Ev Blog Səhifə 12

Bu 6 tətbiq kartınızdakı pulları çəkir – Dərhal silin! – XƏBƏRDARLIQ

Texnologiya mütəxəssisləri son illərdə artan zərərli tətbiqlərlə bağlı yeni xəbərdarlıq yayıb.

Android platformalı telefonlar üçün nəzərdə tutulan 6 tətbiqin istifadəçilərin razılığı olmadan onların kredit və bank kartlarından pul çəkməsi aşkarlanıb.

Telefona yüklədiyimiz tətbiqlər həm şəxsi, həm də bank hesabı məlumatlarımızı hakerlər üçün əl çatan edə bilər.

Avropa Birliyi Kibertəhlükəsizlik Agentliyi yayımladığı son açıqlamada ağıllı telefonlarda geniş istifadə olunan 6 tətbiq barədə xəbərdarlıq edib. Bildirilib ki, bu tətbiqlər istifadəçinin razılığı olmadan tətbiqdaxili alış-veriş edir. İstifadəçilərə həmin tətbiqləri dərhal telefonlarından silmələri tövsiyə edilib.

2025-ci ildə kartınızdan icazəsiz pul çəkdiyi aşkarlanan 6 tətbiq bunlardır: 

Auto Picture Cut

Square Blur Photo

Square Photo Blur

Smart Photo Blur

Super Call Flash

Super Call Flash

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.

Orden Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə görüşündə təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.

Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Azərbaycan komandası Avropa Kubokunda daha bir medal qazanıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.

Təmsilçilərimiz çarpaz qarşılaşmalar finalında uğurlu çıxışla diqqət çəkiblər.

Onlar 3 top 2 halqa ilə proqram üzrə 22.250 xalla bürünc medalın sahibi olublar.

Qeyd edək ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız ötən gün qızıl medalı hesabına yazdırıb.

Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kuboku mayın 4-də başa çatacaq.

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətlərin müddəti uzadıldı

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətlərin müddəti yeni regional sənəd qəbulu mərkəzlərində 30 may 2025-ci il tarixinədək uzadılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətin müddəti 30 may tarixədək uzadıldı. Namizədlərin regional sənəd qəbulu mərkəzlərinə yaxınlaşaraq sənədlərini təqdim etmələri yetərli hesab olunur. Sənəd qəbulu mərkəzləri Gəncə, Kürdəmir, Masallı, Beyləqan, Goranboy, Bərdə və Quba şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 35 yaşınadək hərbi vəzifəlilər, eləcə də Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) və “q” bəndinə (ştat ixtisarına görə) müvafiq olaraq ordu sıralarından ehtiyata buraxılmış 40 yaşı tamam olmayan hərbi vəzifəlilər qəbul edilir.
Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.
Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi, hərbi uçot və mülki ixtisası (olduğu halda), peşə səriştəsi nəzərə alınmaqla ixtisas seçimi imkanı yaradılaraq kursa qəbul edilirlər.

Xidmətə təyinat zamanı, kursu müvəffəqiyyətlə başa vurmuş şəxslərə bölgələr üzrə xidmət yerlərinin seçilməsi üçün azad seçim imkanı təqdim edilir.

Tələb olunan sənədlər:
– kursa qəbul olunmaq barədə ərizə;
– anket forması;
– tərcümeyi-hal (1 nüsxədə);
– təhsil haqqında sənədin surəti (1 nüsxədə);
– doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
– yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);
– əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);
– şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə);
– sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə);
– nikah haqqında şəhadətnamənin surəti (evli olduqda,  1 nüsxədə);
– həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə);
– rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm, 2 ədəd 4.5×6 sm və 3 ədəd 9×12 sm);
– hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə);
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
İmtiyazlar:
Kurs müddətində
– əşya, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) həmçinin aylıq pul təminatı.
Xidmət müddətində
– kiçik çavuş, çavuş, baş çavuş rütbəsinin verilməsi;
– xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;
– il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;
– ailə üzvləri üçün güzəştli tibbi təminat;
– güzəştli ipoteka krediti; 
– Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;
– karyerada inkişaf.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

Əlaqə məlumatları:
Telefon: (012) 404-18-45
Çağrı mərkəzi: *0811

DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ

“Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından dələduzluq həyata keçirilir”.

Bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur. Eyni zamanda səhifədə yerləşdirilən saxta keçid vasitəsilə müxtəlif internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir:

“Daxili İşlər Nazirliyi vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir”.

“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib.

“Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonda kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub. Rusiyalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.

Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.

Qaliblərə pul mükafatları və medallar təqdim olunacaq.

Qeyd edək ki, marafonda 28 minədək iştirakçı qeydiyyatdan keçib.

Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür

Bu gün Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür.

Arəstə Kərim qızı Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində doğulub.

Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olarkən vəfat edib.

Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb. 2018-19-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.

Rəsmi Bakı Badamova görə Moskvadan izahat GÖZLƏYİR

Rusiya tərəfinin deputat Azər Badamovun Moskva hava limanında saxlanılması və Rusiyaya girişinə qadağa qoyulmasını qeyri-dost addım hesab edir, izahat gözləyirik

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycan Respublikası Milli Məclisinin üzvünün Rusiya Federasiyası ərazisinə buraxılmaması ilə bağlı suala cavabında bildirib.

“Bəli, həqiqətən bu gün bu hadisə baş verib. Qeyd edək ki, Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru – Hökümət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub”, – o bildirib.

Onun sözlərinə görə, nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib.

“O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb. Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib.

Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik”, – deyə A.Hacıyev qeyd edib.

Sürücülər silinən zolağa görə 3 bal və 100 manat cərimələnirlər – AÇIQLAMA

Paytaxtın Hüseyn Seyidzadə küçəsindəki piyada zolaqları silinib.

Bu da sürücü və sərnişinlər üçün problemlər yaradır.

Həmin vəziyyət artıq bir neçə aydır ki, davam edir.

Oxşar hal Bakının bir çox küçələrində də müşahidə edilməkdədir.

Vaxtında yenilənməyən, silinən zolaqlara görə sürücülər 3 bal və 100 manat cərimələnirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, həmin işlərin aparılması mərhələli şəkildə həyata keçirilir.

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

2025-ci ilin birinci rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 faiz təşkil edib. Bu, ötən ilin sonundakı göstəricidən 2 faiz yüksəkdir.

Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, nağd satışlar xeyli azalıb və vətəndaşlar avtomobilləri daha çox kreditlə almağa üstünlük verirlər.

Bu dəyişiklik həmçinin taksi xidmətlərinin yenilənməsinə də təsir göstərir. Lakin kredit faizlərinin artması, yeni avtomobillərə olan tələbatı azalda bilər. Əgər ötən il ərzində banklar avtomobil kreditlərində ilkin ödənişi hibrid avtomobilləri üçün 20 faizdən qəbul edirdilərsə və illik faizlər təxminən 10 faizdən başlayırdısa, 2025-ci ilin əvvəlində bu rəqəm 12 faizə yüksəlib.

Eldəniz Cəfərov qeyd edib ki, yeni avtomobil almaq daha əlçatan olmayacaqsa və kredit şərtləri çətinləşirsə, bu, köhnə avtomobillərə tələbin artmasına səbəb ola bilər. Ekspertin sözlərinə görə, bank faizlərinin 2 faiz artımı ilə iş bitmir. Çünki alıcılar avtomobil kreditləri üçün müraciət etdikdə, bankların tələb etdiyi şərtlər də çətinləşib.

Yeni avtomobillərə olan tələbin azaldığı halda, köhnə avtomobillərə tələbin artması gözlənilir. Bu da öz növbəsində, köhnə avtomobillərin bazardakı qiymətlərinin müəyyən bir faizlə yüksəlməsinə səbəb ola bilər.

Ekspertin sözlərinə görə, 2 faizlik artım ilk baxışda kiçik görünə bilər, amma bazarda ciddi təsir yaratmaq potensialına malikdir.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?