Ev Blog Səhifə 3237

Məhəmməd Musayev: “Sahibkarlar bizdən güzəşt istəyirlər”

“Bu gün quşçuluq sektorunda olan sahibkarlar bizə daha çox müraciət edirlər. Onların qida məhsulları xaricdən gəldiyi üçün güzəştlər istəyirlər”.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məhəmməd Musayev deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunda sahibkarlar suvarma sahəsində problemlərlə bağlı müraciət edirlər.

“Bizim üçün bir nömrəli məsələ maliyyə institutlarına çıxışdır. Sosial yardım, subsidiya ilə maliyyə imkanı fərqlidir. Bizim fondlarda, təşkilatlarda yetərincə vəsait var. Səmərəli layihə olarsa, yardım edilir. Biz çalışırıq ki, sahibkarların maliyyə imkanlarına çıxışı olsun”.

“Elza xanım, tarixə düşmək istəmirəm” – Sevda

Müğənni Sevda Yahyayeva Əməkdar artist Elza Seyidcahanın onla bağlı dediyi “Toyunu onlayn etsin, tarixə düşsün” sözlərinə cavab verib.

Sənətçi “7 canlı” proqramında onlayn toy arzulamadığını söyləyib:

“Elza xanımın gözəl ürəyi var və əla insandır. Amma mən tarixə düşmək istəmirəm. Onlayn toy olmasın. Hamıya xoş günlər arzulayıram”.

Toyu ilə bağlı suallara cavab verən Sevda bildirib ki, hazırlıqları yarımçıq qalıb:

“Karantin bitən kimi toy olacaq. Nişanlım musiqini sevir. Zövqü də gözəldir. Sevinirəm ki, belə gözəl zövqlü, yaxşı insan qabağıma çıxdı. Ailəcanlı insanam. Bilmirəm gələcəkdə nə olacaq. Amma ən xeyirlisi olsun. Aramızda 4 yaş fərq var”.

Bakı metrosunda gediş haqları artırılacaq? – Rəsmi açıqlama

Bakı metrosunda gediş haqqının artırılacağına dair yayılan şayiələrə aydınlıq gətirilib.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov AzTV-nin “Gündəlik” verilişinə telefon bağlantısı zamanı deyib ki, metropolitendə qiymət dəyişikliyi birbaşa olaraq Tarif Şurasının səlahiyyətində olan məsələdir:

“Şayiələr ona görə yayıldı ki, insanlar metronun guya qiymətlərin qaldırılması üçün açıldığını deməyə başladılar. Lakin pandemiya bütün dünyada ictimai nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranmasına səbəb olduğu kimi, ölkəmizdə də metronun bağlanmasına gətirib çıxardı.

Karantin rejiminin yumşaldılmasından sonra isə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Bakı metrosu fəaliyyətə başladı. Həm də Operativ Qərargahın metodiki göstərişləri əsasında. Amma bu, şayiələrin yaranmasına əsas ola bilməz.

Bütün bunların məqsədi ölkəmizdə ictimai nəqliyyat sahəsində hərəkəti asanlaşdırmaq, sərnişinlərə xidmətdir”.

Polkovnik: “Qələbəyə gedən yol təlimlərdən keçir”

Mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimlərdə 10 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

yasamal.tv-ın məlumatına görə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təlimlərin bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrimizin təlimləri hərbçilərin döyüş hazırlığının yüksəldilməsinə, onların peşəkarlığının, praktiki atəş bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir. Çünki bu təlimlərdə hərbçilər müasir hərbi texnika, yeni raket və artilleriya qurğuları ilə daha yaxından tanış olur, ondan dəqiq atəş açmağın sirlərini öyrənirlər.

Polkovnik qeyd edib ki, təlimlərin daha bir önəmi müxtəlif qoşun növləri arasında birgə fəaliyyətin, döyüş əlaqəsinin təmin edilməsi ilə bağlıdır.

“Müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi, əlaqələndirilmiş işin təmin edilməsi müharibə zamanı qələbə qazanmaq, hər hansı çaşqınlığın və anlaşılmazlığın baş verməsinin qarşısını almaq, qətiyyətlə irəliləmək üçün olduqca vacibdir. Bu baxımdan Azərbaycan Ordusunun mayın 18-dən 22-dək keçiriləcək təlimləri yüksək qiymətləndirilməli, ordumuzun bilik və bacarığının artırılması istiqamətində irəliyə doğru atılan addım kimi xarakterizə edilməlidir. Unutmaq olmaz ki, qələbəyə gedən yol belə təlimlərdən keçir. Odur ki, bu təlimlər qələbə ilə aramızdakı körpü kimi dəyərləndirilməlidir”, – deyə C.Xəlilov vurğulayıb.

Xərçəngin dərmanı: qara şokolad və qırmızı çaxır

Amerikalı alimlərin apardığı araşdırmalar nəticəsində insanların xərçəng xəstəliyinə qarşı dayanmaq gücünün artırılmasına yardım edən daha bir vasitə aşkarlanıb. 

Belə ki, qara şokolad və qırmızı çaxır xərçəng xəstəliyi ilə mübarizə aparmağa yardım edən qidaların siyahısına daxil edilib.

Qeyd edək ki, əvvəllər bu siyahıda yaşıl çay və soya var idi. Həkimlər bildirirlər ki, bu qidalar xəstəliyin ən ağır mərhələsində onun aradan qaldırılmasında preparatları əvəz edə bilməsələr də, ilkin mərhələ üçün çox faydalıdırlar.

Qara şokolad və qırmızı çaxır qanın xərçəng hüceyrələrinə daxil olmasının qarşısını alır. Bunun nəticəsində isə həmin hüceyrələr ölür.

Dondurulmuş limonun ağılasığmaz faydaları


Restoranlardakı çoxu ağıllı istehlakçılar limonun hamısını istifadə edər, heç bir qisimini ziyan etməzlər.

Ziyan etmədən limonun hamısını necə istifadə edərsiniz? S
adə… Limonu (yuyub) soyuducunun buzluq hissəsinə qoyursunuz. Donduqdan sonra mətbəx rəndəsini götürüb limonun hamısını rəndələyə bilərsiniz. Soymanız lazım deyil. Rəndələnmiş limonu yeməklərinizin üzərinə səpə bilər, tərəvəz salatına, dondurmaya, şorbaya, makarona, makaron sousuna, suşiye, balıq yeməklərinə qata bilərsiniz.
Yeməklərin hamısı, daha əvvəl heç dadmadığınız mükəmməl bir ləzzət qazanacaq.
Böyük ehtimalla, limon deyilincə yalnız limon suyu və vitamin C ağılınıza gəlir. Yalnız bu qədər olduğunu düşünürsünüz. Artıq limonun sirrlərini öyrənincə onu içkinizə, hazır şorbalarınıza belə qata biləcəksiniz.

Limonun hamısını istifadə etmdukdə, bir qisimini ziyan etməyib yeməklərinizə yeni bir ləzzət qatması xaricində əsl üstünlüyü nədir?
Rəndələnilmiş dondurulmuş limonunuz, limonun yalnız suyunda olan vitaminlərdən 5 və ya 10 qat daha çox vitamin istehsal edər. Bəli, indiyə qədər bunu itirirdiniz. Amma bundan sonra, bütün limonu dondurmaq kimi sadə bir əməliyyat sonrasında, onu rəndələyib yeməklərinizin üzərinə səpərək bütün bəsləyici xüsusiyyətlərini istifadə edir edəcəksiniz, yəni daha sağlam bəslənəcəksiniz. Ayrıca rəndələnilmiş limonun rahatlaşdırıcı və bədəndəki toksinləri aradan qaldırıcı təsirindən faydalanacaqsınız.

Elə bunun üçün limonunuzu dondurucuya qoyun, donsun və hər gün yeməklərinizin üzərinə rəndələyin. Beləcə, yemək və içkilərinizi daha ləziz hala gətirib daha sağlam və uzun həyatın açarını istifadə etmiş olun! Limonun sirri budur! Gec belə olsa başlayın, HEÇ olmamasından YAXŞIDIR! Limonun sürpriz faydalarından faydalanın!

Limon xərçəng hüceyrələrini öldürən möcüzəvi bir məhsuldur. Kimyaterapiyadan çox daha təsirlidir. Bunu haradanmı bilirik? Çünki özlərinə yüksək qazanclar təmin edəcəyini bildikləri üçün limonun sintetik versiyalarını çıxarmağa məşğul olan laboratoriyalar var.

Ehtiyac duyacağını düşündüyünüz dostlarınıza, limonun xəstəlik qarşısı alıcı təsiri olduğunu eşitdirərək köməkçi ola bilərsiniz. Dadı xoşdur və kimyaterapiyanın qorxunc təsirlərini göstərməz. Kimyaterapiya dərmanları istehsalından fayda verən multi-milyoner böyük şirkətlərin mənfəətlərini riskə atmamaq adına bu sirrin diqqətlə gizli tutulduğu müddətcə nə qədər insanın öləcəyi məlum deyil.

Limon meyvəsini fərqli şəkillərdə istehlak edə bilərsiniz. Sıxılaraq suyu çıxarıla bilər. Limonlu içkilər edilə bilər, dondurma vs.. Limonun bir çox xüsusiyyəti sayıla bilər amma ən faydalı təsiri yaralar,xoralar, kistlər, şişlər üzərindəki təsiridir.

Limon hər növ xərçəngi sağaldıcı təsiri sübut edilmişdir. Bəziləri onun hər növ xərçəngin müalicəsində faydalı olduğunu söyləyər. Ayrıca geniş spektrumlu anti-bakteriyel olaraq iltihablara , infeksiyalara və göbələyə qarşı istifadə edilə bilər. Daxili parazit və bağırsaq qurdlarına qarşı təsirindir. Çox yüksək təzyiqə qarşı qan təzyiqini nizamlayar. Anti-depresandır. Stressə və əsəbi pozuqluqlara qarşı yaxşı təsirə malikdir.

Bu məlumatın qaynağı isə çox təsir edicidir: Dünyanın ən böyük dərman istehsalçısı firmalarından biridir. Bu firmanın iddiasına görə 1970dən bəri 20 yaşdan yuxarı xəstələrin üzərində edilən laboratoriya testlərində limon ekstrelerinin tətbiq olunmasıyla; içlərində qalın bağırsaq, məmə, prostat, ağciyər və s….. da olmaq üzrə 12 xərçəng tipində müvəffəqiyyətli nəticələndirər alınmışdır.

Limon ağacından əldə edilən mürəkkəblərin, bütün dünyada kimyaterapiyada istifadə edilən maddədən 10 000 qat daha yaxşı olduğu müəyyən olunmuş, xərçəng hüceyrələrinin inkişafını yavaşlatdığı müşahidə edilmişdir. Daha da təəccübləndirici müşahidə budur ki: Limon özü pis xasiyyətli xərçəng hüceyrələrini korlayarkən sağlam hüceyrələrə heç zərər verməməkdədir.

Bu gün Azərbaycanda koronavirusa görə 5 745 test aparılıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 14-nə olan statistik göstəriciləri açıqlayıb.

yasamal.tv xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 5 745 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 214 291 test aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

Bununla da Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı 2 879 nəfərə, onlardan sağalanların sayı isə 1 833 nəfərə çatıb. Ümumilikdə, 35 nəfər vəfat edib, 1 011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Avropa koronavirusun yeni dalğası ilə üzləşə bilər

Avropa koronavirusun payızda gələ biləcək yeni dalğasına hazırlıq görməlidir.

yasamal.tv xəbər verir ki, bu proqnozla “Daily Telegraph” nəşrinə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun rəhbəri Hans Klyuqe çıxış edib.

ÜST-nin nümayəndəsi qeyd edib ki, hazırda bayram etmək yox, hazırlıq görmək zamanıdır. O, həmçinin diqqətə çatdırıb ki, COVID-19 pandemiyası ilə mübarizə üçün məhdudiyyətlər tətbiq edən bəzi ölkələr bunu aradan qaldırmağa başlayıblar. Hans Klyuqenin fikrincə, məhdudiyyətlərin ləğvi tələskən qərar ola bilər. Xəstələnənlərin sayının azalması hələ pandemiyanın sonu demək deyil.

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Xırdalanın bəzi küçələrində elektrik verilməsində fasilələr olacaq.

Bu barədə “Azərişıq” ASC-dən Yenicag.az-a bildirilib.

Məlumata əsasən, Xırdalan ETSİ-nin xidməti ərazisində yerləşən bəzi xətlərdə SİP kabellərin yeni AVVQ kabellər ilə əvəzlənməsi işləri aparılacağından bu gün (15.05.2020) saat 13:30-dan 16:00-dək Kənd Xırdalan, C.Cabbarlı, Adıgözəlov, 28 May və R.Axundov küçələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Öz-özünə danışmaq: Norma yoxsa xəstəlik?

Bəzən öz-özünə danışan insanlara rast gəlmək olur. Yolda, sərnişin nəqliyyatında, iş yerində kimlərinsə öz-özünə danışdığını müşahidə edirsən. Bu nə ilə bağlıdır?

Bu suala cavab olaraq psixoterapevt Elmir Əkbər Modern.az saytına bildirib ki, hər kəsin zahiri nitqindən əlavə, özünə  xas daxili nitqi də mövcuddur. Onun sözlərinə görə, insanın öz-özünə danışması daxili nitqin ucadan səsləndirilməsidir.

“Əgər insan vacib bir məsələ üzrə qərar qəbul edəcəksə, biz daxili nitqlə danışmağı məsləhət görürük. Tövsiyə edirəm ki,  daxili nitqinizlə ucadan danışın, görün ki, bu məsələ sizin üçün vacibdir, ya yox. Bu, heç də pis bir hal deyil”.

Elmir Əkbərin sözlərinə görə, bəzən insan yorğun, gərgin bir vaxtda, yaxud da xroniki stresin təsiri altında olanda öz-özünə danışır ki, bu hal kənardan başqalarına qəribə görünür:

“Konsultasiyalarda pasiyentlər söyləyir ki, “bəzən yol getdiyim zaman öz-özümə danışıram, qıraqdan mənə baxıb gülürlər”. Yaxşı olar ki, bu məsələ insanın öz nəzarəti altından çıxmasın. Bunun üçün insan gərək xroniki stresini atsın”.

Psixoterapevt əlavə edib ki, belə vəziyyətlərdə xarakter baxımından insan tipləri ortaya çıxır: “Bəzi insanlar var ki, onların daxili aləmləri, zahiri kontaktlarından daha güclü olur. Çünki onların daxili aləmləri qapalı olduğundan, bəzən elə olur ki, hislərini zahirə verə bilirlər. Bu, əsasən psixoloq və psixoterapevtin işlədiyi insan tipləridir.

Biri də var ki, eşitmə hallüsinasiyaları – bu artıq psixiatrların işlədiyi xəstələrdə müşahidə olunur. Məsələn, şizofreniya xəstələrində eşitmə hallüsinasiyaları olur, onların qulaqlarına səs gəlir və bu səs onlarla “danışır”. Bəzən də bunu obyektiv şəkildə müşahidə etmək olur ki, bu insan kimsə ilə danışır. Bu artıq xəstəlikdir”.

Elmir Əkbər deyir ki, öz-özünə danışamaq kimi hallar insanın yaşadığı problemlərlə, həyat tərzi ilə də birbaşa bağlı olur. İnsan bilmədən danışaraq, sanki özünü o problemdən qurtarmış kimi hiss edir.

Bəs belə halların konkret yaş müddəti varmı?

“Əgər sağlam insandan söhbət gedirsə, burda insanın bioloji yaşı yox, problemin yaşı əsas götürülür. Ancaq şizofreniya kimi xəstələrdə bu hal yetiyetməlik dövründən başlayır” – Elmir Əkbər bildirib.

Öz-özünə danımağı dəlilik saymaq olar? Müsahibimiz sula belə cavab verib: “Xeyr, bunun dəliliklə heç bir bağlılığı yoxdur. Sadəcə, beyin yaranmış olduğu situasiyalardan, problemlərdən qurtarmaq üçün insana sanki danışması üçün bir siqnal ötürür”.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?