Ev Blog

Mərkəzi Rieltor Bürosu fəaliyyətə başladı

Azərbaycanda ilk olaraq daşınmaz əmlak alıcıları ücün hüquqşünas və sertifikatlı peşəkar Rieltor kollektivindən ibarət olan
“MƏRKƏZİ RİELTOR BÜROSU”
fəaliyyətə başlayıb.
“Mərkəzi Rieltor Bürosu” aşağıdakı xidmətləri göstərir :

Daşınmaz əmlakların alqı satqısı və kirayəsi.
Daşınmaz əmlakların qiymətləndirilməsi.
İnvestorlar ücün daşınmaz əmlak sahəsində illik 100 faizlik gəlirlərin təşkili.
Daşınmaz əmlaklarla baglı bazar araşdırmaları.
Təmir, tikinti.
Layihələrin hazırlanması.
Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri.
Müqavilələrin tərtib olunması.
Daşınmaz əmlakların alqı satqısı zamanı hüquqi xidmətlər.
Əlaqə nömrələri 070 385 05 99 055 385 05 99
Mərkəzi Rieltor Bürosunun direktoru, əmlak eksperti Elnur Fərzəliyev.

“18 May Beynəlxalq Muzeylər Günü: İncəsənət və Tarixin İşığında” adlı Ustad dərsi təşkil olunub

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “18 May Beynəlxalq Muzeylər Günü: İncəsənət və Tarixin İşığında” adlı Ustad dərsi təşkil olunub.
Komplelsin mətbuat katibi Abutalib Turabov bildirib ki, tədbirin məqsədi muzeylərin cəmiyyətin mədəni və elmi həyatındakı rolunu vurğulamaq, muzey işinin inkişaf perspektivlərini müzakirə etməkdir.
Giriş sözü ilə çıxış edən Kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Dr. Rəxşəndə Bayramova Beynəlxalq Muzeylər Gününün yaranma tarixindən bəhs edib. O qeyd edib ki, bu əlamətdar gün 1977-ci ildən etibarən Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə hər il dünyanın müxtəlif ölkələrində qeyd olunur. O, muzeylərin yalnız eksponatların nümayiş olunduğu məkan deyil, eyni zamanda təhsil, tədqiqat və maarifləndirmə funksiyalarını yerinə yetirən mühüm mədəniyyət ocaqları olduğunu vurğulayıb.
Daha sonra çıxış edən pedaqogika üzrə fəlsəfə doktoru, professor Sabir Əmirxanov Beynəlxalq Muzeylər Gününün cəmiyyətin mədəni yaddaşının qorunması baxımından əhəmiyyətini qeyd edib. O bildirmişdir ki, muzeylər keçmişlə gələcək arasında körpü yaradan, insanlara öz tarixini daha dərindən anlamağa imkan verən mühüm qurumlardır. Muzeyşünaslıq elminin inkişafından danışan professor qeyd edib ki, bu sahə yalnız eksponatların toplanması və sərgilənməsi ilə məhdudlaşmır. O, muzeylərin tərbiyəvi və psixoloji təsirindən bəhs edərək, xüsusən gənc nəsildə tarixə və milli irsə marağın formalaşmasında muzeylərin böyük rol oynadığını vurğulayıb. Əmirxanov həmçinin ölkəmizdə muzeyşünaslıq sahəsində təhsil və elmi tədqiqatların genişləndirilməsinin zəruriliyini önə çəkib.
Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, muzeylərin gələcək inkişafı ilə bağlı təkliflər səsləndirilib.

Sabah hava necə olacaq? – PROQNOZ

Mayın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.

Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil?

Türkiyədən Azərbaycana geyim məhsullarının ixracı azalır. Statistikalar da bunu təsdiqləyir. Belə ki, Türkiyə Ticarət Nazirliyinin açıqladığı məlumata görə, 2025-ci ilin ilk rübündə Azərbaycana göndərilən geyim məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

Bəs bu azalmanın səbəbi nədir?

Bir çox alıcı artıq onlayn alış-verişin sərfəli olmadığını düşünür. Əvvəllər mütəmadi olaraq onlayn sifariş verən və qiymətləri münasib hesab edən alıcılar indi bu vərdişlərindən uzaqlaşıblar.

“İndi mən artıq almıram. Əvvəllər az da olsa sifariş edirdim və qiymətlər mənim üçün daha sərfəli idi. İndi əvvəlki qiymətlər olmadığı və bir qədər də bahalaşdığı üçün o qədər də üstünlük vermirəm. Türkiyədən birbaşa brendin saytından sifariş verirdim. İndi isə görürəm ki, artıq orada da qiymətlər yavaş-yavaş qalxır. Bəlkə də buradakı qiymətlərlə o qədər də fərqlənmir. Yenə də qiymətə baxıram, hansı münasibdirsə, ondan istifadə edirəm”, – deyə alıcılardan biri bildirib.

Sorğular da göstərir ki, alıcıların əksəriyyəti onlayn alış-verişi artıq sərfəli hesab etmir. Son dövrlərdə Türkiyədə baş verən iqtisadi dəyişikliklər, inflyasiya və valyuta bazarındakı dalğalanmalar geyim qiymətlərinin artmasına səbəb olub. Bununla yanaşı, çatdırılma xərclərinin və gömrük rüsumlarının yüksəlməsi də əsas amillər sırasındadır.

Hazırda Türkiyədən onlayn sifariş vermək əvvəlki dövrlərlə müqayisədə daha baha başa gəlir.

Ətraflı süjetdə:

İstanbulda Rusiya-Ukrayna danışıqlarının formatı – Türkiyə açıqladı

Mayın 15-də İstanbulda mümkün Rusiya-Ukrayna danışıqları böyük ehtimalla nümayəndələr səviyyəsində baş tutacaq. Eyni zamanda, Ukrayna lideri Vladimir Zelenski hələ də Moskva ilə sülh danışıqlarını qadağan edən qanunu ləğv etməyib.

Bunu türkiyəli politoloq Engin Özer “RİA Novosti”yə bildirib.

“Danışıqların diqqətdən kənarda qalan mühüm cəhətlərindən biri Ukraynanın hələ də sülh danışıqlarını qadağan edən qanunu ləğv etməməsidir”, – analitik qeyd edib.

Özerin sözlərinə görə, Zelenskinin mayın 15-də Rusiya prezidenti Vladimir Putini İstanbula dəvət etməsi diplomatik manevr kimi qəbul edilir. Ekspert Türkiyənin danışıqlarda mühüm rol oynaya biləcəyini də xatırladıb. Özər əlavə edib ki , Türkiyə tərəfinin danışıqlarda ciddi təcrübəsi və tərəflərin Ankaraya etimadı bu proses üçün çox vacib amillərdir.

İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

Dövlətimizin başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğuladı. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi. Bununla yanaşı, dövlətimizin başçısı vurğuladı ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir. Dövlətimizin başçısı dedi ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.

Təbriklərə görə minnətdarlığını bildirən Yaşar Gülər ilk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Qonaq bir neçə il əvvəl Azərbaycan Prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini xatırladaraq qeyd etdi ki, Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi. Yaşar Gülər bundan sonra Türkiyədə sülh olacağına əminliyini bildirdi və bu hadisənin bölgə üçün əhəmiyyətinə toxundu.

Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini dedi.

Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunuldu, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulandı.

Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, əlaqələrimizin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulandı.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Bakı metrosunda YENİLİK – “Gedişhaqqı məsafəyə görə təyin ediləcək”

Azərbaycanda ictimai nəqliyyat vasitələri üçün müəyyənləşdirilmiş gedişhaqqı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi vətəndaşlar gedişhaqqının azaldılmasını, bəziləri isə güzəştlərin tətbiqini təklif edir. 

Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu barədə aidiyyəti qurumlar tərəfindən dəfələrlə məsələ qaldırılıb:

“Lakin onlar mövcud gedişhaqqının çəkilən xərclərə adekvat olmadığını bildirirlər. Məsələn, bəzi şirkətlər hesablamalarına əsasən, bir sərnişini yeni avtobusla daşımağın 0,85 AZN-ə başa gəldiyini deyir. Amma ödəniş 0,50 AZN-dir. Gözləyirlər ki, dövlət dotasiya ayırsın, onlara dəyən zərər ödənilsin. Paralel olaraq, hökumət də sahibkarın ziyanını qarşılamağa çalışır. Əvvəl 20-30 min manata köhnə avtobuslar gətirirdilər və rahat şəkildə xəttə çıxarırdılar. Bu gün onlar 20 qəpiyə də sərnişin daşısa, özlərinə sərf edir. Amma “Baku Bus” üçün gətirilən avtobusların dəyəri 300-400 min manatdır. Onlar sərnişini necə 30 qəpiyə daşısın? Bunun başqa iqtisadi izahı yoxdur”.

Ekspert bildirib ki, gedişhaqqını dövlət tənzimləyir və bu, 50 qəpik civarında saxlanılır:

“Qalan pulu da dövlət sahibkara digər formada ödəməyə çalışır. Məsələn, subsidiyalar, dotasiyalar və sair ayırır. Gələcəkdə digər güzəştlərin də edilməsi nəzərdə tutulur – bura gedişhaqqı da daxildir. Məsələn, tələbələr, pensiyaçılar, şəhid ailələri, qazilər bu sırada yer alır. Həm də məsafəyə görə gedişhaqqının təyin edilməsi gündəmdədir. Müzakirələrdən sonra dəqiq biləcəyik”.

1600 manatadək artırılan müavinət kimlərə ödənilir?

“Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki, minimum əməkhaqqının artırılması ilə bağlı olaraq bu müavinətin məbləği 1380 manatdan 1600 manatadək yüksəlib. Bu müavinətin qanunla təsbit edilməsinə baxmayaraq, monitorinqlər göstərir ki, bu ödənişlərdən istifadə edənlərin sayı çox deyil. Halbuki, bu, cəza çəkmədən azad olunan vətəndaşlar üçün müavinət almaq üçün vacib imkandır”.

Bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib.

Deputat bildirib ki, müavinət cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilir.

“Bu zaman qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələri tərəfindən verilən arayış təqdim edilməklə ödəniş həyata keçirilir.

Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli məbləğindədir. Yəni, həmin şəxslərə 1600 manat ödənilir. Müraciət kifayət qədər sadədir. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarı təqdim olunmaqla müavinətin alınmasını rəsmilləşdirmək mümkündür”.

This image has an empty alt attribute; its file name is fmd3LRYy7Pd08byncXR37DAUPPFXEx3lmVXnji5i:640.webp

Bildirilib ki, müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir:

“Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.

Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, vətəndaşımız cəza çəkməkdən son 3 ildə azad edilibsə və müraciət etməyibsə o halda indi də bu ödənişi almaq hüququna malikdir”.

Bu şəxslərin pulu karta geri qaytarılacaq – SƏBƏB

Marketlərdə alış-veriş zamanı post-terminal vasitəsilə vətəndaş tərəfindən səhvən ödənilən məbləğin geri qaytarılması məsələsi bəzən suallar doğurur. 

Belə hallar qanunvericiliyə və bank prosedurlarına uyğun olaraq istehlakçının xeyrinə həll edilməlidir.

Əgər vətəndaşın kartından səhv məbləğ tutulubsa və ya mal və ya xidmət almadan ödəniş edilibsə, həmin vəsaitin geri qaytarılması hüququ vardır. Bu halda vətəndaş ödəməyə dair çek, bank çıxarışı və ya terminal məlumatları kimi sübutedici sənədlərlə marketə müraciət etməlidir.

Market faktı təsdiqlədikdən sonra ödənilmiş məbləğ nağd şəkildə və ya bank hesabına geri qaytarıla bilər. Kartla aparılan əməliyyatlar zamanı isə “reverse” və ya “refund” adlanan bank prosedurları vasitəsilə vəsaitin geri qaytarılması mümkündür. Bu proses, adətən, 1-3 iş günü ərzində baş verir.

Əgər market vətəndaşın müraciətini nəzərə almazsa və vəsaiti geri qaytarmasa, alıcı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Banklar Assosiasiyasına, həmçinin müvafiq bank və Maliyyə Ombudsmanına şikayət edə bilər.

Qanunvericiliyə əsasən, istehlakçı hüquqları pozulduqda vətəndaşın maddi zərəri qarşılanmalıdır. Belə hallarda vətəndaşların hüquqlarını bilməsi və sənədlərlə hərəkət etməsi vacibdir.

Azərbaycanda 2 ay sonra qadağa qüvvəyə minir – Evlənənlərin sayı artdı

Evlənənlərin sayında ötən illə müqayisədə artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-fevral aylarında 6 739 nikah qeydə alınmışdısa, bu ilin eyni dövründə 7741 nikah və 3414 boşanma qeydə alınıb.

Bununla bağlı açıqlama verən sosioloq Üzeyir Şəfiyev uzun illərdən sonra nikah sayında qeydə alınan artımı qohum evliliyinə qoyulan qadağa ilə əlaqələndirib.

Çünki Azərbaycanda qohumlar arasında nikah bağlanması 2 ay sonra qadağan olunur. Nikahların qısa müddətdə artmasında bu qadağanın da təsirinin olduğu iddia edilir.

Millət vəkili Mehriban Vəliyeva isə bildirib ki, bu artımın qohum evlilikləri ilə bağlı olub-olmadığını qadağa qüvvəyə mindikdən sonra daha aydın bilmək mümkün olacaq. Əgər buna görədirsə, qadağa qüvvəyə mindikdən sonra nikah sayında azalma baş verəcək.

Qeyd edək ki, Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib. Qadağa iyulun 1-dən qüvvəyə minəcək.

Sumqayıtda “Bayraktar” istehsal ediləcək

“Bayraktar Teknoloji Azərbaycan” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Bununla da parkın rezidentlərinin sayı 39-a çatıb.

Məlumata görə, şirkət sənaye parkının ərazisində “Pilotsuz uçuş aparatları istehsalı” layihəsini həyata keçirəcək.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında 2023-cü ildə imzalanan niyyət protokolu Azərbaycanda pilotsuz uçuş aparatlarının birgə istehsalına dair əməkdaşlığı nəzərdə tuturdu.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək sənaye parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6 200-dən çox insan daimi işlə təmin olunub. Həmçinin mövcud layihələr üzrə növbəti mərhələdə sənaye parkına əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2 700-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 14 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 5 milyard manatlıq hissəsi ixracın payına düşür. Cari ilin I rübü ərzində sənaye parkında 659 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 251 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 %, ixrac isə 17,2 % artıb. Bu ilin I rübü ərzində Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 13,5 %, ixracında isə 26,1 % təşkil edib.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?