsələni özündə əks etdirən layihə artıq aidiyəti qurumlara təhvil verilib.

Məsələ ilə bağlı danışan “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, indiyə qədər ölkəmizdə əməyin ödənişinin minimal, yəni saatlıq həddi kimi bir sistem tətbiq olunmur. Məcəlləyə əsasən, əməyin ödənişinin minimal həddi aylıq müəyyən edilir və minimum məbləğ bu ildən 400 manat olub.

Sahib Məmmədov bildirib ki, saatlıq əməkhaqqı rejimi gələcək üçün işçinin işəgötürənlə qısa müddət işləyərək saathesabı alması üçün sərf edən bir variantdır. Həmçinin işəgötürənlə işçi arasında əmək müqaviləsi daha çevik bağlana biləcək.

Hazırda saatlıq əməkhaqqı yanaşması xüsusilə qərb ölkələrində çoxdan tətbiq edilir.

Qeyd edək ki, Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər arasında uzaq məsafədən iş və digər hallarla bağlı məsələlər var.

İnsan hüququ və azadlıqlarının qoruyucusu olan vəkillərə qayğının növbəti təzahürü


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatların davamı olaraq qəbul edilən bu qərar, Vəkillik İnstitutunun möhkəmləndirilməsinə və onun cəmiyyətdəki rolunun daha da artmasına xidmət etməklə , vəkillərin üzərinə böyük məsuliyyət qoyur..
İnsan hüquq və azadlıqlarının qorunması sahəsində dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin miqdarının artırılması Azərbaycan Respublikası Vəkillər Kollegiyası rəhbərliyinin son illərdə əldə etdiyi ən böyük uğurlardan biridir. Vəkillərə dövlətimizin vəkillik peşəsinə verdiyi önəmi bariz nümunədir.
İnsan hüquq və azadlıqlarının qorunması zamanı dövlət hesabına vəkillərə ödənilən məbləğ 2018-ci ildə 2 manatdan 6 manata qaldırılmışdı. Aradan keçən zaman kəsiyində bütün sahələrdə məvaciblərin və digər ödənişlərin artırılması dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin miqdarının da real vəziyyətə uyğun şəkildə artırılmasını ehyiyacı yaranmışdır. Məhz bu baxımdan Azərbaycan Respublikası Vəkillər Koleegiyasının Rəyasət heyyətinin sədri cənab Anar Bağırov dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı ödənilən məbləğin ağlabat həddə qaldırlması ilə bağlı qərarın qəbul edilməsi üçün yorulmadan səy göstərmişdir. . Cənab Anar Bağırov uzun müddətdir ki, dövlət hesabına hüquqi yardıma görə ödənişin miqdarının artırılması üçün aidiyyəti qurumlarla danışıqlar aparırdı. Bunun nəticəsində dövlət hesabına hüquqi yardım alan şəxslərə xidmət göstərən vəkillərin ödənişləri əhəmiyyətli dərəcədə artırıldı. Qəbul edilmiş yeni qərara əsasən vəkillərə ödənilən məbləğ 6 manatdan artırılaraq 11 manat müəyyən edildi. .
Qəbul edilmiş bu qərar yalnız maddi təminatın yaxşılaşdırılması ilə yekunlaşmır, eyni zamanda hüquqi yardımın keyfiyyətinin artırılmasına, hüquqi yardıma ehtiyacı olan vətəndaşlara göstərilən hüquqi xidmətlərin daha məsuliyyətli, peşəkar səviyyədə təşkil olunmasına da mühüm töhfə verəcək. İnsanların vəkilin xidmətindən istifadəyə çıxış imkanlarının genişləndirilməsi və hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi baxımından bu qərarın xüsusi rolu böyükdür.
Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması böyük məmnunluq doğurur. Bu qərar vəkillərin zəhmətinin qiymətləndirilməsi və onların sosial təminatının gücləndirilməsi baxımından mühüm addımdır. Azərbaycan vəkilliyinin inkişafı və vəkillərə qayğı dövlətimizin daim diqqət mərkəzindədir.
Azərbaycan Respublikasında vəkilliyinin və vəkillərin davamlı inkişafına göstərilən diqqət və qayğıya görə başda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev olmaqla, Nazirlər Kabinetinə və Vəkillər Kollegiyasının rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 20 saylı Vəkil Bürosunun Vəkili Rövşən Qasımov.

Sürücülərin nəzərinə: 800 manatadək CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.

Hətta sayrışan işıq görünüşlü salfet qutularına belə tələbat böyükdür.

Maraqlıdır, qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların qanunsuz istifadəsinə görə hansı cərimə və ya məhdudiyyətlər nəzərdə tutulur?

Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsinə əsasən, müvafiq İcra Hakimiyyəti orqanının icazəsi olmadan nəqliyyat vasitəsinin xüsusi çox avazlı səs və sayrışan işıq siqnalları ilə təchiz olunması qadağandır:

“Belə hal aşkarlandığı təqdirdə həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur”.

Hüquqşünas Hikmət Əliyev isə qeyd edib ki, sözügedən pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən, sürücü avtomobilinin idarə olunmasından kənarlaşdırılır.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?