Ev Blog Səhifə 13

“Ünvanli sosial yardım” almaqla bağlı aldana bilərsiniz – XƏBƏRDARLIQ

3399 manat ünvanlı sosial yardım almağa kömək göstəririk. “Feysbuk sosial şəbəkəsində yaradılan “Azərbaycan Sosial Yardım 2025” adlı saxta profil altında guya sosial yardıma ehtiyacı olan insanlara yardım edilir, onlara dövlətin bu qayğısından yararlanmaq üçün şirnikləndirici təkliflər səsləndirilir.

Əslində isə dələduzluq yolu ilə insanları aldadaraq vəsaitlərini ələ keçirmək məqsədi daşıyan səhifə təqdim edilir. Dövlət Sosial Müdafiə Fondu əhalini diqqətli olmağa səsləyib.

Qurumun  mətbuat katibi Rəşad Mehdili qeyd edib ki, səhifədə  əvvəlcə  istifadəçiyə sosial yardım əldə etmək üçün ərizə ilə qeydiyyatdan keçmək təklif olunur.

Rəşad Mehdili qeyd edib ki, aztəminatlı ailələrə ünvanlı yardım həmin ailələrin təmsilçiləri tərəfindən elektron qaydada edilmiş müraciət əsasında təyin olunur.

Müraciətə e-sistem üzərindən və müxtəlif qurumların informasiya ehtiyatlarına inteqrasiya əsasında baxılır. Yardım təyin olunub-olunmamasına dair vətəndaşlara SMS-bildiriş göndərilir. Eyni zamanda, “142” Çağrı mərkəzinə də müraciət edərək, bu mövzuda ətraflı məlumat almaq olar.

Yağıntılı və küləkli hava şəraiti bu tarixədək davam edəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 11, Balakəndə 10, Tovuz, Daşkəsən və Zaqatalada 9, Şahdağ, Göygöl və Şahbuzda 6, Şərurda 4, Cəfərxan, Yardımlı, Culfa, Gəncə və Ordubadda 3, Biləsuvar, Beyləqan, Sabirabad, Şəki, Ceyrançöl və Gədəbəydə 2, Naxçıvan, Naftalan, Qobustan, Qusar, Tərtər, Mingəçevir, Yevlax, İmişli, Lerik, Cəlilabad, Lənkəran və Astarada 1 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 23, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yardımlı, Balakən, Mingəçevir və Şahdağda 20, Altıağac və Şahbuzda 18, Göygöl, Xınalıq və Gədəbəydə 16, Culfa və Şəkidə 15 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Aran rayonlarında 23, Naxçıvan MR-da 29, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 6-dək davam edəcək.

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

“2030-cu ilə qədər icrası nəzərdə tutulmuş genişmiqyaslı layihəyə əsasən, müasir avadanlıqlarla təchiz olunmuş dönmə kamerası metronun “İçərişəhər” stansiyasının arxasında tikiləcək. Bu, həm bənövşəyi, həm də yaşıl xətdə qatarların hərəkət intervalını azaltmağa imkan verəcək”.

Bu fikirləri açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metroda gözlənilən yeniliklərlə bağlı danışarkən deyib.

O bildirib ki, hazırda minimum interval dörd dəqiqədirsə, gələcəkdə bu müddət “bənövşəyi” xətdə bir dəqiqəyə, “yaşıl” xətdə isə iki dəqiqə 30 saniyəyə enəcək:

“Sistem və infrastruktur tam yeniləndikdən sonra intervalın daha da qısaldılması mümkündür”.

B.Məmmədovun sözlərinə görə, xətlərin ayrılması üçün Dərnəgül ərazisində yeni elektrik deposu tikiləcək:

“Bu, metropolitenin fəaliyyətini daha səmərəli təşkil etmək baxımından vacib layihələrdən biridir. Depo istifadəyə verildikdən sonra tunellərin tikintisinə başlanacaq. Sözügedən mərhələyə qədər “Nizami” və “Cəfər Cabbarlı” stansiyalarının yaxınlığında iki yeni elektrik yarımstansiyası inşa olunacaq. Eyni zamanda, mövcud enerji infrastrukturunun optimallaşdırılması da nəzərdə tutulur.

“300 yeni vaqonun alınması istiqamətində hazırda texniki və iqtisadi parametrlər üzrə beynəlxalq qiymətləndirmə və danışıqlar aparılır. Seçim prosesi yekunlaşdıqdan sonra istehsal mərhələsinə start veriləcək. Ümumilikdə bu layihələrin həyata keçirilməsi nəticəsində il ərzində əlavə 88 milyon sərnişinin daşınması mümkün olacaq”, – deyə “Bakı Metropoliteni” QSC-nin sözçüsü fikirlərini yekunlaşdırıb.

Banklar üçün unikal şans – Faizlər azalacaq?

Müstəqillik dönəmində ilk dəfə olaraq Maliyyə Nazirliyi ölkə banklarına depozit yerləşdirib. Bununla bağlı keçirilən hərracın nəticələrinə əsasən, nazirlik bir milyard manat həcmində sərbəst qalığı dörd sistem əhəmiyyətli bankda üç ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini bəyan edib. Növbəti hərracda isə vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Bəs, görəsən, büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi bank sektoruna hansı əlavə imkanlar yaradacaq? Bu addım kredit faizlərinin aşağı düşməsinə şərait yarada bilərmi?

Bazarda canlanma yaranacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəriblinin sözlərinə görə, bu addım ölkə iqtisadiyyatında və banklarda canlanma yaradacaq: “Bu alət banklar üçün əlavə maliyyə resursu yaradır. Bankların kredit vermək imkanları genişlənir. Bu yatırımdan sonra biz az da olsa banklarda faizlərin enməsini müşahidə edirik. Nəticə etibarilə qərar həm dövlət büdcəsinə əlavə vəsait əldə etmək baxımından müəyyən qədər təsir göstərir, həm də ölkə iqtisadiyyatı və bankların canlanmasına imkan yaradır. Düzdür, sözügedən vəsaitlər əsasən iri banklara yönəldilib. Bu da normal prosesdir. Çünki iri banklar daha təhlükəsiz hesab edilir. Təbii ki, istisna hallar ola bilər. Yəqin ki, Maliyyə Nazirliyi mövcud vəziyyəti hərtərəfli təhlil edərək bu yatırımı edib. Gələcəkdə istisna deyil ki, digər banklara da belə yatırımlar edilsin”.

“Digər qurumlar üçün də nümunə olmalıdır”

Ekspert hesab edir ki, Maliyyə Nazirliyinin təcrübəsi vəsaiti olan digər qurumlar üçün də nümunə olmalıdır: “Məsələn, Dövlət Neft Fondunun da vəsaitləri mövcuddur. Baxırıq ki, həmin vəsaitlərdən xarici banklara depozit yerləşdirilir, amma yerli banklara yerləşdirilmir. Bu barədə Dövlət Neft Fondu da düşünə bilər. Təbii ki, ölkə iqtisadiyyatı da həmin vəsaiti qəbul etməyə hazırlıqlı olmalıdır. Əgər krediti alıb istehlak kreditləri kimi mənimsəyiriksə, bu, iqtisadiyyatda elə də böyük effekt verməyəcək. Məsələn, Türkiyədə bu effekt daha yüksəkdir. Çünki orada kreditin əsas hissəsi real iqtisadiyyata yönəldilir. Bizdə isə ümumi kredit portfelində istehlak krediti üstünlük təşkil edir. Bu, həm də pul kütləsinin dolayı yolla ölkədən kənara çıxması deməkdir”.

“Banklar siyasətlərini dəyişməlidir”

E.Qəriblinin fikrincə, kredit faizlərində kəskin azalma ehtimalı çox aşağıdır: “Biz müşahidə edirik ki, depozit yerləşdirilməsindən sonra bu azalma heç yarım faiz də deyil. Bu da qısamüddətli prosesdir. Əgər bir neçə qurum bu tipli addımlar atarsa, faizlərdə nəzərəçarpacaq endirimlər baş verə bilər. Maliyyə bazarlarına etibar artar, bankların reytinqi yüksələr. Eyni zamanda, bu etibar gələcəkdə digər yerli və xarici təşkilatları da ölkə iqtisadiyyatına daha çox investisiya yatırmağa sövq edər”.

E.Qəribli gələcəkdə dövlət tərəfindən kiçik banklara da depozit yerləşdirilməsini istisna etmir: “Banklar öz fəaliyyətlərinə yenidən baxmalı, bu resursların cəlb olunması üçün siyasətlərini dəyişməlidir. Çünki bizdə elə banklar var ki, yerində sayır, müasir dövrün tələblərinə cavab vermir. Maliyyə Nazirliyi onlara pul ayıraraq fəaliyyətlərini stimullaşdırmamalıdır. Elə strategiyaları olmalıdır ki, dövlət qurumu da həmin banklara depozit yerləşdirməkdə maraqlı olsun”.

“Faiz azalmaları təkcə bu hadisə ilə bağlı olmayacaq”

Bank məsələləri üzrə ekspert Emin Kərimov bildirir ki, Maliyyə Nazirliyinin bu aləti banklara verməsi müsbət haldır: “Bu, banklar üçün unikal şansdır və bazarda əlavə canlanma yaradacaq. Bu yolla yerli bankların daha ucuz vəsait əldə etməsi mümkün olub. Banklar xarici investorlara əlavə biznes plan vermədən hazır depozit cəlb ediblər. Hər bir bankın özünün satış strategiyası mövcuddur. Bu vəsait imkan verəcək ki, banklar öz cari planlarını rahat şəkildə yerinə yetirsin”.

Ekspert hesab edir ki, sözügedən alət kredit faizlərinin aşağı düşməsinə təsir göstərə bilər: “Sadəcə, faizlərin aşağı salınması mücərrəd və mürəkkəb prosesdir. Çünki bu, təkcə depozit məsələsindən asılı deyil. Burada bazar konyunkturası, qiymət tənzimləmələri, bankın gəlirliliyi, inflyasiya həcmi və sair proqnozlar nəzərə alınır. Ola bilsin ki, il sonuna və ya müəyyən bir dövrdən sonra faiz azalmaları olsun. Amma faiz azalmaları təkcə bu hadisə ilə bağlı olmayacaq”.

Qısamüddətli depozitlər təzyiq yaratmaq gücündə deyil

İqtisadçı Eldəniz Əmirov hesab edir ki, Maliyyə Nazirliyinin sistem əhəmiyyətli banklara yatırdığı depozitdən sonra kredit faizlərində ucuzlaşmanın baş verəcəyini gözləmək doğru deyil: “Bu gün depozit portfeli təxminən 40 milyard manatdır. Bir müddət əvvəl bu portfel 38 milyard manat olandakı faizlərlə 40 milyard manat olandakı faizlər arasında ciddi faiz endimi yox idi. Deməli, depozit portfelinin indi 2-3 faiz artması kredit faizlərinə kəskin və davamlı təzyiq yaratmaq gücündə deyil. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi bu vəsaitləri qısa müddətə, əsasən 1-3 ay intervalları ilə yerləşdirir. Halbuki bank kreditləri uzun müddətə, yəni bir neçə il üçün verilir. Deməli, qısamüddətli depozitlərin uzunmüddətli kredit faizlərinə davamlı təsir göstərməsi mümkünsüzdür. Eyni zamanda, kredit faizlərinə təsir edən tək amil banklardakı likvidlik deyil. Pul siyasəti, makroiqtisadi risklər, inflyasiya gözləntiləri və sair bu məsələdə ciddi rol oynayır”.

Ekspert bununla yanaşı, Maliyyə Nazirliyinin addımını doğru sayır. Onun fikrincə, növbəti illərdə depozitlər yalnız sistem əhəmiyyətli banklara deyil, müəyyən mütənasiblik mexanizmləri çərçivəsində digər banklara da həvalə edilməlidir: “Bu, bank sektorunda rəqabət mühitinin qorunması baxımından çox önəmli olar”. (“Kaspi” qəzeti)

Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında iştirak etdilər

Sumqayıt şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Bulvarı ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Aksiya çərçivəsində 150-yə yaxın ağac əkilib. Aksiyada Asan Xidmət könüllüləri də iştirak ediblər.

Şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasına töhfə verən bu təşəbbüs Sumqayıtda ekoloji layihələrin davamlı şəkildə həyata keçirilməsi və şəhərin inkişaf strategiyasının vacib istiqamətlərindən biridir. Bu çərçivədə şəhərdə yaşıllaşdırma tədbirləri mütəmadi olaraq keçirilir, müxtəlif ağac növlərinin əkilməsi və ekosistemin qorunması istiqamətində ardıcıl işlər görülür.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Vətən müharibəsi qazisi, birinci qrup əlil Əzizov Rəvan üçün inşa edilən evlə də tanış olublar. Görüş xoş təəssüratla yadda qalıb.

“Skype” bu tarixdə bağlanacaq

“Skype” platforması mayın 5-də bağlanacaq.

Bu barədə “Microsoft”un texniki dəstək saytındakı məlumatda vurğulanıb.

“Siz mayın 5-dək “Skype”dan istifadəyə davam edə bilərsiniz”, – şirkətdən bildirilib.

Şirkət istifadəçi hesablarının “Microsoft Teams” xidmətinə veriləcəyini dəqiqləşdirib.

Xatırladaq ki, “Skype” 2003-cü ildə istifadəyə verilib. 2011-ci ildə “Microsoft” həmin platformanı alıb. 2017-ci ildə isə şirkət “Skype”a bənzər “Teams” platformasını işə salıb və o vaxtdan bu günə qədər fəal şəkildə təbliğ edir.

“WhatsApp”da ilk yaşandı

2025-ci ilin aprelində “WhatsApp” tətbiqindən üç milyarddan çox insan istifadə edib. Bu göstərici ilə mesencer tarixdə üç milyard istifadəçi həddini keçən bir neçə tətbiqdən biri olub.

Bu barədə “Techcrunch” saytı xəbər verir.

“WhatsApp” hazırda aktiv istifadəçilərin sayına görə “Facebook”la eyni sırada qərarlaşıb.

Xatırladaq ki, “WhatsApp” 2009-cu ildə istifadəyə verilib və 2014-cü ildə “Facebook” tərəfindən 19 milyard dollara satın alınıb.

10 il ərzində servisin auditoriyası 15 dəfə artıb. Satın alındıqdan sonra istifadəçilərin sayı 200 milyondan üç milyarda yüksəlib.

Eksperiment şüurun beyində harada yerləşdiyini göstərdi

ABŞ-də yerləşən Allen İnstitutunun alimləri tərəfindən aparılan yeddiillik tədqiqat insan şüurunun təbiətinə yeni işıq salaraq iki əsas rəqib elmi nəzəriyyəyə meydan oxuyub.

256 iştirakçının qatıldığı genişmiqyaslı eksperimentin nəticələri nüfuzlu “Nature” elmi jurnalında dərc edilib.

Tədqiqat göstərib ki, beynin görmə mərkəzləri ilə (başın arxa hissəsində yerləşən sahələr) və alnın ön hissəsindəki sahələr arasında funksional əlaqə mövcuddur. Bu əlaqə insanın nə gördüyünü necə düşündüyü ilə bağlayır.

Əvvəllər düşünülürdü ki, şüur əsasən beynin ön hissəsində yaranır, lakin bu araşdırma göstərib ki, şüur daha çox hiss və qavrayışla bağlıdır, nəinki planlaşdırma və məntiq kimi “fəaliyyətlə”.

Tədqiqat şüurla bağlı iki məşhur nəzəriyyəni dəstəkləməyib:

– İnteqrasiya olunmuş informasiya nəzəriyyəsi (IIT) – şüur beynin müxtəlif hissələrinin birləşmiş fəaliyyətindən yaranır.

– Qlobal neyron işçi sahəsi nəzəriyyəsi (GNWT) – şüur beynin ön sahələrinin informasiyanı seçib yaymasından yaranır.

Hər iki nəzəriyyəyə aid kifayət qədər sübut tapılmayıb.

Araşdırmada iştirak edənlərə vizual siqnallar göstərilərək beyin reaksiyaları öyrənilib.

Bu nəticələr şüurun dəqiq yerini anlamaqla, ağır beyin travması olan insanlarda gizli şüurun aşkarlanmasına kömək edə bilər.

Çindən dünyaya səs salacaq sənəd: COVID-19-un ilk izi ABŞ-də tapılıb

Çin Dövlət Şurasının İnformasiya Bürosu qlobal pandemiyaya səbəb olmuş SARS-CoV-2 koronavirusunun Çinin Uhan şəhərindən xeyli əvvəl ABŞ-də ortaya çıxa biləcəyini sübut edən “Ağ kitab” dərc edib.

Bu barədə “Daily Mail” məlumat verir.

“Əhəmiyyətli sübutlar COVID-19-un rəsmi olaraq bildirilən vaxtdan və Çində baş verən epidemiyadan əvvəl Amerika Birləşmiş Ştatlarında ortaya çıxa biləcəyini göstərir” , – deyə sənəddə qeyd olunur.

“Ağ kitab”da xüsusi diqqət Florida ştatına yönəldilib. Burada rəsmi olaraq ilk yoluxma halı 2020-ci il martın 1-də aşkarlanıb. Lakin açıq mənbələrdən əldə edilən məlumatlara görə, koronavirus ştatda artıq yanvar ayında yayılmağa başlayıb. Həmin dövrdə xəstələnənlərin əksəriyyəti ölkə hüdudlarını tərk etməyib.

Kitabda qeyd olunub ki, sonradan ABŞ tərəfi bu məlumatı silib, məlumatların işlənməsinə cavabdeh olan əməkdaşlar isə işdən çıxarılıb.

Kor olandan sonra “görməyə” başlayan Vanqa SSRİ rəhbərinə nə demişdi?

1911-ci ildə indiki Şimali Makedoniya ərazisində doğulan məşhur görücü Vanqa 12 yaşında görmə qabiliyyətini itirir.

O, görmə qabiliyyətini itirəndən sonra qeyri-adi səslər eşitməyə və gələcəyi “görməyə” başlayır.

Vanqa dünyadakı əhəmiyyətli hadisələr barədə dəqiq proqnozlar verərək bir çox insanın diqqətini çəkir və dövrünün siyasi liderləri ilə görüşlər keçirir.

Məlumatları “görünməyən varlıqlar”dan aldığını iddia edən ekstrasens Sovet İttifaqının dağılacağını da xəbər verir. O, 1996-cı ildə mədə xərçəngi səbəbindən 85 yaşında vəfat edir.

Ölümündən bir müddət əvvəl isə bunları deyir: “İnsanlıq çox əziyyət çəkəcək, amma yenidən işıq doğacaq”.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?