Ev Blog Səhifə 3238

Dünyanın ilk trilyonçusu Ceff Bezos olacaq

Amerikalı iş adamı, “Amazon” şirkətinin qurucusu və icraçı direktoru Ceff Bezos bir neçə ildən sonra dünyada ilk trilyonçu ola bilər.

“Forbes” xəbər verir ki, hazırda o, planetin ən varlı adamıdır.

“Comparisun” konsaltinq xidmətinin mütəxəssisləri bildirir ki, C.Bezosun sərvəti 2026-cı ildə 1 trilyon ABŞ dollarına çatacaq.

C.Bezosdan sonra bu göstəricini çinli iş adamı, daşınmaz əmlak inşası ilə məşğul olan Syuy Szyain təkrarlaya bilər.

Hazırda C.Bezosun sərvəti təxminən 143 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Koronavirus pandemiyası dövründə onlayn ticarətə tələbatın xüsusilə artmasından sonra “Amazon” şirkətinin gəlirləri kəskin yüksəlib.

Valideynlər üçün – 10 OLMAZ

Valideynlik asan olmadığı üçün bütün ata və analar tərbiyə prosesində təcrübəsizlik və səbrsizlik üzündən övladlarının tərbiyəsində müəyyən boşluqlara yol verirlər.

Uşaqların tərbiyəsində qüsurları və çatışmamazlıları öncədən aradan qaldırmaq üçün valideynlərə aşağıdakı səhvlərə yol verməmək tövsiyyə olunur:

1. Deyinmək. Sizin deyinməyiniz uşağınızın tərbiyyəsinə onun da buna öyrəşməyindən başqa heç bir təsiri yoxdur.

2. Boş hədə-qorxu gəlmək. Əgər uşağınız görsə ki, dediyinizə əməl etmirsiniz sizi ciddiyə almayacaq.

3. Yoldaşınızı önəmsəməmək. Tərbiyyə mövzusunda yoldaşınızla açıq mübahisə uşağı çaşdıra və sizin nüfuzunuzu sarsıda bilər.

4. Sərhədlər təyin etməmək. Əgər siz uşağınıza əvvəlcədən bunun qadağan olduğunu deməmisinizsə, onu evin içində topla oynadığına görə cəzalandırmağa haqqınız yoxdur.

5. Rüşvət. Düzdü, ilk vaxtlar yaxsı təsir göstərir, lakin gələcəkdə uşağınız sizin hər xahişinizə qarşılıq nəsə istəyəcəkdir.

6. Müqayisə etmək. Uşağa deyəndə ki, niyə görə o özünü bacısı kimi aparmır, onda hiss yaranır ki, bacısı ondan daha yaxşıdır.

7. Vurmaq. Tədqiqatlar göstərir ki, döymək uşağı daha aqressiv edir.

8. Sızlamaqlarına təslim olmaq. Dediyinizdə möhkəm dayanmaq gələn dəfə uşağınızın hər hansı bir şey üçün təkrar sızlayıb-ağlamaqlarını azaldır.

9. Pis nümunə olmaq. Uşağınızı yalana üstündə danlamaq istəyirsiniz? Yaxşı, onda uşağınız sizin uydurma xəstəliyiniz ucbatından planınızı dəyişdirdiyinizin şahidi olmasın.

10. Qorxutmaq. Tərbiyə metodu olaraq uşağı müxtəlif əşyalar və insanlarla qorxutmaq gələcəkdə onun ətrafa inamını ciddi sarsıda və onu qorxaq biri kimi yetişdirməyə səbəb olacaqdır.(hib.az)

Neftin bahalaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 1,93% artaraq 1 barelə görə 31,73 dollar təşkil edib.

yasamal.tv xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,16% artaraq 27,88 dollar təşkil edib.

Hacı Zeynalabdin Tağıyev haqqında film uğur qazandı

Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Lissabon  Heritales International Heritage Film Festivalında digər ölkələrin filmləri ilə mübarizə apararaq,  festivalın siyahısına daxil olunub

Heritales – International Heritage Film Festivalı dünyanın fərqli mədəniyyətlərinin tanıdılması, mədəni irs tarixi mövzusunda işıqlandırılan filmləri qəbul edir.

“100 il şərəfli ömür” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov Modern.az-a bildirib ki, filmin çəkilməsində əsas məqsəd hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.

Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C. Qasımov deyib: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetdə oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.

O, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf etdiyini bildirib.

C.Qasımov söyləyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür: “Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır”.

Ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən C. Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb: “Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub”.

Ssenarist əlavə edib ki, ekran əsərində hacı Zeynalabdin Tağıyevin Stalinlə görüşlərindən, Nobel qardaşlarının ən böyük rəqiblərindən birinin hacı Zeynalabdin olmasına baxmayaraq, ata Nobelin hacıya böyük hörmətindən, hacının reallaşdırdığı bütün xeyriyyə işlərində Nobel qardaşlarının iştirakından söhbət açılır. Həmçinin, hacının Musa Nağıyevlə dostluğuna da filmdə xüsusi yer ayrılıb. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.

Azərbaycanda avtomobil istehsalı artıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-aprel aylarında 13,0 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox sənaye məhsulu istehsal edilib.

yasamal.tv Trend-ə istinadən xəbər verir ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artıb.

Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma sektorunda, 30,5 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 17,1 faiz artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,7 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, əczaçılıq məhsullarının istehsalı 60,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 35,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 24,9 faiz, elektrik avadanlıqlarının istehsalı 20,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,0 faiz, kağız və karton istehsalı 19,3 faiz, tütün məmulatlarının istehsalı 18,9 faiz, içkilərin istehsalı 8,3 faiz, qida məhsullarının istehsalı 8,1 faiz, neft məhsullarının istehsalı 5,1 faiz, hazır metal məmulatlarının istehsalı 4,4 faiz, geyim istehsalı 3,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 1,2 faiz artmış, mebel istehsalı 0,9 faiz, poliqrafiya məhsullarının istehsalı 2,3 faiz, tikinti materiallarının istehsalı 4,5 faiz, maşın və avadanlıqların istehsalı 23,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 36,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,1 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 14,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 faiz artıb.

Paytaxtda yeni yol qovşağı yaradılır

Bakıda Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə genişmiqyaslı yenidənqurma işlərinə start verilib.

Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  verilən məlumata görə, aparılan yenidənqurma işləri çərçivəsində Mehdi Mehdizadə küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən artıq istifadə olunmayan və yolun daralmasına səbəb olan dəmir yolu körpüsünün sökülməsi istiqamətində addımlar atılıb. Nəticədə küçəni sözügedən hissəsində hərəkət hissə 2 zolaqdan 4 zolağa genişləndirilib, yolun kənarları abadlaşdırılıb.

Bundan başqa aparılan yenidənqurma işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, işlərinn aparıldığı ərazi bpoyu yeni səki daşları düzülüb, yeni asfalt-beton örtüyü döşənib. Daha sonra zəruri olan terlərdə yeni yol nişanları qyraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilərək Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və 28 may küçələri, həmçinin 28 may küçəsinin Mehdi Mehdizadə və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Hazırda Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissələrində paytaxtımızın yol infrastrukturuna mühüm töhfə verəcək yeni qovşağın yaradılması istiqamətində sadalanan küçələrdə yenidənqurma işləri davam etdirilir. Mehdi Mehdizadə və 28 may küçələrinin bir hissəsində müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılmış təmir-tikinti işləri yuxarıda sadalanan küçələri də əhatə edir.

Küçələr genişləndirilir, mövcud piyada səkiləri bərpa edilir, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür. Layihə çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin rəyi əsasında yaxın günlərdə tikinti sahəsinə düşən yaşıllıqların köçürülməsi nəzərdə tutulur. Bu işlərin ardınca zəruri yerlərdə yararsız qrunt çıxarılaraq əks-dolğu işləri görüləcək və yeni asfalt-beton örütüyünün döşənməsi təmin olunacaq.

Layihənin sonuncu mərhələsində Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissəsində yeni yol qovşağı yaradılacaq. Qovşaqda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar quraşdırılacaq, zəruri yerlər yol nişanları qoyulacaq, yolcizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkiləcək.

Qeyd edək ki, Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi, paytaxtımızda yol infrastrukturuna mühüm töhfə olacaq yol qovşağının yaradılmasına şərait yaradıb. Belə ki, Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən nəqliyyat qovşağının yaradılması ərazidə yarana biləcək tıxacların qarşısının alınmasına və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin təmin edilməsinə imkan verəcək.

Bir neçə rayonun prokuroru işdən çıxarılıb

Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov tutduqları vəzifədən azad ediliblər.

K.Əliyevin digər əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov da işdən çıxarılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavabında faktı təsdiqləyib. Qeyd edib ki, həmin şəxslər “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

Qeyd edək ki, yeni Baş prokuror Kamran Əliyevi video konfrans formatında qəbul edən Prezident İlham Əliyev Prokurorluq orqanlarına islahatların aparılmasına dair öz tövsiyələrini verib.

Bakı sakinlərinə xəbərdarlıq: Küçəyə çıxmayın!

May ayının 16-ı səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrdəki 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

İki aylıq fasilədən sonra Almaniya Bundesliqası başlayır

Futbol üzrə Almaniya Bundesliqası koronavirus pandemiyası ilə bağlı iki aylıq fasilədən sonra bərpa olunur.

Oxu.Az xəbər verir ki, sabah Almaniyada XXVI turun oyunları keçiriləcək.

Oyunları 16-18 may tarixlərində keçiriləcək.

Almaniya Bundesliqası

XXVI tur

16 may

(Bakı vaxtı ilə)

17:30 “Auqsburq” – “Volfsburq”

17:30 “Borusiya” (Dortmund) – “Şalke”

17:30 “Fortuna” – “Paderborn”

17:30 “Hofenhaym” – “Herta”

17:30 “Leypsiq” – “Frayburq”

20:30 “Ayntraxt” – “Borusiya” (Mönxenqladbax)

17 may

17:30 “Köln” – “Maynts”

20:00 “Union” – “Bayern”

18 may

22:30 “Verder” – “Bayer”

Qeyd edək ki, martın 13-də koronavirus səbəbindən dayandırılan Almaniya Bundesliqasının turnir cədvəlində hazırda “Bayern” 55 xalla birinci, Dortmund “Borusiya”sı 51 xalla ikinci, “Leypsiq” isə 50 xalla üçüncü yerdədir.

Karantin qaydalarını pozan sürücülərin sayı açıqlandı

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar son sutka ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

BDYPİ-dən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 14 may 2020-ci il, saat 00:00-dan 15 may 2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 739 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 53 958 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?