Ev Blog Səhifə 3218

Şübhəli bilinən 50 nəfər saxlanılıb

32 cinayətin üstü “isti izlər”lə açılıb.

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, mayın 18-də törədilən 32 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Koronavirusdan sağalmanı sürətləndirən dərmanın adı açıqlandı

“İnterferon”un qəbulu koronavirusa yoluxmuş şəxslərin sağalmasını sürətləndirir.

yasamal.tv xəbər verir ki, bu barədə beynəlxalq tədqiqatçılar qrupunun “Frontiers in Immunology” jurnalında dərc olunan məqalələrində bildirilib.

Tibb işçiləri 77 yetkin pasiyentin müalicəsi üçün “İnterferon-a2b” və “Arbidol”dan istifadə ediblər. Xəstələr gün ərzində 5 milliqram “İnterferon-a2b”, ya gündə üç dəfə 200 milliqram “Arbidol”, yaxud hər iki preparatın kombinasiyasını qəbul ediblər. Yekunda “Arbidol”la birlikdə, yaxud ayrılıqda istifadəsindən asılı olmayaraq, “İnterferon” qəbul edən pasiyentlərin yeddi gün daha tez sağaldığı məlum olub.

İddia olunur ki, “İnterferon-a2b” yuxarı tənəffüs yollarında müəyyən edilən SARS-CoV-2 hissəciklərinin sayını əhəmiyyətli dərəcədə azaldır.

İlkin məlumatlara görə, sözügedən preparat cinsindən, yaşından və xroniki xəstəliklərindən asılı olmayaraq, bütün pasiyentlərdə stabil effekt nümayiş etdirib.(oxu.az)

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydası dəyişdi

Azərbaycanda hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydası dəyişib.

Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliyə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi barədə məlumatlar da dövlət reyestrinə daxil ediləcək.

Qanun layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Gürcüstan Azərbaycana dərman ixracını iki dəfə azaldıb

Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstanın Azərbaycana dərman ixracı illik müqayisədə 143,8 ton və ya 49,4% azalaraq 146,9 ton təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana məhsulun dəyəri isə illik müqayisədə 6 257 min ABŞ dolları və ya 2,4 dəfə azalaraq 4 537,6 min dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycana 10 794,6 min dollar dəyərində 290,7 ton dərman ixrac edib.

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır və bu səbəbdən parlamentin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulub.

“Report”un əldə etdiyi məlumata görə, növbədənkənar sessiya çərçivəsində iyunun 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının keçirilməsi planlaşdırılır.

Komitə iclasında “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabat müzakirə olunacaq.

Sessiya çərçivəsində həmçinin plenar iclaslar da keçiriləcək.

İclasların vaxtı barədə isə əlavə məlumat veriləcək.

Kağız maskanın faydaları

Daima baxımlı və gözəl görünmək üçün ilk növbədə təmiz bir cildə sahib olmalıyıq. Bunun üçün dəriyə xüsusi qulluq tələb olunur.

yasamal.tv Lent.az-a istinadən sizə hansı hallarda maskalardan isdifadə etməli olduğunuzu mütəxəssislərin fikirlərinə əsaslanaraq təqdim edir.

Dərimiz xarici təsirlərə məruz qalaraq cansız və quru görünə bilir. Bu halda kağız maskalar cildə daha canlı görüntü verməyimizdə böyük dəstəkçidir.

Gözdə və göz ətrafı bölgələrdəki yorğunluğu aradan qaldırmaq üçün xüsusi hazırlanmış maskalardan istifadə olunmalıdır.

Quruluğu çox olan cildlər üçün yüksək nəmləndiriciliyi olan kağız maskalar tövsiyə olunur. Dolğun görüntülü bir cildin açarı, hyaluronik asit və gliserin kimi komponentlərlə formalaşdırılmış nəmləndirici nəmlənməni təmin edəcəkdir. Cild baxımı zamanı həftədə 1 və ya 2 dəfə kağız maskalardan istifadə oluna bilər.

“Oskar” tarixində ən böyük böhran ola bilər

Buna səbəb isə pandemiyaya görə film çəkilişlərinin təxirə salınmasıdır.

yasamal.tv xəbər verir ki, təşkilatçılar hazırda mərasimin mayın sonuna və ya iyunun əvvəlində keçiriləməsi ilə bağlı fikirləri nəzərdən keçirirlər.

Mütəxəssislərin sözlərinə görə, bu, “Oskar” tarixində ən böyük böhran ola bilər.

Qeyd edək ki, hər il reallaşan mükafatlandırma mərasimi ikinci dünya müharibəsi zamanı da keçirilib. “Oskar”ın verilməsi indiyə qədər yalnız 1 dəfə, 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqana qarşı törədilən sui-qəsd zamanı təxirə salınıb.

Xatırladaq ki, mükafatlandırma mərasimi hər il fevral ayında keçirilirdi.(axsam.az)

Pandemiya ilə mübarizə aparan tibb və qeyri-tibb işçilərinə əlavə ödəniş edildi

Azərbaycan Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli sərəncamına və Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21 462 tibb işçisinə, 2 372 qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

yasamal.tv-ın xəbərinə görə, bu barədə Agentlikdən məlumat verilib.

Belə ki, Bakı şəhəri üzrə 145, respublikanın digər şəhər və rayonları üzrə 118 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli əlavə ödənilib.

“Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

1. Tibbi profilaktik tədbirləri həyata keçirən 15 113 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 4.9 milyon manat ödənilib.

Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: “Tutalım, poliklinikada çalışan sahə pediatrının 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 292 manat 32 qəpik müddətli əlavə almalıdır. 292.32 = ((406 / 25) x 6) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

Hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı/ aylıq iş günlərinin sayı) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli

2. Təcili tibbi yardım xidməti göstərən 4 967 tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 378 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 4.7 milyon manat ödənilib.

R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: “Tutalım, Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 389 manat 76 qəpik müddətli əlavə almalıdır. 389.76 = ((406 / 25) x 6) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1 004 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 700 min manat ödənilib.

Maliyyə departamentinin rəhbərinin izahı: “Xəstəxanada çalışan həkim infeksionistin 13-cü dərəcə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 487 manat 20 qəpik müddətli əlavə almalıdır. 487.20 = ((406 / 25) x 6) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”, – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.(Pravda.az)

100 dəfə yuyula biləcək maska hazırlandı

COVID-19 pandemiyası fonunda Yaponiyadan olan mütəxəssislər təkrar istifadə edilə bilən bir tibbi maska hazırlayıblar.

yasamal.tv lent.az-a istinadla bildirir ki, fərdi qoruyucu vasitələrin hazırlanmasını Niiqata Universitetinin işçiləri tərəfindən aparılıb.

Alimlərin sözlərinə görə, virus aktivliyini yatırdığı üçün anti-virusludur.
Yeni vasitə COVID-19 da olmaqla insanları virus infeksiyasına yoluxmaqdan qoruyur. Yeni maskanı 100 dəfəyə qədər yumaq mümkündür.

Bu maskaların yalnız Yaponiyada satılacağı gözlənilir. Onun mayın 23-dən satışa çıcarılması planlaşdırılır.

Məşhur aktyor və sevgilisi evində ölü tapıldı


30 yaşındakı aktyor Qreqori Tiri Boys sevgilisi ilə birlikdə evində ölü tapılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin sevgilisi Natali Adepojun 27 yaşı olub. Cinayət cütlüyün Los-Ancelesdəki evində baş verib. Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.

Cinayət mayın 13-də olub. Aktyorun anası oğlunun son günlər restoran açmağa hazırlaşdığını və başının bu işə qarışdığını bildirib.

Qeyd edək ki, Boys tamaşaçılara “Alatoranlıq” filmindən tanışdır.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?