Ev Blog Səhifə 3244

Bakıda bəzi yolların genişləndirilməsinə görə ağaclar köçürüləcək

“Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə, 28 May, Yusif Səfərov küçələrinin bir hissəsinin genişləndirilməsi, Yasamal rayonu, İnşaatçılar prospekti, 2 ünvanında isə yeni infrastruktur obyektlərinin yaradılması məqsədilə tikinti sahəsinə düşən ağacların köçürülməsi və köçürülməsi mümkün olmayan ağacların götürülməsinə ictimai dinləmədən sonra müsbət rəy verilib”.

yasamal.tv xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov məlumat verib.

Onun sözlərinə görə, bu tədbirlər o şərtlə həyata keçiriləcək ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin. M.Qənbərov qeyd edib ki, layihələrin mühüm sosial-infrastruktur əhəmiyyəti, tıxacların aradan qaldırılması baxımından vacibliyi nəzərə alınıb, mövcud tələblər və qaydalar çərçivəsində sözügedən ərazilərdə tikinti sahəsinə düşən ağacların budanaraq, kök torpağı ilə uyğun ərazilərə köçürülməsi yaxın günlərdə həyata keçiriləcək.

“Məqsədimiz bütün layihələrin ekoloji tələblərə cavab verməsini, götürülməsinə zərurət yaranan yaşıllıqların yerinə daha çox ağac əkilməsini təmin etməkdir”.

Üçqütblü dünya qurulur – Puşkov

“Postkoronavirus dövründə milli dövlətlər öz rollarını və ictimai nüfuzlarını gücləndirəcək, qlobalizm cəmiyyətinin obyektiv tələbləri məhdudlaşacaq”.

Axar.az xəbər verir ki, bu sözlər Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkovun “Rossiyskaya qazeta” qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, nə Rusiya, nə Çin, nə Hindistan, nə Türkiyə və ya İran, eləcə də digər ölkələr ABŞ-ın mənəvi haqqını tanıyacaq. O, bunun əvəzində çoxqütblü dünyanın daha çox tərəfdarının peyda olacağını bildirib.

Puşkov yeni dünyanın birqütblülükdən çıxaraq, üçqütblü olacağını deyib:

“Bu üçbucaqdakı iki tərəf – Rusiya və Çin bir-birinə ABŞ-dan daha yaxındırlar. Bu isə hələ də bir sıra istiqamətlərdə ABŞ-ın saxlamış olduğu böyük gücünü qismən balanlaşdıracaq. Biz qlobal dünya ilə vidalaşmayacağıq, amma o, başqa cür olacaq. Biz burada başqa cür yaşayacağıq”.

Qanunsuz ov edən Masallı sakini tutuldu

Masallıda qanunsuz ovla məşğul olan şəxs saxlanılıb.

yasamal.tv xəbər verir ki, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran xətt polis şöbəsinin əməkdaşları Qızılağac Milli Parkının əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Milli Parkın ərazisində qanunsuz ov edən Masallı rayonunun Xırmandalı kənd sakini İsaq Qasımovdan iki ədəd ovlanmış çöl donuzu və 1 ədəd sənədsiz TOZ 66 markalı silah, 8 ədəd patron, 3 ədəd giliz aşkar edilərək götürülüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran xətt polis şöbəsində təhqiqat işlərinə başlanılıb.

ABŞ dünya nizamını istədiyi kimi qurmaq istəyir – Lavrov

“ABŞ müttəfiqləri ilə birgə koronavirus pandemiyasından özünün dünya nizamı fikrini irəli sürmək üçün istifadə edir2.

yasamal.tv axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“ABŞ və müttəfiqləri koronavirus dövründə belə qarşıdurma yaratmaqdan imtina etmir. Vaşinqton yeni dünya nizamını öz qaydaları əsasında qurmaq istəyir”, – Lavrov bildirib.

“Vəziyyət kəskin pisləşə bilər” – Nikol Paşinyan

“Ermənistanda vətəndaşlar tərəfindən təcrid qaydalarına əməl olunmaması üzündən koronavirusa yoluxma halları get-gedə çoxalır və vəziyyət daha da pisləşə bilər”.

“Report” xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində bildirib.

Hökumət başçısı iqtisadi məhdudiyyətləri tədricən yumşaltmağa başladıqlarından sonra Yerevan küçələrində insan sayısının artdığını, onların sosial məsafə qaydasına əməl etmədiklərini diqqətə çatdırıb:

“Belə getsə vəziyyət kəskin pisləşəcək, onda biz istər-istəməz yenidən məhdudiyyətlərə qayıtmalı olacağıq”.

Səhiyyə Nazirliyinin mayın 13-nə olan məlumatına görə, Ermənistanda koronavirusa yoluxanlar 3718 nəfər, ölənlər 48 nəfərdir.

“Azercell” xeyirxah çağırışa qoşulub

Şirkət əməkdaşları hemotoloji xəstəliyi olan uşaqlar üçün qanvermə aksiyasında iştirak edib.

Ölkənin lider mobil operatoru Azercell öz əməkdaşlarının timsalında növbəti mühüm sosial layihəni gerçəkləşdirib. Mayın 12-də şirkətdə Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası təşkil olunub. Şirkətin prezidenti Vahid Mürsəliyev və bəzi departament direktorları da daxil olmaqla, Azercell əməkdaşları qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün bu humanist aksiyada həvəslə iştirak ediblər.

Mərkəzi Qan Bankının həkim heyəti tərəfindən həyata keçirilən aksiyaya “Azercell Telekom” MMC-nin çoxsaylı əməkdaşı qatılıb. Peşəkar tibb vasitələrinin tətbiqi ilə icra edilən prosedur zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həkim-hematoloqlar hər bir donoru hərtərəfli tibbi müayinə etdikdən sonra onlardan qan götürüblər. Toplanmış qan ehtiyatı Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı şöbəsində qeydiyyata alınmış və qan köçürülməsinə ehtiyac duyan uşaqlara yönəldiləcək.

Aksiyanın məqsədi talassemiya və hemofiliya, eləcə də digər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etməklə yanaşı, cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etməkdir. Çünki karantin rejiminin tətbiqi ilə əlaqədar yaranmış qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrə mənfi təsir göstərə bilər.

Qeyd edək ki, Azercell Telekom həm korporativ səviyyədə, həm də içilərinin təşəbbüsü ilə COVID-19 pandemiyası dövründə bir çox sosial layihə və xeyriyyə aksiyaları həyata keçirib.

Mişel Platini:”FIFA prezidenti istefa verməlidir”

“Sui-qəsdin qurbanı olduğum həqiqəti mənə bəllidir”.

“Report”un məlumatına görə, bu fikirləri UEFA-nın sabiq prezidenti Mişel Platini “LIllustre” jurnalına açıqlamasında deyib.

İddiaya görə, FIFA-nın hazırkı prezidenti Canni İnfantino və İsveçrənin baş prokuroru Maykl Lauber bir sıra qeyri-rəsmi görüşlər keçiriblər ki, bu fakt ali futbol qurumu və ədliyyə sistemi arasında mümkün sövdələşmə məsələsini gündəmə gətirib.

M.Platini hesab edir ki, 2016-cı ildə FIFA sədrliyi səs çoxluğu ilə ona verilməli idi: “Görünür, İnfantino mənim prezidentlik yarışından kənarlaşdırılacağımı təmin etmək üçün 2015-ci ilin yayının əvvəlində yaranmış vəziyyətdən məharətlə istifadə edib. O, FIFA prezidentliyi vəzifəsindən istefa verməlidir”.

Qeyd edək ki, Mişel Platini 2007-2015-ci illərdə UEFA-ya rəhbərlik edib. Fransalı funksioner 2015-ci ilin dekabrında rüşvət qalmaqalına görə FIFA Etika Komitəsinin Arbitraj Palatasının qərarı ilə 8 il müddətinə futboldan kənarlaşdırılıb. Daha sonra onun cəzası 4 ilə endirilib.

Partiya sədri: “Azərbaycan Ordusu ən müasir silahlarla təmin olunub”

“Əsgər və zabitlərimizin real döyüş şəraitinə uyğun təlimlər keçirməsi onların praktiki hazırlığını artırmağa və döyüş qabiliyyətini yüksəltməyə xidmət edir”.

yasamal.tv xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

O bildirib ki, hazırda aparılan islahatlar Azərbaycan Ordusunun güclənməsinə xidmət edir.

“Azərbaycan Ordusu ən müasir silahlarla təmin olunub. Bununla yanaşı, təlimlərdə yüksək səviyyəli zabitlər və hərbi təhsil müəssisələrinin məzunları iştirak edir. Silahlı Qüvvələrin beynəlxalq əlaqələri genişlənir, NATO ilə yaxından əməkdaşlıq mövcuddur. Hərbçilərimiz Türkiyənin Hərbi Akademiyalarında təhsil alırlar. Ordumuzun güclü və müasir olması müstəqilliyimizin qarantıdır”, – A.Mollazadə vurğulayıb.

Deputat orduda aparılan islahatları yüksək qiymətləndirib: “Mənə elə gəlir ki, görülən işlər sırasında hərbi hissələrin təmir olunması, yenilərinin tikilib istifadəyə verilməsi mühüm addımlardan biridir. Bu istiqamətdə böyük işlər görülüb və yenidənqurma prosesi hazırda da davam etdirilir. Ümumiyyətlə Azərbaycan əsgərinin və zabitinin bütün təminat formalarında şəraitinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən müəyyən miqdarda vəsait ayrılır. Əsas məsələlərdən biri də hərbçilərin sosial problemlərinin həllidir. Onların mənzillərlə təmin olunması, təqaüd almaları üçün dövlətin bütün imkanlardan istifadə olunur”.

A.Mollazadə deyib ki, orduda müxtəlif formada silsilə təlimlər keçirilir: “Təlimlərin həmişə yüksək səviyyədə keçirilməsinə ehtiyac var. Şəxsi heyət hər vaxt yüksək səviyyəli təlimlər keçərək döyüş hazırlığını yüksəldir. Belə təlimlərin bir sıra qoşun növlərinin iştirakı ilə keçirilməsi orduda koordinasiyanı gücləndirir”.

Rusiya Dövlət Dumasının 5 deputatı koronavirusa yoluxub

Rusiya Dövlət Dumasının 5 deputatı yeni növ koronavirusa (COVID-19)yoluxub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün plenar iclasda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxan deputatlardan biri xəstəxanadan buraxılıb.

V. Volodin qeyd edib ki, koronavirusa yoluxan deputatlardan ikisi ev, ikisi isə stasionar şəraitdə müalicə olunurlar.

İngiltərədə futbolçulara sürüşmə fəndi qadağan ediləcək

İngiltərə Premyer Liqasının klublarının futbolçularına məşqləri bərpa etdikdən sonra ilkin mərhələdə qadağa tətbiq olunacaq.

“Report” BBC-yə istinadən xəbər verir ki, oyunçular hazırlıq prosesi zamanı sürüşmə fəndindən istifadə edə bilməyəcəklər.

Bu, koronavirus pandemiyası səbəbindən uzun fasilədən sonra məşqə başlayan futbolçuların zədə riskini azaltmaq məqsədi daşıyır. Bu maddə 2019/2020 mövsümünün yenidən başlaması üçün layihə çərçivəsində təqdim edilməsi planlaşdırılan tövsiyələr siyahısına daxil edilib.

Oyunçular müntəzəm olaraq tibbi müayinələrdən və həftədə iki dəfə koronavirus testindən keçəcəklər, həmçinin hər biri 5 nəfərdən ibarət kiçik qruplar halında məşq edəcəklər.

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?