Ev Blog Səhifə 3247

“Sığorta sektorunda zəif nöqtələr var”

“Sığorta sektounda da zəif nöqtələr var, bunlar bizə yaxşı məlumdur“.

Millitirbuna.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Elman Rüstəmov əlavə edib ki, Mərkəzi Bank bu zəif nöqtələr ilə çox ciddi məşğul olacaqdır.

Qeyd edək ki, bundan öncə Mərkəzi Bankın sədri Elman Rüstəmov “bank sektorunda zəif nöqtələr var” dedikdə, AtaBank, Amrahbank, AgBank və NBC Banka işarə etmiş və sonradan bu bankların lisenziyalarını ləğv etmişdi.

Elman Rüstəmov “Sığortada uzun müddət yığılıb qalmış problemlər var” deyərək sözlərinə belə davam edib: “Sığorta çox zəif inkişaf edib. Sığorta sektoru əhalinin və biznesin risklərini əhatə edə bilmir. Ona görə də dövrü olaraq problemlər yaşanır”.

Azərbaycanda əhali 3 milyon manat əmanətini itirə bilər

“Lisenziyaları ləğv edilmiş 4 bankda əhalinin təxminən 3 milyon manat qorunmayan əmanəti var”.

yasamal.tv-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

“Təxminən 99%-dən yuxarı qorunan əmanətlərdir. Qorunmayan cəmi 3 milyon manat əmanət var. Burada da müxtəlif səbəblər var: bank ilə əlaqədar şəxslər var, yüksək faizlərə risk edənlər var, ola da bilsin ki, məlumatsızlar var”, – o deyib..

Qeyd edək ki, qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir.

Mərkəzi Bank dünən açıqlamasında qeyd etmişdi ki, lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcəkdir.

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank AtaBank, Amrahbank, AgBank və NBC Bank-ın lisenziyalarını ləğv edib.(marja.az)

“İndi kişilər dəymə-düşər olub” – Aytən Səfərova

“Analar oğullarını qız kimi böyüdürlər: başına sığal vurur, dəymə-düşər edirlər. İndiki zamanda kişi küsür. Qadın küsər. Bəzi kişilər özlərini elə aparır ki, istəyirsən bir dəstə gül və kanfet aparasan, üzr istəyəsən. Əvvəl qadına edərdilər bunu”.

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Bizimləsən” verilişində deyib. Kişilərdən bəhs edən aparıcı valideynləri qınayıb:

“İndi üç cins var: əvvəl əsl kişi və xanım-xatun qadın idi. İndi isə kişi, qadın və arvadlar var. Həm qadın, həm kişi cinsindən olanlar arvaddır. Qadına əl qaldıran kişilər var. Əsəbləşdi bir dəfə sillə vurdu, onu anlamaq olar. Amma ikinci dəfə təkraralananda, qaçmaq lazımdır. Bu, artıq mütəmadi olacaq.

Otdan kül törəyir. Nə qədər ata-ana can yandırırsa xeyri yoxdur, uşağın qanı pisdirsə, elə pis də olacaq”.

Qadına şiddətdən danışan A.Səfərova “Qadın şiddət gördüyü yoldaşını polisə də verə bilmir. Sabah qohumlar düşəcək qızın üstünə ki, oğlumuzu tutdurdunuz. İki qəbilə dava edəcək. Mən bunlara qəbilə deyirəm. Hamilə qadının üstünə düşürlər. Daş adamları kimi bir-birinin üstünə gedir, qız qalır ortada. İndi atalar var ki, deyir, qızım boşandı, kənddə insan içinə çıxa bilmərəm” sözlərini söyləyib.

Aytən daha sonra qohum nikahlarına qarşı çıxdığını söyləsin:

“Azərbaycanda analar, atalara səslənirəm: niyə övladınızı qohuma ərə verirsiniz? Əmioğlu, dayıoğluna qız verirsiz?”.

Dünyada koronavirusa yoluxanların sayı 4,33 milyonu keçib

Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada 4,34 milyona qədər insanın bu virusa yoluxmasına yol açıb.

APA “Worldometer”ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 05:00-a olan statistikaya əsasən, son bir sutka ərzində 85 335 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 4 337 625 nəfərə çatıb.

Ölüm sayında da artım müşahidə edilib. Bir gündə 5320 nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 292 451 nəfərdir. İndiyədək 1 597 865 nəfər sağalıb və hazırda 2 447 309 aktiv yoluxmuş xəstə var.

Ən çox yoluxma halları Avropa bölgəsindədir. Burada indiyədək 1 675 742 nəfərdə virus aşkar olunub, 155 762 nəfər isə dünyasını dəyişib. Cəmi 685 246 nəfər sağalıb.

Ölkələr üzrə isə ən çox yoluxma halları ABŞ (1 408 636), İspaniya (269 520), Rusiya (232 243), Böyük Britaniya (226 463), İtaliya (221 216), Fransa (178 225), Braziliya (177 6021), Almaniya (173 171), Türkiyə (141 475) və İranda (110 767) qeydə alınıb.

AMB sədri:”Bağlanan banklarda 211 mln. manatlıq ipoteka kreditləri var”

“Bağlanan banklarda 211 mln. manatlıq ipoteka kreditləri var. İpoteka və Kredit Zəmanət Fondu özü müəyyənləşdirəcək ki, miqrasiya hara, hansı banka edilsin”.

“APA-Economics”in verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

O bildirib ki, bağlanan banklarda əmanətlərin 99%-dən çoxu sığortalıdır. Bağlanan banklarda qorunmayan əmanətlərin həcmi isə 3 mln. manat təşkil edir.

E.Rüstəmov onu da bildirib ki, hazırda bağlanan banklardan başqa problemli olan digər banklarla da tanışıq: “Yoxlamaları hər rüb aparacağıq. Yeni vəziyyət yaranarsa, biz bunu bölüşəcəyik”.

“Biz hələ tam bank sektorunu yoxlayıb bitirməmişik. Kapitalın qiymətləndirilməsi həyata keçirilib. Bu olmasaydı, bağlanan bankların sayı daha çox olardı. İlkin qiymətləndirmələri həyata keçirmişik. Bankların açıqladıqları hesabatlara inanmaq olar. Son dəqiqləşmələr olacaq. Ola bilər ki, 1-2% kənarlaşma olsun. Ona görə deyirəm ki, bankların hazırda saytlarında açıqladıqları hesabatlara inanmaq olar”, – deyə E. Rüstəmov bildirib.

Qeyd edək ki, AMB-nin qərarına əsasən, son bir ayda “Atabank”, “Amrahbank”, “AGBank” və “NBC Bank”ın lisenziyaları ləğv edilib.

Qadınlar hansı kişiləri bəyənir?

Bir az ciddi olmaq heç də pis deyil.

Amma onun qəlbini qazanmaq üçün azca lovğalıq da yaxşı olardı. O, çox cəlbedici, əsl sənin tipindir. Tanış olmaq üçün bundan əla fürsət ola bilməz, amma əvvəlcə sən ideal olduğunu ona sübut etməlisən.

Kişilər çox vaxt bir xanımla tanış olmaqda çətinlik çəkirlər. Çox vaxt isə bu cəhdlər alınmır. Qızlar özündənrazı oğölanları bəyənmirlər.

Axşam.az xəbər verir ki, «lovğalanmaq! Özünü düzgün təqdim etmək» kitabının müəllifi Peqqi Klaus bəyəndiyin qadını tez bir zamanda əldə etməyin sirrini açıqlayıb. Peqqinin məsləhətlərində bunlar yer alır:

1. Təlaşlanma – emosiyalarına güvən
Qürurlu ol. Bu, istədiyini gec əldə etməyinə səbəb olsa da, müsbət nəticələnir. Ona yaxınlaşıb hisslərini bildir, amma qürurlu ol. Bəyəndiyin gözəlçəyə qulluq edib, komplementlər de. Əgər o sənə fikir vermirsə, onun yanından uzaqlaş. Görəcəksən, o özü sənə yaxınlaşacaq.

2. Cəlb et
Növbəti addım: ona «İstirahət günü nə etmək istəyirsən?» sualını ver. Əlbəttə ki, o da eyni sualı səndən soruşacaq. Bu zaman «İstəsən bu istirahət günü birlikdə gəzək» cavabını ver. Onunla gözəl bir istirahət keçirt, amma artıq hərəkətlər etməyi ağlına belə gətirmə. Qoy onun sənə olan inamı daha da artsın.

3. Hərəkət et, danışma
Artıq sən onun gözündə ideal bir kişisən. Onu gözəl bir yerə dəvət edib, romantik ab-hava yarat. Onu istəmədiyi heç nəyə məcbur etməyə çalışma, yoxsa o «Kişilərin hamısı vəhşidir» fikrinə qapılacaq. Əks halda, sənin onunla münasibəq qurmaq istəyin elə arzu olaraq da qalacaq.

4. Sakitlik
Əgər o nəyəsə etiraz edirsə, kənara çəkilib, mövzunu tamamilə dəyiş. Amma soyuq davranmağı ağlına belə gətirmə. Onunla başqa hadisələrdən danışmağa başla. O, sənin biganəliyini görüb, işə keçəcək. İndi o sənin nə istədiyini reallaşdırmağa cəhd göstərəcək.

Habil Əliyevin qızı: “Bizi koronavirusa işçilərimiz yoluxdurub”

Mərhum Xalq artisti Habil Əliyevin həkim qızı Vəfa Əliyeva koronavirusa qalib gəlib.

Bu barədə Uuikal.org-a açıqlamasında 22 saylı Uşaq Poliklinikasının baş həkimi V.Əliyeva məlumat verib.

O, qeyd edib ki, müalicə müddətini başa vuraraq işinə davam edir:

“Martın 29-u koronavirusa yoluxmuşdum. Məlum oldu ki, iki işçimizdə virus olduğu üçün bizi də yoluxdurub. Onlar 35 nəfəri yoluxdurdular. Buna görə, müəyyən müddət polikinikanın fəaliyyəti müvəqqəti dayandırıldı. Mən iki həftə müalicə aldım. İndi də sağlıq durumum yaxşıdır, iş başındayıq. Polikinikamız da fəaliyyətini davam etdirir”.

Əlillərin hüquqlarını pozanlar cərimələnəcək

Əlilliyi olan şəxslərin hüquqlarının pozulmasına görə inzibati cəzalar müəyyənləşir.

yasamal.tv-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə əlavə təklif edilir.

Təklif edilən 205.1-ci maddəyə əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyi pozanlar 300 manatdan 500 manatadək məbləğdə cərimələnəcək.

Qanun layihəsində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə də cərimə nəzərdə tutulur.

Bu hallara görə cərimənin məbləği isə 500 manatdan 1000 manatadəkdir.

Qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.(oxu.az)

Bakıda 26 yaşlı gənc özünü asdı

Mayın 12-də Bakının Xəzər rayonunun Zirə kəndində intihar hadisəsi baş verib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

1994-cü il təvəllüdlü Orxan Hüseynov evinin həyətində yerləşən tövlədə özünü asıb. O.Hüseynovun cəsədi yaxınları tərəfindən saat 11:00 radələrində aşkarlanıb.

İntiharın səbəbi hələlik müəyyən edilməyib.

Yaxınlarının dediyinə görə, bir neçə il əvvəl O.Hüseynov nevrozdan müalicə alıb.

Qeyd edək ki, gənc subay olub və müxtəlif fermer təsərrüfatlarında işləyib.

Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.

Elman Rüstəmov: “Azərbaycanın valyuta bazarında vəziyyət stabilləşib”

“Monetar sabitliyin təmin olunması üçün vacib addımlar atılır”.

yasamal.tv xəbər verir ki, bunu NBC Bank və AG Bankın lisenziyalarının ləğv olunması ilə bağlı keçirilən mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan manatının məzənnəsi sabitdir və mart ayında qeydə alınan ucuz neft qiymətlərinin təzyiqi hazırda tam aradan qaldırılıb. Bundan başqa, monetar sabitliyin təmin olunması üçün vacib addımlar atılır.

E.Rüstəmov bildirib ki, yanvar-aprel aylarında orta inflyasiya üç faiz təşkil edib və bu Mərkəzi Bankın müəyyən etdiyi hədəf çərçivəsindədir. İnflyasiyanın ilin sonunadək bu çərçivə daxilində qalacağı gözlənilir.(trend)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?