Ev Blog Səhifə 3267

Alimlər: Koronavirus şizofreniyaya yol aça bilir

ABŞ-ın San-Dieqo şəhərində yerləşən Kaliforniya universitetinin mütəxəssisləri bu qənaətə gəliblər ki, koronavirus mərkəzi sinir sistemini zədələmək gücünə sahibdir.

“İzvestiya” xəbər verir ki, koronavirusa yoluxan hamilə qadınların uşaqlarında şizofreniya kimi psixoloji problemlər yarana bilər.

Onlar ana bətnində xəstəliyə yoluxan körpələrinmüşahidə edilməsinin vacibliyini vurğulayırlar.

“Bəzən ağır infeksiya zamanı pasiyentlərdə hallüsinasiya, illüziya kimi iti və davamlı psixotik simptomlar müşahidə edilir. Xəstənin vəziyyəti yaxşılaşdıqda bu simptolar yox olur. Lakin infeksiya mərkəzi sinir sistemini zədələdikdə onlar qalır”, – deyə alimlər qeyd edir./oxu.az

Krediti olanlara – Şad Xəbər

“Ünvanlı sosial yardım haqqında” qanuna təklif edilən yeni dəyişikliyə əsasən, artıq adında pul krediti olan ailələr də ünvanlı dövlət sosial yardımdan yararlana biləcəklər.

yasamal.tv xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

O deyib ki, hazırda müraciət edən ailənin son bir il ərzində götürdüyü kredit onun gəliri hesab olunur:

“Bu, bir çox hallarda ailələrin sosial yardım ala bilməməsinə səbəb olurdu. Yeni dəyişikliklərə əsasən isə kreditlər ünvanlı sosial yardım təyin edilərkən heç bir halda nəzərə alınmayacaq”.

Qeyd edək ki, “Ünvanlı sosial yardım haqqında” qanuna təklif edilən yeni dəyişikliklər layihəsi Nazirlik tərəfindən hazırlanaraq Milli Məclisə təqdim edilib. /Modern.az/

Tədris prosesi iyunun 1-də bərpa edilir? – RƏSMİ AÇIQLAMA

“Tədris prosesinin iyunun 1-dən etibarən bərpa edilməsi nəzərdə tutulmur”.

Yenicag.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“İmtahanların keçirilməsi ilə bağlı yeni normalar hazırlanıb. Yaxın günlərdə sənədin təsdiq edilməsi planlaşdırılır. Fərqli yanaşmalar olacaq. Normativ və hüquqi baxımından məsələlər müzakirə olunur. Bu prosesi tənzimləyən qaydalar sənədi Baş Nazirə təqdim olunub. Təkliflər mövcud vəziyyətə uyğun, şərait nəzərə alınaraq hazırlanıb”. – deyə Ceyhun Bayramov bildirib.

Azərbaycanda daha 77 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı Azərbaycan Respublikasında 77 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 15 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1551 nəfər müalicə olunaraq sağalmış, 28 nəfər vəfat etmiş, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 175.910 test aparılmışdır.

Sosial yardım almaq üçün müəyyənləşdirilmiş şərtlər yumşaldılır

Sosial yardım almaq hüququ ilə əlaqədar ailələr üçün müəyyənləşdirilmiş şərtlər yumşaldılır.

yasamal.tv-ın məlumatına görə, bu, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir.(apa)

Təklifə əsasən, bu səbəblər sırasına ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması daxil edilir.

Həkimlər niyə ağ rəngdə geyinir?

 

Müasir tibb müəssisələrində mavi və yaşıl rəngli xalatlar getdikcə daha çox görünsə də, ağ xalatlar həkimlər üçün hər zaman əvəzedilməz qalacaq.

yasamal.tv olke.az-a istinadla xəbər verir ki, dünya həkimlərinin səksən faizi ağ xalat geyinir.

On doqquzuncu əsrin ortalarına qədər həkimlərin xüsusi forması olmayıb. Qədim zamanlarda həkimləri üzdən tanıyırdılar. Ona görə də geyimin onlar üçün heç bir əhəmiyyəti olmurdu.

Tibb işçilərinin ağ xalat geyinməsini ilk dəfə ingilis həkimi Cozef Lister tərəfindən düşünülmüşdür. Çünki o, ağ rəngin antiseptik xüsusiyyətlərə malik olduğunu düşünürdü.

Sonralar ağ xalatla cərrahın peşəkarlığını xarakterizə etməyə başladılar. Belə ki, onun xalatı qanla nə qədər az ləkələnirdisə, bacarığı da o qədər yüksək qiymətləndirilirdi. Getdikcə, ağ xalatlar tibbdə daha çox yayılmağa başladı.

Bir müddətdən sonra İngiltərədə ağ xalatın tibbdə lazım olub- olmaması barədə müzakirələr başladı. Lakin, kolorimetriya elminin göstərdiyi kimi, ağ rəng insanın düşüncəsinin saflığını və dürüstlüyünü ifadə edir, xəstələr tərəfindən daha yaxşı qəbul edilirdi. Təsadüfi deyil ki, ruhani liderlər hər zaman ağ paltar geyinirlər.

Ölümlə hədələnən dahi azərbaycanlı – Faktlar

Bu gün görkəmli xalq rəssamı, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin doğum günüdür.

Kult.az Əzim Əzimzadə ilə bağlı 8 faktı təqdim edir:

1. Əzim Aslan oğlu Əzimzadə 1880-ci ildə Novxanı kəndində dünyaya göz açıb. Atası Aslan kişi oğlunun təhsili üçün şəhərə köçüb, bənnalıq edib.

2. İlk təhsilini mollaxanada alan Əzim bir müddət sonra rus-tatar məktəbinə daxil olub. Burada oxuduğu illər ərzində rəsm çəkməyə xüsusi həvəs göstərib, ədəbi əsərlərə illüstrasiyalar çəkib.

3. İbtidai təhsilini uğurla bitirdikdən sonra iş adamı Ağabala Quliyevin evində çalışmağa başlayıb. Burada həmin sahibkarın evini dekorativ şəkillərlə bəzəmək üçün dəvət olunan Maslov soyadlı rus rəssamın yanında təsviri sənətin sirlərinə yiyələnməyə başlayıb.

4. Əzim Əzimzadə yaradıcılığında əsrlərdən bəri formalaşan Təbriz miniatür məktəbi ilə rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib.

5. Onun rəssamlıq sahəsində ilk ciddi addımları “Molla Nəsrəddin” dərgisində nəşr etdirdiyi karikaturaları ilə əlaqədardır. Yalançı mollaların karikaturasını çəkən Əzim buna görə onlar tərəfindən dəfələrlə ölümlə hədələnib.

6. 1914-cü ildə Ə.Əzimzadə satirik şair M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoyub.

7. Ə.Əzimzadənin teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.

8. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub.

Qeyd edək ki, Əzim Əzimzadə 1943-cü il mayın 15-də Bakıda vəfat edib. Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılıb, evin yaxınlığındakı bağda büstü qoyulub.

Gürcüstan turistləri qəbul edəcəyi tarixi açıqladı

Gürcüstan iyulun 1-dən xarici turistlərin qəbuluna başlayacaq.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Baş Nazir Giorgi Qaxariya Qurumlararası Koordinasiya Agentliyinin iclasında məlumat verib.

“15 iyun tarixindən etibarən Gürcüstan yerli turizm xidmətləri üçün açılacaq və iyulun 1-dən Gürcüstan xarici turistləri qəbul etməyə hazır olacaq. Bunun üçün qonşu, xüsusilə turizm üçün maraqlı olan ölkələrlə təhlükəsiz dəhlizlər yaradacağıq”, – deyə nazir bildirib.

Qeyd edək ki, Gürcüstan koronavirus pandemiyası ilə əlaqədar olaraq xüsusi hallar istisna olmaqla, xaricilər üçün sərhədləri bağlayıb və bütün istiqamətlərdə hava nəqliyyatını dayandırıb. Martın 21-dən etibarən fövqəladə vəziyyət elan edilib.

Son məlumata görə, ölkədə 615 nəfərə COVID-19 diaqnozu qoyulub, 9 xəstə ölüb.

Gürcüstan Ukraynaya təşəkkür etdi

Gürcüstan Parlamentinin vitse-spikeri Mamuka Mdinaradze Mixail Saakaşvilinin Ukrayna Baş Nazirinin müavini vəzifəsinə namizədliyinə baxılmamasına görə Ukrayna deputatlarına təşəkkür edib.

Bu barədə M.Mdinaradze dünən keçirilən brifinq zamanı açıqlama verib: “Mən Ali Radaya və həmkarlarımıza ehtiyatlılıq göstərdiklərinə və mövqeyimizi bölüşdüklərinə görə təşəkkür edirəm. Fakt budur ki, Ali Radada Saakaşvilinin sözügedən vəzifəyə namizədliyinə baxılmadı”.

Onun sözlərinə görə, Saakaşvilinin namizədliyinin təsdiqlənməməsinin əsas səbəblərindən biri də Gürcüstan tərəfinin Ukrayna hakimiyyətinə mürəciəti olub.

“Qafqazinfo” xatırladır ki, bir müddət əvvəl M. Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən ona təklif olunan Baş Nazirin islahatlar üzrə birinci müavini vəzifəsini qəbul etdiyini açıqlamışdı. Gürcüstan isə öz növbəsində eks-prezidentin Ukrayna hökumətində vəzifəyə keçəcəyi təqdirdə Kiyevdəki səfirini geri çağıracağını bildirmişdi.

İşdən qovulan icra başçılarının ordenləri də geri alınacaq?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməkdədir.

Videomateriallardan da göründüyü kimi, icra başçıları rüşvətxor əməllərini çox rahat formada icra edirlər.

Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçı İsmayıl Vəliyev, daha sonra Biləsuvarın icra başçısı Mahir Quliyev… Dünən isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbsxanaya göndərildi…

Belə görünür, dövlətin büdcəsini talamağı qarşılarına xüsusi vəzifə qoyan başçılar vətəndaşlara vicdanla xidmət etmək missiyasını çoxdan unudublar.

Maraqlıdır ki, DTX-nın qandalladığı icra başçılar dövlətin orden və medalları ilə təltif olunublar.

Belə ki, Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev “Şöhrət” ordeni, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Biləsuvarın əli qandallanmış başçısı Mahir Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, İmişlinin həbs olunan icra başçısı Vilyam Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

Bu ordenlər onlara Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətə və fəal iştiraka görə verilib.

Bəs indki halda Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham olunan sabiq icra başçılarının ordenləri geri alına bilərmi?

Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a bildirib ki, vəzifəsindən çıxarılaraq, həbs edilən sabiq icra başçıları bütün orden və medallardan məhrum edilməlidir:

“Əgər həmin icra başçılarının digər dövlət təltifləri varsa, dərhal həmin təltiflərdən də məhrum edilməlidirlər. Ümumilikdə bütün hüquqi imtiyazlardan məhrum edilməlidirlər”.

Fəzail Ağamalının sözlərinə görə, onlar ölkə prezidentinin dövlətçilik siyasətinə qarşı çıxıblar:

“Eyni zamanda, ən ağır əməllə – rüşvətxorluq və korrupsiya ilə məşğul olurlar. Rüşvətxorluq xalqın pulunu mənimsəməkdirsə, korrupsiya isə dövlətin cibinə girməkdir. Bunların hər ikisi bağışlanan davranış deyil. Ona görə də onlara cəza verilməklə yanaşı, korrupsiya və rüşvətxorluq yolu ilə əldə etmiş olduqları mülkləri əllərindən alınmalı, hərraca çıxarılmalı və həmin vəsaitlər yenidən dövlətin büdcəsinə qaytarılmalıdır”.(modern.az)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?