Ev Blog Səhifə 3211

AMEA-nın magistraturasına qəbul planı təsdiqləndi

AMEA-nın magistraturasına 2020/2021-ci tədris ili üçün qəbul planı təsdiqlənib.

yasamal.tv xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2020/2021-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 15 ixtisas 43 ixtisaslaşma üzrə 59 plan yeri təsdiq edilib. Ayrılan bütün plan yerləri dövlət sifarişlidir.

Magistraturaya qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar AMEA-nın magistraturasına ayrılan plan yerlərində göstərilən ixtisaslaşmaları seçmək imkanı əldə edəcəklər.

Məşhur şirkət Azərbaycan futboluna maliyyə dəstəyini dayandırır

Azərbaycan futbolu daha bir sponsorunu itirmək üzrədir.
“Silk Way” bu sahəyə ayırdığı maliyyə dəstəyini dayandırmağa hazırlaşır.

 

Buna səbəb karqo fəaliyyəti üzrə ixtisaslaşmış şirkətin koronavirus pandemiyasına görə böyük iqtisadi zərərə uğramasıdır.
İki aydır ölkədə hava nəqliyyatı çalışmır. Sərhədlərin bağlanması üzündən xaricə uçuşlar həyata keçirilmir. Odur ki, şirkətin gəliri sıfıra enib, hətta öz işçilərinin məvacibini ödəməyə çətinlik çəkir.
“Silk Way” 2005-ci ildən ölkənin futbol ailəsinin üzvüdür. Şirkət 2018-ci ilədək AZAL PFK və “Şüvəlan”ın baş sponsoru olub. 2016-cı ilin yayından isə eyni zamanda “Zirə”nin himayədarları sırasına daxil olub.(Sportinfo.az)

“Nağıllar da, nağılbazlar da keçmişdə qalıb” – Afaq Gəncəli

Aparıcı Afaq Gəncəli sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, o, yeni şəklini yayımlayaraq “Biri var idi, biri yox idi belə başlayır bütün nağıllar…
Amma artıq nağıllar da, nağılbazlar da keçmişdə qalıb. Sizin sevdiyiniz nağıl hanısıdır?” qısa şərhini yazıb.

Qeyd edək ki, sözügedən ifadələr Xalq artisti Brilliant Dadaşovanın “Nağıl” adlı mahnısından yer alıb.

Müğənni bir neçə gün əvvəl “Tolik ilə səmimi” “Youtube” layihəsində aparıcıdan bəhs edərək, onunla küsülü olmaqlarının səbəbini açıqlayıb. İzləyicilər Afaqın Dadaşovaya söz atdığını vurğulayıblar.

Portal rəhbəri: “Karantindən sonra təyyarə biletləri bahalaşacaq”

“Report”un Rusiya bürosuna verdiyi eksklüziv müsahibədə Rusiyanın “Avia.ru” portalının baş redaktoru Roman Qusarov COVID-19 pandemiyasının dünya hava nəqliyyatına və turizminə vurduğu ağır zərbədən, o cümlədən təyyarə biletlərinin bahalaşacağından söhbət açıb.

– Koronavirus pandemiyası hava sərnişin nəqliyyatı və turizm sahələrinə nə qədər ziyan vurub?

– Əslində, bu ziyan davam edir və nə vaxt başa çatacağı da aydın deyil. Odur ki, tam olaraq dəyən ziyanı hesablamaq çətin məsələdir. Hava yolu şirkətləri aprel ayında olduğu kimi, indi də fəaliyyətsizdir, nə vaxtadək belə qalacağını isə heç kim bilmir. Üstəlik, söhbət bütün dünya iqtisadiyyatına, deməli, dünya əhalisinə yetən ziyandan gedir. İnsanlar işsiz qalır, məvaciblərindən olur, nəticədə karantindən sonrakı dövrdə sərnişinlərin, turistlərin xeyli azalacağı şəksizdir. Deməli, hələ bir neçə il ərzində hava yolu və turizm şirkətləri zərərlə işləyəcək. Yekun rəqəmləri də bir neçə il sonra hesablaya biləcəyik. Ən nikbin proqnoza görə, hava nəqliyyatında dirçəlmə 2024-cü ildən tez baş verməyəcək. Yəni 2024-cü ildə hələ 2019-cu ilin səviyyəsinə çata biləcəyik.

Cari itkilərə gəlincə, təxmini hesablamalar aparılır, amma nəticələr fərqlidir. Məsələn, Rusiya hökuməti “Aeroflot”un itkilərini 8 milyard rubl məbləğində dəyərləndirib. Halbuki “Aeroflot”un payına ölkədəki daşımaların yarısı düşür. Turizmdə isə itkilər göz qabağındadır. Bu sahədən daha çox asılı olan ölkələrin vəziyyətin yaxşılaşdığını bildirərək hava daşımalarını bərpa etməyə səy göstərdiklərindən bunu aydın sezmək mümkündür. İlkin hesablamalara görə, dünya turizm sektorunun mümkün itkiləri 300 milyard ABŞ dollarından çox olacaq.

– İndi tədricən postkarantin dövrünə qədəm qoyuruq. Bir çox ölkələr məhdudiyyətləri ləğv etməyə başladı. Sərhədlərin açılmasını, beynəlxalq uçuşların bərpasını nə zaman gözləmək olar?

– Hazırkı dövrü postkarantin dövr kimi dəyərləndirmək tələskənlik olardı. Sərhədlər bağlıdırsa, karantin davam edir. Yalnız bütün məhdudiyyətlər ləğv ediləndən sonra postkarantin dövründən danışa bilərik. Bunun nə zaman baş verəcəyi də pandemiyanın dinamikasından asılıdır. Aydındır ki, böyük ölkələr infeksiya mənbəyi olaraq qalınca məhdudiyyətlər də qalacaq.

Digər tərəfdən, Avropa İttifaqında daxili sərhədlər açıqdır. Məsələn, kiminsə Çexiyaya gedib oradan İtaliyaya təyyarə ilə, yaxud maşınla getməyəcəyinə dair zəmanət vermək mümkün deyil. Belə şəxs infeksiya mənbəyinə çevrilə bilər. Yəni təhlükə sovuşmayınca ölkələr bir-birindən qorunacaq, karantinin bitməsindən söhbət getməyəcək.

– Bəs sərhədlər açılandan sonra biletlər, turist səfərləri bahalaşacaqmı?

– Tur qiymətlərinə gəlincə, nəinki bahalaşma, əksinə, ucuzlaşma daha böyük ehtimaldır. Birincisi, əhalinin maddi imkanı azalacaq, çoxları köhnə qiymətlərə səyahətə çıxa bilməyəcəklər. Hotel sahibləri də bir müddət işsiz qalandan sonra olan-qalan turistləri cəlb etməyə girişəcəklər. Həm də təbii ki, işçi qüvvəsi də ucuzlaşacaq, istirahət mərkəzləri də daha sərfəli qiymətlərə xidmətlər təklif edə biləcəklər.

Digər tərəfdən, hava yolu şirkətləri külli miqdarda ziyana uğrayır. Onlar pilotlara məvacib ödəməli, təyyarələrinin lizinq və parkinq haqqını ödəməli, cari texniki baxımını mütəmadi təmin etməlidir. Bundan əlavə, böhrandan sonra sərnişin axını da zəifləyəcək. Bütün bu məsrəflərin altından çıxmaq üçün şirkətlər istər-istəməz qiymət artımına getməlidir. Yəni ucuz təyyarə biletlərini ən azı bir neçə il üçün yaddan çıxara bilərik. İlk növbədə az sərnişinlə uçuş həyata keçirə bilməyən az büdcəli hava yolları bazarı tərk edəcək. Belə şirkətlər də qiymətləri ikiqat artırmaq məcburiyyətində qalacaq. Qısası, təyyarə biletləri bahalaşacaq, həm də xeyli dərəcədə. Nəticədə insanlar ən zəruri hallarda təyyarəyə minəcəklər. Hava sərnişin axınının iki dəfədən artıq azalacağı barədə proqnozlar çox ağlabatan görünür.

Atəşkəs 22 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

yasamal.tv xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Ekspert: “Hazırkı vəziyyət neft bazarlarının gələcəyi üçün ümidvericidir”

Dünya bazarında neftin qiymətinin azalması neft şirkətlərinə təbii olaraq mənfi təsir göstərdi.

Bir çox şirkətlər xərclərini azaltma yoluna getdilər. BP şirkəti xərclərini 25%, “Schlumberger”, “Chevron” şirkətləri 30%, “Total” 20% azaldacaqlarını bildirdilər. Ötən ay bu sahədəki proqnozlar da pessimist yöndə indi.

Lakin aprelin 27-dən sonra bazarlarda neftin qiymətində artım müşahidə olunmaqdadır və indiki proqnozlar göstərir ki, karantin rejimləri yenidən sərtləşdirilmədiyi müddətcə bazarda stabillik davam edəcək. Hazırda birjalarda “Brent” markalı neftin bir bareli 35 dollar, WTI markalı neftin bir bareli 32 dollar ətrafında ticarət olunur.

Belə olan təqdirdə enerji şirkətləri elan etdikləri azalma strategiyalarında dəyişiklik edə bilərmi? Hazırkı vəziyyət şirkətlər üçün qənaətbəxşdirmi? Şirkətlər hansı addımları atdılar və hansı addımlar atıla bilər?

Bütün bu sualları enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə şərh edib.

O xatırladıb ki, transmilli şirkətlər kapital xərclərini 15-50% azaldıblar. Ekspert qeyd edib ki, bəzi şirkətlərin axtarış-kəşfiyyat işlərini müvəqqəti dayandırması, qazma əməliyyatlarını müəyyən qədər azaltması, hasilatını aşağı salması işçilərin sayında bir qədər azalmalara səbəb olub. “ABŞ-da 9 həftə ərzində qazma qurğularının sayı 62% azaldılıb və ötən həftə ərzində isə qazma qurğularının sayı 683-dən 258-ə düşüb. Ümumilikdə, dünya üzrə indiyədək orta və böyük miqyaslı 100 şirkətin kapital xərcləri 85 mlrd. ABŞ dollarından çox azaldılıb. İşçilərin ixtisarının 61%-i kapital xərclərinin, 39%-i hasilatın azaldılması hesabına baş verib. Sərbəstləşmənin meydana gəlməsi əsasən qazma, tikinti, axtarış-kəşfiyyat şirkətlərində müşahidə edilib”, – o bildirib.

Axundzadə neft qiymətlərinin aşağı səviyyəsindən ən çox kiçik və qeyri-ənənəvi üsullarla hasilat aparan şirkətlərin təsirləndiyini qeyd edib: “Burada ilk növbədə şist neft hasilatçılarını qeyd etmək olar. ABŞ-da neft hasilatçısı olan 10 mindən çox kiçik şirkət mövcuddur və onların bir çoxu uzunmüddətli yüksək faizlə borclanan şirkətlərdir. Burada bəzi şirkətlər yaxın 2 il ərzində 90 mlrd. dollara qədər borc ödəməlidir. Maliyyə sıxıntıları ilə yanaşı, neft hasilatının da rentabelli olmaması şirkətləri çətin vəziyyətə salır. Məsələn, ABŞ-daən böyük şist neft hövzələri olan “Permian” və “Eagle Ford”da qazma xərci 46 dollar, “Bakken” hövzəsində 51 dollar təşkil edir. Bu isə rentabelli olmadığından bir sıra kiçik neft hasilatçılarının bazardan çıxmasına, ciddi zərər görməsinə gətirib çıxarır. Dünyanın dördüncü böyük neft hasilatçısı Kanada, xüsusilə üçüncü ən böyük neft bölgəsi olan Alberta əyaləti neft qumunun çıxarılmasının mürəkkəb, hasilatın maya dəyərinin yüksək olması səbəbindən qiymətlərin aşağı düşməsindən ən çox təsirlənən ərazilərdəndir.  İlin əvvəli ilə müqayisədə Kanada və ABŞ-da birlikdə təqribən gündəlik neft hasilatı 3 mln. barel azalıb. Bu miqdarın iyun ayının sonuna 4 mln. bareli keçəcəyi proqnozlaşdırılır”.

Ekspert qeyd edib ki, kiçik şirkətlərlə müqayisədə transmilli şirkətlər maliyyə dayanıqlılığının daha yüksək olmasına görə qısa və orta müddətli perspektivdə aşağı neft qiymətlərinə tab gətirə bilirlər. Onun fikrincə, böyük şirkətlərin neft qiymətlərindən təsirlənməsi daha çox müvəqqəti xarakter daşıyır.

Bazara təsir edən amillər

Ekspert bazarla bağlı hətta ən pessimist proqnozlarda belə III rübün sonu, IV rübün əvvəlindən etibarən qiymətlərin tədricən düzələ biləcəyi yönündə idi. Ancaq hazırki vəziyyətdə qiymətlərdə gözləntilərdən daha tez canlanma müşahidə edilir.

Onun sözlərinə görə, bu, karantin rejimlərinin daha tez yumşaldılmağa başlanması, emal müəssisələrinin fəaliyyətini tədricən bərpa etməsi, virus səbəbindən insanların daha çox fərdi nəqliyyat vasitələrinə üstünlük verməsi və s. səbəblərdən yanacağa tələbatın artması ilə bağlıdır.

“Aprel ayında dünyanın ən böyük neft idxalçısı olan Çinin neft idxalı hətta 2019-cu ilin müvafiq ayından daha çox olub. Çindəki tələbatın virusdan əvvəlki dönəmə qayıtdığı müşahidə edilir. Dünyanın ən çox neft istehlak edən ölkələrindən biri olan Hindistanda neft emalı müəssisələrinin emal həcmləri ötən həftə açıqlanan məlumata görə,  60% səviyyəsinə qalxıb və bu ayın axırına qədər 80%-ə qədər artacaq.

Avropanın müxtəlif ölkələrində iyun ayının soyuna kimi karantin rejimlərinin mərhələli olaraq yumşalacağı proqnozlaşdırılır.

Beynəlxalq Enerji Agentliyinin keçən həftədəki hesabatında da  göstərilir ki,  pandemiya dövründə 4 milyard insan özünütəcrid şəraitində fəaliyyətini davam etdirirdisə, may ayının sonunda bu göstərici 2,8 milyarda düşəcək.

Ümumiyyətlə isə, yay aylarında yanacağa tələbat yüksək olur. Bütün bunlar öz növbəsində tələbatın gözləntilərdən daha sürətli artmasına  gətirib çıxardı. Beynəlxalq Enerji Agentliyi də bu il  üçün tələbatdakı  azalma proqnozunu dəyişdirərək  9,3 mln. bareldən 8,6 mln. barelə salıb.

Müşahidələr göstərir  ki, ABŞ-da son 3 həftədə anbarlarda saxlanılan benzin ehtiyatları 10,3 mln. barel azalıb, ötən həftə  azalma 3,5 mln barel təşkil edib”, – o əlavə edib.

  1. Axundzadə “OPEC+” sazişinə qoşulan ölkələrin öhdəliklərinigözləntilərin əksinə olaraq tez zamanda yerinə yetirməsinin də bazara müsbət təsir etdiyini bildirib. “Digər tərəfdən isə Səudiyyə Ərəbistanının iyun ayından etibarən hasilatını əlavə olaraq 1 mln. barel könüllü azaldacağını açıqlaması, BƏƏ və Küveytin isə müvafiq olaraq 100 min və 80 min barel azaldacaqları ilə bağlı  bəyanatı, Səudiyyə Ərəbistanı və Küveytin birgə neytral zonada istismar etdikləri “Əl-Xafci” neft yatağında 140 min barel azalma ilə bağlı açıqlamaları da qiymətlərə müsbət təsir edən amillərdəndir.

Bundan başaq, 16 həftədən sonra ilk dəfə olaraq ABŞ-da anbarların həcmi ötən həftə 745 min barel azaldı. Növbəti günlərdə anbarların səviyyəsi qiymətlərlə bağlı əsas göstərici olacaq.

Əvvəlki proqnozlarda qiymətlərin iyul-avqust aylarından sonra düzələcəyi gözlənilirdi, amma artıq may ayında qiymət artımı müşahidə edilir”, – ekspert əlavə edib.

Proqnozlar nikbindir

  1. Axundzadə vurğulayıb ki, hazırkı vəziyyət neft bazarlarının gələcəyi baxımından ümidvericidir, bazarda müsbət ab-hava müşahidə edilir. Ekspert neft şirkətlərinin hazırkı vəziyyətidəyərləndirəcəklərini, ixtisarlarla bağlı addımlar atmağa tələsməyəcəklərini qeyd edib: “Artıq qiymətlərdə yaxşılaşma özünü göstərir. Ən azından qiymətlər 33-36 dollar səviyyəsində stabilləşib. Əvvəlki  proqnozlarda may ayının 19-da, fyuçerslərin son günündə qiymətlərin mənfiyə doğru düşəcəyi göstərilirdi, amma  qiymətlərdə ciddi artım müşahidə olundu. Transmilli neft şirkətləri də hazırkı vəziyyəti ən azından növbəti bir ay müddətində dəyərləndirərək strategiyalarında dəyişiklik edə bilərlər. Hər şey bu şəkildə davam edərsə, neft şirkətlərinin zərərləri gözləntilərdən daha az olacaq. Təbii ki, tikinti və qazma şirkətlərində müəyyən müddətdə durğunluq müşahidə ediləcək və ixtisarların olması qaçılmazdır, lakin indiki vəziyyətdə bunun kütləvi xarakter alması əvvəlki proqnozlardan fərqli olaraq baş verməyə bilər”.

O xatırladıb ki, proqnozlar müsbətə doğru dəyişdirilib, “Goldman Sachs” investisiya bankı da pandemiya  dövründə ilk dəfə olaraq proqnozunu müsbətə doğru dəyişərək 2021-ci ilin  əvvəli üçün  48,5 dollardan 51,38 dollara, sonuna isə 65 dollara qədər yüksəldib.

Ekspert bundan sonra ciddi problem olmasa, karantin rejimləri yenidən sərtləşdirilməsə qiymətlərdə artım dinamikasının davam edəcəyini qeyd edib. “Bununla da  şirkətlər zərərlərini bir qədər də kompensasiya edə biləcək. Bu da şirkətlərin maliyyə dayanıqlılığının yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Bir çox şirkət öz təhlükəsizlik yastığını IV rübə qədər düşünürdü. Çünki bir ay bundan əvvəlki proqnozlarda qiymətlərin ən yaxşı halda avqust ayından sonra 35 dolları keçəcəyi gözlənilirdi, lakin qiymətlər artdığına görə, şirkətlərin dayanıqlılıq göstərəcəyi müddət də  bir növ azalmış olur. Bu da onların maliyyə vəziyyətlərinə müsbət təsirini göstərəcək”.(apa)

İkiekranlı “Microsoft” smartfonunun xüsusiyyətləri açıqlanıb

“Windows Central” nəşri təqdimatı ilin sonuna planlaşdırılan “Android” əməliyyat sistemli ikiekranlı “Surface Duo” smartfonunun texniki xüsusiyyətlərini açıqlayıb.

yasamal.tv ictnews.az-a istinadən bildirir ki, smartfonun əsas fərqləndirici cəhəti 8,6 düym diaqonallı ümumi ekran kimi açılan iki 5,6 düymlük displey (1350×1800) olacaq. Qurğunun daxilinə ötənilki “Qualcomm Snapdragon 855” prosessoru quraşdırılacaq.

Smartfonun 6 giqabaytlıq operativ yaddaş, 64 və ya 256 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcəyi gözlənilir. Bundan başqa, hər iki ekran “Surface Pen” stilusu ilə işi dəstəkləyəcək.

Batareya tutumu 3460 milliamper/saat təşkil edəcək. “Surface Duo” smartfonu həm əsas, həm də ön kamera rolunda çıxış edən bir 11 meqapikselli kamera ilə təchiz olunacaq.

Qurğu kontaktsız ödənişlərin edilməsi üçün “NFC” çipi, simsiz enerjidoldurma funksiyası, eləcə də “5G” şəbəkələrinə qoşulma dəstəyindən məhrum olacaq.

“Surface Duo” smartfonunun konsepti ötən ilin oktyabrında təqdim edilib. Yeni qurğunun 2020-ci ilin payızında işıq üzü görəcəyi gözlənilir.

Qeyd edək ki, ikiekranlı bükülən modellər üzərində “Microsoft” ilə yanaşı, “Dell”, “HP”, “Lenovo” və “Asus” kimi tərəfdaşlar çalışır.

Rusiyadan Zelenskiyə cavab: Şərtimiz var

Rusiya heç vaxt Donbasdakı situasiya ilə bağlı danışıqlar aparmaqdan yayınmayıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya mediası Rusiya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan nümayəndəsinə istinadla yayıb.

Bildirilib ki, Rusiya lideri Vladimir Putin heç vaxt dialoqdan imtina etməyib.

“Normand dördlüyü” formatında gəldikdə isə, bəli, burada şərtlər var: Parisdəki sammitin qərarlarının icrası və yekun qətnamələrin əvvəlcədən təsdiqlənməsi lazımdır”, – mənbə deyib.

Nazirlik rəsmisi vurğulayıb ki, Kiyev Parisdəki 7 qərardan yalnız birini – girovların dəyişdirilməsini icra edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski koronavirus pandemiyasından sonra Rusiya ilə Krım və Donbas məsələsini üzbəüz müzakirə edəcəyini açıqlayıb.

“İsrail Çinin artan iqtisadi qüdrəti ilə hesablaşır” – Politoloq

Elxan Şahinoğlu: “Elə vaxtilə İsrail dövlətinin yaranması və təşəkkül tapması da Amerikanın siyasəti ilə bağlıdır”.

Bir neçə gün əvvəl ABŞ dövlət katibi Mayk Pompeo xəbərdarlıq etmişdi ki, Çinin İsraillə əməkdaşlıq etməsi Vaşinqtonun Təl Əvivlə olan önəmli layihələrini təhlükəyə ata bilər. Pompeo Çinin İsrail iqtisadiyyatına nüfuz etməsindən narahatlığını ifadə edərkən belə demişdi.

ABŞ diplomatı qeyd etmişdi ki, bu məsələni Netanyahu ilə müzakirə edib, Çinlə əməkdaşlığın israilliləri təhlükəyə atdığına dair kəşfiyyat məlumatlarının olduğunu diqqətə çatdırıb. Bunun ardınca M.Pompeo İsrailə də səfər etdi. ABŞ-ın koronavirus pandemiyasına görə Çinə meydan oxuduğu bir vaxtda yaxın müttəfiqi olan İsrailin Pekinlə yaxınlaşması, əlbəttə, Ağ Evdə normal qarşılana bilməzdi. Maraqlısı budur ki, elə bu narahatlığın fonunda Çin-İsrail əlaqələrinə zərbə vuran hadisə baş verdi. Belə ki, mayın 17-də Çinin İsraildəki səfiri, 57 yaşlı Du Vey Təl-Əvivdəki evində ölü tapıldı. Səfirin ölümünün səbəbi kimi səhhətindəki problemlərin olduğu deyilirdi. Ancaq hadisəni araşdırmaq üçün Çindən İsrailə nümayəndə heyətinin gəlməsi Pekinin səfirin təbii ölümünə inanmadığı versiyasını ortaya çıxartdı. ABŞ-Çin toqquşması, koronavirus pandemiyasının yayılmasından sonra bu toqquşmanın pik həddə çatması, pandemiyanın tüğyan etdiyi dövrdə ABŞ dövlət katibi Mayk Pompeonun İsrailə səfəri və bu səfərdən 4 gün sonra çinli səfirin ölümü suallar yaradır. Bu səfərdən 4 gün sonra – 17 mayda Netanyahu İsraildə yeni hökumət qurub. Yeni hökumətin and içdiyi gün Çinin İsraildəki səfiri evində ölü tapılıb. Türkiyəli yazar Taha Dağlı Çin səfirinin təbii ölümünə inanmadığını yazıb. “Pompeo İsrailə xəbərdarlıq etməyə gəlmişdi. Çünki İsrailin Çinlə sürətli yaxınlaşması müşahidə olunur və ABŞ bundan narahatdır. ABŞ üçün Çinin ən böyük təhdidi ”Bir kəmər-bir yol” layihəsidir. Bu layihənin marşrutlarından biri də İsraildir. İsrail Hayfa limanını Çinə 25 illiyinə icarəyə vermək haqda qərar verib. Bununla yanaşı, Çinlə birgə Retmet deyilən bir layihəsi də var. Bu layihə gerçəkləşərsə, İsrailin Süveyş kanalından istifadə etmədən Aralıq dənizinə çıxışı təmin olunacaq. İsraillə Çin arasında enerji və texnologiya sahəsi üzrə əməkdaşlıq da genişlənir. İsrailin yeni layihələrindən biri də dəniz suyunun təmizlənməsidir. 2021-ci ildə başlayıb 2023-cü ildə bitəcək bu layihənin dəyəri 1,3 milyard dollardır və layihəni həyata keçirəcək şirkətlərdən biri də Çin şirkətidir. Bu xəbər mayın 2-də açıqlandı. Bütün bunlar ABŞ-ı narahat edir. Pompeo da İsrailə xəbərdarlıq etmək üçün gəlmişdi. Mayın 17-də İsraildə qurulan yeni hökumət də ABŞ-ın istədiyi siyasəti yerinə yetirmək missiyasını daşıyır və həmin gün Çin səfiri evində ölü tapılır. Çin səfirinin ölümü ilə ABŞ-Çin müharibəsinin artıq başladığı görünür”, – türkiyəli yazar qeyd edib.

Bu arada Fələstin İsrail hökumətinin Fələstin torpaqlarını ilhaq etmək niyyətinə görə İsrail və ABŞ-la bütün razılaşmaları ləğv etmək qərarına gəlib. APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fələstin dövlətinin lideri Mahmud Abbas “Əl-Cəzirə” telekanalında canlı yayında deyib. Fələstin lideri bildirib ki, Fələstin Azadlıq Təşkilatı və Fələstin dövləti bu gündən etibarən ABŞ və İsrail hökumətləri ilə, o cümlədən təhlükəsizliklə əlaqəli olan bütün razılaşmalar üzrə bütün öhdəliklərdən imtina edir. Mahmud Abbas qeyd edib ki, Fələstini beynəlxalq təşkilatlar və qurumların tərkibinə daxil etməyin vaxtı çatıb: “Beynəlxalq birliyə üzv olduğumuz ərəb, islam və regional sazişlərə, beynəlxalq qanunlara sadiq olduğumuzu, və istənilən formada beynəlxalq terrorizmlə mübarizəyə sadiq olduğumuzu bir daha təsdiq edirik”. O əlavə edib ki, Fələstin üçüncü tərəfin vasitəçiliyi ilə Fələstin-İsrail qarşıdurmasına dair danışıqlara qayıtmağa hazırdır.

Həmçinin Çin Xarici İşlər Nazirliyi  ölkənin İsraildəki səfiri Du Veyin ölümünün dərindən araşdırmaya ehtiyacı olduğunu hesab edir. Cao Licien gündəlik mətbuat konfransında deyib. “İlkin rəy ondan ibarətdir ki, səfir Du Vey səhhəti ilə əlaqədar gözlənilmədən dünyasını dəyişib, lakin detallar daha dəqiq yoxlamaya ehtiyac duyur”, – deyə XİN rəsmisi bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Vaşinqtonun İsrailə həssas münasibəti anlaşılandır: “İsrail ABŞ-ın bölgədəki əsas müttəfiqidir. Amerikanın dəstəyi İsrail üçün son dərəcə vacibdir. Elə vaxtilə İsrail dövlətinin yaranması və təşəkkül tapması da Amerikanın siyasəti ilə bağlıdır. ABŞ prezidenti Donald Tramp Fələstin məsələsində İsrailə verdiyi dəstəyə görə bir sıra dövlətlərin qınağı ilə üzləşib. Buna görə də Amerika İsrailə verdiyi dəstəyin qarşılığını görmək istəyir. Buna baxmayaraq, İsrail başqa güclü dövlətlərlə də sıx əlaqələr qurmağa çalışır. Bu sırada Rusiya və Çin də var. İsrailin baş naziri Benyamin Netanyahunun il ərzində ən çox səfər etdiyi ölkələrdən biri Rusiyadır. Əlbəttə, Kremlin Suriya rejiminə verdiyi dəstək və Tehranla əlaqələri İsrailin xoşuna gəlmir. Ancaq rəsmi Tel-Aviv ən azı ona nail olur ki, Rusiya Suriya və İranla münasibətlərində İsrailin maraqlarını arxa plana atmır. Məsələn, İsrail hərbi təyyarələri ara-sıra Əsəd rejiminə bağlı qüvvələri, o cümlədən İranın İslam Keşikçiləri Korpusunun və Hezbollah təşkilatının Suriyadakı mövqelərini bombalayır. Kreml buna səssiz qalır. Elə İsrailə də bu lazımdır”. E.Şahinoğlu qeyd etdi ki, İsrail son illər Çinlə də münasibətlərini genişləndirməyə çalışır: “İsrail Çinin artan iqtisadi qüdrətiylə hesablaşır. İki ölkə arasında ticarət həcmi artır. Bu gedişat Amerikanı narahat etməyə bilməz. Amerikalı siyasətçilər və diplomatlar israilli həmkarlarına ən azı bu sualı ünvanlaya bilərlər ki, ”İsraili qoruyan biz, ancaq siz bizim rəqiblərlə sıx əməkdaşlıq edirsiniz”. Əslində Amerika haqlıdır. Rusiya və Çinin xarici və təhlükəsizlik siyasətinin məqsədi bəllidir. Hər iki dövlət Amerikanın tərəfdaşlarını öz tərəflərinə çəkməyə çalışırlar. Dövlət Departamentinin son hesabatında Pekinlə Moskvanın son illərdə Amerikanın müxtəlif bölgələrdəki maraqları əleyhinə xüsusi canfəşanlıq göstərdiyi qeyd edilir. Rusiya ilə Çinin Amerika əleyhinə formalaşdırmağa çalışdığı müxtəlif regional təşkilatlar da bununla bağlıdır. İsrailə gəldikdə isə bu dövlətin bölgədəki düşmənləri çoxdur. Ona görə də İsrail hökuməti Vaşinqtonun Çinlə bağlı xəbərdarlığını qulaqardına vura bilməyəcək”.

Bəs İran İsrailə qarşı koalisiya yarada bilərmi? Politoloq: “Ərəb dünyası İsraillə münasibətlərdə gərginliklər yaşasa da, bu dövlətlər İsrailə qarşı İranla birləşməzlər”.

Hər halda, səfirin ölümü Çin-İsrail münasibətlərinə təsir göstərə bilər, əgər ölümlə bağlı şübhələr aradan qalxmasa…

“Stressdən çox yeyirəm”

Türkiyəli aktrisa Eda Ece İnstaqramın canlı yayımında izləyiciləri ilə söhbət edib.

Axşam.az xəbər verir ki, aktrisa xarici gözəlliyi önəmsəmədiyini bildirib.

Hazırda “Yasak elma” serialında rol alan aktrisa karantin zamanı kökəldiyini açıqlayıb:

“Əzələli olmalıyam, çəki almamalıyam düşüncəsində olan, xarici görüntüyə üstünlük verən insanlar var. Mən elə biri deyiləm. Heç vaxt 48 kiloqram olmamışam, ən yaxşı halım 53 olub. Adətən 56 kiloqram oluram. Karantin vaxtı xeyli çəki aldım. Stressdən çox yeyirəm”.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?