Ev Blog Səhifə 3306

Yelena Bronitskaya: “Əminəm ki, Arsen Avakov Ukraynanın prezidenti olmayacaq”

Mixail Saakaşvilinin baş nazirin müavini vəzifəsinə təyin edilməsi üçün bütün sənədlər hazırdır.

Gürcüstanın sabiq prezidenti, Odessa regional administrasiyasının keçmiş rəhbəri Mixail Saakaşvilinin Ukrayna baş nazirinin müavini vəzifəsinə təyin edilməsi ehtimalı postsovet məkanında (koronavirus xəbərlərindən sonra) müzakirə olunan əsas məlumatdır. Belə bir təyinatın olması ehtimalının müzakirəsi belə artıq diplomatik qalmaqala səbəb olub. Gürcüstan hakimiyyəti Mixail Saakaşvilinin Ukrayna baş nazirinin müavini olacağı təqdirdə Kiyevdəki səfiri Teymuraz Şaraşenidzeni geri çağırmaqla hədələyib.

Ukrayna Ali Radasının Mixail Saakaşvilinin təyinatı məsələsinin müzakirə edilə biləcəyi ilə bağlı iclası aprelin 30-da keçiriləcək. Mixonun özü (onu Ukraynada belə adlandırırlar – red.) təyinatına əmindir, çünki Prezident Vladimir Zelenski ona bu yüksək vəzifəni təklif edib. Lakin Ali Radanın spikeri Dmitri Razumkov isə M.Saakaşvilinin təyin olunmasına şəxsən dəstək verəcəyinə şübhə edir. Onun fikrincə, Saakaşvili olmadan hazırkı komandada kifayət qədər layiqli namizəd var. Öz növbəsində “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Arahamiya bildirib ki, Mixail Saakaşvilinin baş nazirin müavini vəzifəsinə təyin edilməsi üçün bütün sənədlər hazırdır.

Vəziyyəti Media.Az üçün politoloq, Ukrayna Siyasət İnstitutunun daxili siyasət və kommunikasiya departamentinin direktoru Yelena Bronitskaya şərh edib:

– Əvvəllər ölkə rəhbərliyində olmuş bir çox siyasətçiyə qarşı heç nə deyə bilmərəm. Lakin Mixail Saakaşvili ilə bağlı məsələ başqadır. O, artıq Ukraynadakı bütöv bir regiona rəhbərlik edib və biz bunun nələrə gətirib çıxardığını görmüşük. Səs-küy, çoxlu qalmaqal oldu, ancaq ortada iş olmadı. Onun adamlarının olduğu Odessa gömrüyündə, prokurorluqda özbaşınalıq qalır.

Gəlin xatırlayaq ki, Gürcüstanda da hamı ona yaxşı münasibət göstərmir. Prezident Vladimir Zelenskinin yerində olsam, Mixail Saakaşviliyə ümid etməzdim. Qarşıya islahatlar aparmaq tapşırığı qoyulubsa, o zaman bir çox başqa mütəxəssislər də var. Məsələn, keçmiş ədliyyə naziri Yelena Lukaş, keçmiş deputat və siyasi xadim Anna German. Məşhur hüquqşünas Andrey Portnovu da xatırlamaq olar. Onun heç bir hakimiyyət əlaqələri yoxdur, amma keçmiş prezident Pyotr Poroşenko və komandasına qarşı cinayət təqibinin açıla biləcəyi bir çox işi ortaya qoyub.

Prezidentin komandasında yer alan Ali Radanın spikeri Dmitri Razumkov barədə də ayrıca danışmaq olar. Analitik düşüncə sahibi, peşəkar bir siyasətçidir və ölkəmizin ehtiyacı olan islahatlar baxımından çox şeyə nail ola bilər. Bizim hər sahədə ciddi problemlərimiz var.

“Xalqın xidmətçisi” Partiyası və fraksiyasınında Mixail Saakaşvilinin baş nazirin müavini vəzifəsinə təyin olunmasının əleyhdarları çoxdur. Ancaq onun namizədliyinin niyə üzə çıxdığını başa düşürəm. Ukrayna hakimiyyəti “sorosçular”dan xilas olmağa başladı (bizdə Qərbin adamları belə adlandırılır – red.). Ancaq bu, tədricən aparılır. Baş nazir Aleksey Qonçaruk, ardınca İqtisadi İnkişaf naziri Timofey Milovanov getdi.

Ötən həftənin sonunda Vergi Xidmətinin sədri Sergey Verlanov və Gömrük Xidmətinin rəhbəri Maksim Nefedov işdən çıxarıldı. Ədliyyə naziri Denis Malyusko hələ də vəzifəsində qalır. Mixail Saakaşvili Qərbin adamıdır, amma daha təcrübəlidir. Bəlkə də onun təyinatı Ukrayna hakimiyyətinin Qərbə loyallığını göstərməyə kömək edərdi. Ancaq Gürcüstanın sabiq prezidentinin bu vəzifəyə təyin olunacağına əmin deyiləm, baxmayaraq ki, parlamentin qarışıq tərkibini nəzərə alsaq, hər şey mümkündür.

– Bəs diplomatik qalmaqal barədə nə düşünürsünüz, çünki Gürcüstan Mixail Saakaşvilinin təyin olunacağı təqdirdə səfirini geri çağırmağa hazırdır. Ukrayna hakimiyyəti bunu nəzərə alırmı?

– Gürcüstanda Mixail Saakaşviliyə qarşı cinayət işləri açılıb, bəzilərinə əsasən artıq qiyabi məhkum edilib. Odur ki, Gürcüstan səfirinin geri çağırılması olduqca realdır. Rəsmi Kiyevin bunu nəzərə almasını istərdim.

– Məlumdur ki, Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Arsen Avakov və Mixail Saakaşvili arasında yumşaq desək, sadə olmayan münasibətlər yaranıb. Eyni zamanda, Arsen Avakov ölkədə çox nüfuzlu şəxsdir. Mixail Saakaşvilinin Arsen Avakova qarşı əks güc olması və məhz buna görə təyin olunması mümkündürmü?

– Arsen Avakov Pyotr Poroşenkonun dövründə hakimiyyətdə olub, vəzifəsini Vladimir Zelenskinin dövründə də qoruyub-saxlayıb. Mixail Saakaşvili Daxili İşlər Nazirliyinin rəhbərinin mövqeyini çətin ki, zəiflətsin.

– Hələ üç il əvvəl Arsen Avakovun prezident olmaq istəyinə dair versiya mövcud idi. İndi Ukrayna mətbuatında onun ölkəni xilas edəcək “diktator” olmaq istədiyi barədə yazırlar.

– Ola bilsin ki, onun belə ambisiyaları var, lakin Arsen Avakovda bunun alınacağını düşünmürəm. Əgər seçəsi olsaq, Ali Radanın hazırkı spikeri Dmitri Razumkov bizim üçün daha uyğun olacaq.

– Sizin Mixail Saakaşvilinin hakimiyyətdə lazım olmadığını, ancaq Arsen Avakovun da prezident olmayacağını hesab etdiyinizi söyləmək olar?

Məhz belədir.

Bakıda kişi və qadın intihar edib

Dünən və bu gün Bakının Yasamal rayonunda iki intihar hadisəsi baş verib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Aprelin 28-də, saat 08:40 radələrində 1-ci Alatava küçəsində 1990-cı il təvəllüdlü Tarıverdiyev Natiq Elxan oğlu evində özünü asıb. Onu intihara təhrik edən səbəb hələlik müəyyən edilməyib.

Bununla yanaşı, N.Tarıverdiyevin arvadından boşanandan sonra depressiyaya düşərək intihar etməsi də istisna olunmur.

Aprelin 29-da, saat 11:30 radələrində Yeni Yasamal qəsəbəsində intihar hadisəsi qeydə alınıb.

1949-cu il təvəllüdlü Səmədzadə Fərqanə Hafiz qızı yaşadığı binanın doqquzuncu mərtəbəsindən düşərək ölüb. Onun intihar etdiyi güman edilir. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Hər iki faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

ABŞ-la Rusiyanın ən nüfuzlu və gizli siması: Maykl Kaputo

Sovet İttifaqını dağıdan, Boris Yeltsinin arxasında dayanan və Putinin məsləhətçisi olan Maykl Kaputo kimdir?.

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 29 aprel 2020-ci il

ABŞ prezidenti Tramp koronavirusu hər fürsətdə “Çin virusu” adlandırır, müşaviri Pens isə: “Çini araşdırırıq. Əgər virusun mənbəyinin Çin olduğu ortaya çıxsa, bunun əvəzini ödəyəcəklər”, deyir. Digər önəmli simalar da: “Çinə borcumuzu verməyək. Onları kompensasiya üçün məhkəməyə verək”, deyə təkliflər irəli sürüblər. Görünür, ABŞ Çini sıxışdırmaq üçün artıq yola düşüb.

“Yenidən Böyük Amerika” şüarı ilə gələn Tramp və onun arxasındakı qüvvə həm bütün istehsalı öz torpaqlarına cəlb etmək, həm də pul üzərində sarsılmaz bir hakimiyyət qurmaq istəyir. Bütün mübarizənin mahiyyəti budur.

İndi isə çox da tanımadığımız bir simadan danışaq. Çünki o, müharibə cəbhələrində çox önəmli bir yer tutur. Dərin Amerika sonuncu dəfə onu səhnəyə çıxardı: Maykl Kaputo. O, bəlkə də ABŞ-da Rotşild ailəsini ən yaxşı tanıyan insandır. ABŞ-ın Səhiyyə Nazirliyinə “gizli nazir” olaraq təyin edilib. Onun Səhiyyə və Humanitar Xidmətlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr katibinin müavini olduğu açıqlanıb. Tutduğu vəzifənin adı bu olsa da, o, hər şeyi bilən şəxsdir.

Bəs kimdir bu Maykl Kaputo? Cavab maraqlıdır: Sovet İttifaqının dağılmasını planlaşdıran adam, hələ cəmi 30 yaşında olarkən fövqəladə bir planı həyata keçirən beyin. Həm Reyqana, həm də ata Buşa çox yaxın idi. Sovet İttifaqı dağıldıqdan sonra Rusiyaya köçüb və Yeltsinin əsas məsləhətçisi olub. Kaputo Putini seçən ilk insanlardan biri idi.

O, Putinin imic müşaviri idi. Nə geyəcəyinə, hətta nələrdən danışacağına qərar verən şəxs Kaputo idi. Onun Kremldə Yeltsinin otağı qədər böyük və bənzərsiz bir otağı vardı. Əslində, o, elə Rusiyanı da idarə edirdi. Lakin bunu biz bilmirdik. Arxa plandan xəbərimiz yoxdur.

Kaputo Rotşild ailəsi ilə də məhz Moskvada görüşüb. Ailə Maykl Kaputonu özləri üçün işləsin, deyə razı salmağa çalışırdı. Lakin bunu tam bacara bilmədi.

Putin bu gün Rotşild ailəsi ilə, bəlkə də, heç bir problem yaşamadan addımlarını atsa da, həmin illərdə Rotşild ailəsinin bir çox tələbini rədd edirdi. Bunun arxasında da Maykl Kaputo vardı. O, “Gazprom”un media şirkəti yaratmasına da imkan verib və 2 il rəhbərlik edib. Mixail Xodorkovskinin həbs olunmasına da Kaputo səbəb olmuşdu.

Təxminən 8 il Rusiyada yaşayan Kaputo Putinlə Rotşild ailəsi arasında həmişə vasitəçilik edib. Şübhəsiz ki, bu gün onların addımlarını və gizli planlarını ən yaxşı bilən şəxs Maykl Kaputodur.

Bəs o, indi niyə Amerika səhiyyə sisteminin rəhbərliyinə keçib? Çünki Rotşild ailəsi Amerika səhiyyə sistemini çökdürmək və Böyük Amerika xəyalına son qoymaq istəyir. Hər kəs öz həmlələrini edəcək. Görək nəticəsi necə olacaq?

Kaputo Rotşild ailəsinin Birləşmiş Ştatlarda ortaqlıq etdiyi ən vacib 100 adamı da tanıyır. Necə addım atacağını da yaxşı bilir. Tramp əvvəllər Maykl Kaputoya çox ciddi şəkildə qarşı çıxırdı. Əlbəttə ki, bunda ailənin olan üzvü Kuşnerin də təzyiqləri çox rol oynayırdı. Kuşner Maykl Kaputonun bu vəzifəyə təyin olunmaması üçün əlindən gələni edib, ancaq göründüyü kimi, uğurlu ola bilməyib.

Maykl Kaputo Rotşild ailəsi üçün: “Bu dünya onlardan xilas ola bilməyinc,ə heç vaxt dinc planetə çevrilməyəcək. Hər kəsə nəzarət etmək istəyirlər. Kimə nəzarət edə bilməsələr, məhv etməyə çalışırlar. Mənim üçün də çox maraqlı addımlar atdılar. Ailəmin yanına qədər gələ bildilər. Lakin mən də susmadım. O ailədən qorxmuram. Onları öz vətənləri olan Rusiyadakı güclərini məhv etdim. Onları öz torpağında məğlub etmək daha asandır”, deyib.

Heç kim bu müharibənin ölçüsünü bilməsə də, bütün bu hadisələr daha dərində baş verirdi. Hər iki tərəf bir-birini ittiham edir. Hər iki güc bir-birini sülhə gedən yolda bir maneə olaraq görür.

Kaputonun bu sözləri Rotşild ailəsinə qarşı açıq bir təhdiddir. Üstəlik, Maykl Kaputo ailənin arxasında dayandığı Amerika şirkətlərinə qarşı ağır sanksiyalar tətbiq olunmasını tələb edir. O, bunu Ağ Evə deyil, “Dərin Amerika”ya bir hesabat şəklində təqdim edib. Bu isə ABŞ-da başlayan qasırğanın Avropaya və daha sonra 5 qitəyə yayılacağından xəbər verir. Bunu görmək çətin deyil.

Maykl Kaputo çox aqressiv bir insana bənzəyir. Ancaq heç vaxt öz nəzarətini itirmir. “Dərin Amerika”nın ən önəmli simalarından biridir. Hətta Putinin himayədarı idi. Bəs görəsən, bundan kimlərin xəbəri var idi?..

Putin Maykl Kaputo ilə üz-üzə qalmaq istəmədiyi üçün həmişə onun haqqında müsbət sözlər deyir. “Maykl Kaputo ABŞ üçün böyük bir şansdır”, sözü də Putinə aiddir. Sovet İttifaqını dağıdan, Boris Yeltsinin arxasında dayanan və Putinin məsləhətçisi olan Maykl Kaputonu o vaxt, hələ heç kim tanımırdı. Kremldəki ən nüfuzlu amerikalı kimi yaşayırdı. Bu səbəbdən, Rusiya ABŞ-a müqavimət göstərə bilməz. Putin Maykl Kaputo ilə qarşılaşacağını söyləyə bilməz. Belə bir addım atsa, telefonda üzr istəməsi qaçınılmazdır.

Maykl Kaputonun artıq Ağ Evdə bir otağı var. Belə bir dərin gücə sahib olan və Kremldə, Ağ Evdə işləyən nə qədər adam var ki? Bu cür şəxs yalnız Maykl Kaputodur. Onu başa düşmək istəməyənlər ola bilər. Ağ Evdəki bir neçə şəxs Maykl Kaputodan narahat olduğunu açıq şəkildə deyib. Əlbəttə ki, bunlar Kuşnerin idarə etdiyi komanda idi. Kaputo vəzifəyə gəlməzdən əvvəl 6 nəfərdən ibarət olan bu komanda Ağ Evdən qovulmuşdu. Buna görə, Kaputo çox güclüdür və bunu hiss etdirməyə başlayıb.

Tramp Kaputo haqqında açıq danışa bilməz. Çünki o, bilir ki, Kaputo, həm də 2016-cı il prezident seçkiləri kampaniyasında Stiv Bennonun məsləhətçisi olub. Noyabr seçkilərində yenidən prezident olmaq üçün Tramp bir çox məsələdə güzəştlər gedib və Kaputo da onlardan biri idi. Hər kəslə toqquşan Tramp Kaputo ilə heç bir problem yaşamayıb.

Kaputo ilə keçən günlərlə Ağ Ev daha maraqlı olacaq. Lakin təbii olaraq, bu vəziyyətə qarşı çıxanlar nə edəcəklər? Əsas məsələlərdən biri budur. Əlbəttə ki, güc Kaputonun yanındadır.

Qeyd: Maykl Kaputo da Mayk Pompeo kimi əsgər olub və Rusiyanı ABŞ-a yaxınlaşdıran gücün mərkəzində olub. Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı neft qiymətləri ilə bağlı mübarizəni də bu baxımdan təhlil etmək önəmlidir. Digər vacib bir məsələ isə odur ki, Tramp: “Əgər bir nəfər istəsəydi, o zaman koronavirus ABŞ-a sıçraya bilməzdi”, deyib, lakin adını çəkməyib. Vaşinqtonun dərinliklərində bu şəxsin Çinlə çox yaxın olan Nensi Pelosi olduğu deyilir. Bütün mübarizə də bundan ibarətdir.(pia.az)

Analitik: Neftin qiyməti 60 dollaradək artacaq

Bu ilin payızında neft bazarında sabit müsbət dinamika müşahidə ediləcək.

yasamal.tv-ın məlumatına görə, bunu Rusiyanın Ticarət və Sənaye Palatasının Enerji Strategiyası və İnkişaf üzrə Komitəsinin üzvü Rüstəm Tankayev deyib.

Onun fikrincə, bu ilin dekabr ayı üçün isə neftin bir barelinin qiyməti stabil göstərici – 60 ABŞ dolları səviyyəsinə çıxacaq.

Takayev neft qiymətlərindəki volatilliyi fərqli mal bazarlarında spekulyativ oyunlarla əlaqələndirir.(apa)

İşlədiyi fermanın 71 keçisini oğurladı

Qaxın Ləkit kəndində yerləşən fermadan cari ilin yanvar ayından aprel ayınadək olan müddət ərzində ümumi dəyəri 11 min manata yaxın olan 71 baş xırdabuynuzlu heyvan oğurlanıb. 

DİN-dən verilən məlumata görə, istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 71 baş keçini oğurlayan şəxsin həmin fermada çoban işləyən Zaqatala rayonu Gözbarax kənd sakini Şirin Məmmədov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb. Ş.Məmmədov törətdiyi cinayət əməlini etiraf edib və keçiləri oğurlayaraq Qax və Zaqatala rayonlarında ayrı-ayrı şəxslərə satdığını bildirib. Əldə etdiyi pulu isə özünün əyləncəsi üçün xərcləyib. Polis əməkdaşları tərəfindən həmin heyvanları alan şəxslər də müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Premyer Liqanın bərpa vaxtı müəyyənləşdi

Koronavirusa görə dayandırılımış İngiltərə Premyer Liqası iyunun 13-də bərpa edilə bilər.

yasamal.tv xəbər verir ki, Böyük Britaniya hökümətinin bununla bağlı qərar verəcəyi gözlənilir. Mayın 1-i Premyer Liqa klublarının videokonfransı baş tutacaq.

Premyer Liqanın başa çatmasına 9 tur qalıb.(milli.az)

Bollivudun ulduzu vəfat etdi

Hindistanın tanınmış aktyorlarından İrfan Xan 53 yaşında Mumbay şəhərində vəfat edib.

yasamal.tv xəbər verir ki, uzun müddətdir qalın bağırsaq şişindən əziyyət çəkən aktyor 2018-ci ilin mart ayından Londonda müalicə olunurmuş.

O, son aylar yatdığı Mumbaydakı xəstəxanada günorta saatlarında dünyasını dəyişib.

80-dək filmdə çəkilmiş İrfan Xan Bollivudun ənənəvi romantik rollarında çəkilsə də, eyni zamanda Hindistan kinosunun səciyyəvi simalarından olaraq həm də Hollivudun “Pi həyatı”, “Gecəqondu milyonçusu”, “Yura dünyası” kimi məşhur ekran əsərlərində də yaddaqalan obrazlar yaradıb.

Ölkə prezidenti Ram Nat Kovind “Twitter” hesabında mərhumu “nadir istedad və brilyant aktyor” olaraq səciyyələndirib.(report.az)

İsrail İran planını açıqladı

İsrailin müdafiə naziri Naftali Bennet ölkəsinin İranın dəstəklədiyi qrupları Suriyadan çıxarmaq üçün çalışdığını deyib.

“HaberGlobal” məlumat verir ki, nazir açıqlamasında Dəməşq yaxınlığında olan və İranın dəstəklədiyi qruplara aid dörd nəfərin və üç mülki şəxsin öldüyü bildirilən hava hücumunun İsrail tərəfindən həyata keçirildiyini dolayı yolla təsdiqləyib.

O, “İranın Suriyada güclə yerləşməsinin qarşısını almaq strategiyasına keçdik və təslim olmayacağıq. Sərhədlərimizdə strateji təhdidlərin artmasına imkan verməyəcəyik. Düşmən bölgəsində mübarizəni davam etdirəcəyik” deyərək, ölkəsinin Suriyada İran tərəfindən dəstəklənən qruplara hücumların tərəfdarı olduğunu bildirib.

İsrail son illərdə bölgədəki İran qüvvələrini əsas göstərərək, Suriyanın müxtəlif ərazilərində, xüsusən də Dəməşqdə bir çox hava hücumu həyata keçirib.

Təl-Əviv rəhbərliyi bu hücumların çoxunun həyata keçirilməsini öz üzərinə götürməsə də, həm Əsəd rejimi, həm də Rusiya Suriyaya qarşı bir çox hava hücumunun arxasında İsrailin dayandığını qeyd edir.(oxu.az)

Azərbaycanda koronavirusun bitəcəyi yeni tarix açıqlandı

Sinqapurlu alimlər Azərbaycan daxil olmaqla bir sıra ölkələrdə koronavirus pandemiyasının bitmə tarixinə dair yenilənmiş proqnozlarını açıqlayıblar.

yasamal.tv “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD) hesabatında yer alıb.

Alimlərin hesablamalarına görə, Azərbaycanda koronavirus pik həddə aprelin 8-də çatıb. Bildirilib ki, pandemiya mayın 7-də 97%, mayın 18-də 99%, iyunun 15-də isə 100% bitəcək.

Bu göstəriciyə görə, postsovet məkanında ən müsbət proqnoz Azərbaycan üçün verilib.

Araşdırmaçıların fikrincə, postsovet məkanında pandemiya ən gec Rusiyada sona çatacaq – 7 avqust. Məlumata görə, pandemiya Qazaxıstanda iyulun 28-də, Gürcüstanda iyulun 27-də, Belarusda iyulun 18-də, Moldovada iyulun 3-də, Ukraynada iyulun 2-də, Özbəkistanda isə iyunun 27-də başa çatacaq.

Bunda başqa, proqnozda həmçinin Azərbaycanın qonşu ölkələri olan Türkiyə və İranda yer alıb. Belə ki, Türkiyədə pandemiyanın sonunun iyulun 30-da gözlənilsə də, İran üçün bu tarix sentyabrın 28-nə təsadüf edəcək.

Koronavirusun ən çox yayıldığı ölkələr olan ABŞ-da sentyabrın 9-da, İspaniyada avqustun 2-də, İtaliyada 31-də pandemiyanın bitəcəyi gözlənilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 148 000-i ötüb. Bunların 962 417 nəfəri sağalıb, 218 371 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Keçibuynuzu bəhməzinin – Faydaları

Keçibuynuzu bəhməzi çox faydalı təbii müalicəvi vasitədir.

yasamal.tv xəbər verir ki,oOnun tərkibində bir çox orqanizm üçün vacib maddələr var – xolin, orqanik turşular, kalsium, maqnezium, marqans, dəmir, pektin, büzücü maddələr, vitaminlər və s.

Keçibuynuzu bəhməzinin bu kimi inanılmaz faydalı xüsusiyyətləri var:

– Öskürək zamanı çox yaxşı kömək edir, nəfəs yollarını selikdən təmizləyir, öskürəyi yümşaldır.

– İmmun sistemini möhkəmləndirir, soyuqdəymə zamanı sağalmanı tezləşdirir.

– Yuxunu yaxşılaşdırır.

– Ürəyin fəaliyyətini və arterial təzyiqi normallaşdırır.

– Qanda xolesterinin səviyyəsini aşağı salır.

– Dəmirlə zəngin olduğundan qanazlığı zamanı faydalıdır.

– Sümükləri möhkəmləndirir.

– Orqanizmi ziyanlı maddələrdən təmizləyir, antioksidant kimi təsir edir.

– Maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir.

– Miqren, depressiya, əsəbilik zamanı faydalıdır.

– Beyinin fəaliyyətinə müsbət təsir edir.

– Orqanizmə əlavə enerji verir.

Saglamolun.az bildirir ki, mütəxəssislər keçibuynuzu bəhməzini gündə 2 dəfə 1 x.q. (uşaqlarda 1 ç.q.) olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul etməyi tövsiyə edirlər.

Bəhməzin faydasını artırmaq üçün onu su və az miqdarda limon şirəsi ilə qarışdırıb içmək məsləhət görürlər.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?