Ev Blog Səhifə 3217

Azərbaycanda bakalavrların buraxılış imtahanları ləğv edildi

Ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən, nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar.

yasamal.tv xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində tədris prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə qərarında deyilir.

Qərara əsasən, təhsil müddətində əldə etdikləri qiymətlərə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.

Ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, bakalavriat səviyyəsində müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər.

Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir.

Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.

Yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün buraxılış yekun dövlət imtahanı təşkil edilir.

Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər.

Bakıda istirahət mərkəzindən insan skeleti çıxdı

Bakıda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Yenicag.az xəbər verir ki, Xəzər rayonunda yerləşən “Dostluq” istirahət mərkəzində təmir işləri aparılan zaman torpağın altında insan skeleti aşkar edilib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Tapılan skeletin şəxsiyyəti araşdırılır./Report/

Sosial yardımın təyin olunması ilə bağlı – Yenilik

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, qanunun 9-cu maddəsində ( Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər) 9.0.1-ci bəndində “qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində” sözləri “ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilir.

Dəyişikliklə sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayan şəxslər nəzərə alınmayacaq.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Ukraynada karantin müddəti uzadıldı

Ukraynada karantin müddətinin iyunun 22-nə qədər uzadılması planlaşdırılır.

yasamal.tv xəbər verir ki, TASS ölkənin Səhiyyə nazirinin müavini, baş sanitar həkim Viktor Lyaşkonun açıqlamasına istinadla xəbər yayıb.

O, bu müddətin erkən ləğvini də istisna etməyib:

“Biz karantin rejimini iyunun 22-dək uzadacağıq. Hər şey epidemioloji vəziyyətdən asılı olacaq”.(oxu.az)

Azərbaycanda muzeylərə giriş açılıb

Mayın 18-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb.

Modern.az xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 18 may 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarı rəhbər tutularaq qəbul edilib.

Müəssisələrin fəaliyyəti, həmçinin TƏBİB tərəfindən hazırlanmış “Turizm və hotelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələbləri nəzərə alınmaqla davam etdiriləcək.

Artıq ziyarətçilər aşağıda adları qeyd olunan turizm müəssisələrini sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərtilə ziyarət edə bilərlər:

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu: Şəki Xan Sarayı, Şəkixanovların ev muzeyi, Şəki Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənət Muzeyi və Şəki Rəsm Qalereyası;

“Kiş” Tarix-Memarlıq Qoruğu: Alban Məbədi.

Agentliyin tabeliyindəki bütün turizm müəssisələrində karantin rejimi ilə bağlı sosial izolyasiya və profilaktik tədbirlərə dair qaydaları pozan ziyarətçilər barəsində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada tədbirlər görüləcək.

Xatırladaq ki, Agentlik Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi qərarını rəhbər tutaraq tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə girişə məhdudiyyət qoymuşdu.

Sinqapurun prezidenti İlham Əliyevə məktub göndərib

Sinqapur Respublikasının Prezidenti Xanım Həlimə Yaqub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Millitrbuna.az xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sinqapur xalqı adından Sizə və xalqınıza səmimi təbriklərimi, ölkənizin və xalqınızın rifahı və əmin-amanlığı naminə ən xoş arzularımı çatdırıram. COVID-19 pandemiyasının bütün dünyada yayıldığı bir vaxtda birgə səy göstərilməsinə və daha geniş beynəlxalq əməkdaşlığa zərurət vardır. Sinqapur pandemiyanın təsirinin yumşaldılması, qlobal ticarət və məhsul təchizatı zəncirindəki əlaqələrə dəyən ziyanın azaldılması məqsədilə beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığı davam etdirəcəkdir”.

Kimlərə hərbi xidmətdən möhlət veriləcək? – Detallar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ali və orta ixtisas məktəblərində təhsilin dayandırılmasına görə kimlərə hərbi xidmətə çağırışdan möhlət veriləcəyi haqda açıqlama yayıb.

yasamal.tv Dövlət Xidmətinə istinadla xəbər verir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınan, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunan təhsil müəssisələrində və onların filiallarında, Azərbaycan Prezidentinin müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:

1. Ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

2. Peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

3. Orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

4. Əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək;

5. Xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.

“Qarabağ”ın koronavirus testlərinin nəticələri açıqlandı

“Qarabağ”da idari, məşqçi və futbolçu heyəti başda olmaqla, bütün personallardan götürülmüş koronavirus testlərinin nəticələri bəlli olub.

Fanat.Az Ağdam təmsilçisin rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, bütün testlər mənfi çıxıb və onlarda virus aşkarlanmayıb.

Qeyd edək ki, “Qarabağ” mayın 15-i koronavirus testindən keçmişdi.

Azərbaycanda hərraclar elektron şəkildə həyata keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi, Respublika Xammal və Əmtəə birjası, həmçinin aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində “Elektron Hərrac” sistemi yaradılıb və pilot olaraq istifadəyə verilib.

Agentlikdən verilən məlumata görə, artıq hərraclar eherrac.gov.az portalı üzərindən həyata keçiriləcək. Sistemin yaradılması hərracların keçirilməsi zamanı şəffaflığın təmin edilməsi, hərrac iştirakçılarının rahat və məhdudiyyətsiz şəkildə hərraclarda iştirakına şərait yaradacaq. Hərracda iştirak etmək istəyən, lakin uzaq məsafə səbəbindən hərraca qatıla bilməyən şəxslər də bundan sonra yeni sistem üzərindən onlayn olaraq hərraclarda iştirak edə biləcəklər. Sistemin yaradılması, eyni zamanda əmlak bazarının inkişafına da töhfəsini verəcək.

“Elektron Hərrac”dan yeni istifadə qaydaları aşağıdakı kimi olacaq:

• Elektron hərracda iştirak etmək istəyən şəxs eherrac.gov.az portalına daxil olaraq “ASAN Login” vasitəsilə sistemə giriş edir;

• Elektron hərrac prosesində tələb olunan müvafiq iştirak haqqı və depozit (beh) ödənişləri onlayn şəkildə “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilir;

• Elektron hərrac başladıqdan sonra iştirakçılar qalib olmaq üçün təkliflər edirlər;

• Qalib iştirakçı haqqında sistem tərəfindən protokol tərtib olunur. Bu protokollar müvafiq qaydada Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemlərinə ötürülür.

Xatırladaq ki, ölkə ərazisində xüsusi karantin rejimi dövründə Dövlət Agentliyi tərəfindən bir sıra innovativ layihələr həyata keçirilib və əhalinin istifadəsinə verilib.

Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” yaradılıb.

Dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən “ASAN bot” tətbiqi istifadəyə verilib.

“Neftçi”nin sabiq icraçı-direktoruna yeni vəzifə verildi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni təyinat olub.

Fanat.Az xəbər verir ki, Elnur Məmmədov akademiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışacaq. O, yeni təyinatadək Azərbaycan Voleybol Federasiyasında idman şöbəsinin müdiri olub.

Sözügedən şəxs daha öncə “Neftçi”nin icraçı-direktoru qismində fəaliyyət göstərib.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?