Ev Blog Səhifə 3209

Vəzifəli vergi işçiləri məzuniyyətə çıxarkən müavinət alacaqlar

Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edib.

Dəyişikliyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödəniləcək:

1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində;

5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində;

10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində;

15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində.

Qeyd edək ki, indiyədək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilirdi:

1 ildən 5 ilədək – 21 manat miqdarında;

5 ildən 10 ilədək – 24 manat miqdarında;

10 ildən 15 ilədək – 27 manat miqdarında;

15 ildən 20 ilədək – 30 manat miqdarında;

20 ildən 25 ilədək – 39 manat miqdarında;

25 ildən 30 ilədək – 45 manat miqdarında;

30 ildən yuxarı – 60 manat miqdarında.

Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

Kamil Zeynallı azadlığa çıxır

Onun 10 sutkalıq inzibati həbs cəzasını bu gün başa çatır.

Kamil Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbi q edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinmişdi.

O, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinı inzibati həbslə cəzalandırılmışdı. (Ölkə.az)

Ombudsmandan Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı – Bəyanat

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz “seçkilər”in keçirilməsinə və pandemiya dövründə Ermənistan tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasına etiraz olaraq bəyanat yayıb.

yasamal.tv-ın məlumatına görə, bəyanatda bildirilir:

“Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Respublikasının adsız yüksəkliklərində yerləşən mövqelərini, eləcə də dinc əhalinin yaşayış yerlərini davamlı olaraq atəşə tutaraq atəşkəs rejimini pozması halları bizi dərindən narahat edir.

Pandemiya ilə əlaqədar BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən edilən müraciətlərə məhəl qoymayan Ermənistan hökuməti işğalçı və təcavüzkar siyasətinin fonunda təxribatçı hərəkətlərini davam etdirərək regionda daha da təhlükəli vəziyyət yaratmaqdadır. Hər şeydən əvvəl, pandemiya dövründə belə Ermənistan ordusunun atəşkəs rejimini pozmağa davam etməsi münaqişə zonasında yaşayan insanların həyat şəraitini daha da ağırlaşdırır.

Bir müddət öncə BMT-nin Baş katibi Antonio Quterreş qlobal atəşkəs çağırışı ilə çıxış etmiş, bu kontekstdə olduqca mühüm məqamları diqqətə çatdırmışdı. Baş katibin bəyanatında qeyd edilmişdir ki, zorakı münaqişələrin qurbanı olan köçkünlər və digərləri daha da həssas vəziyyətə düşürlər. “Bu gün dünyanın hər yerində təcili olaraq atəşkəsin bərqərar olmasına çağırıram. Silahlı qarşıdurmalara son qoymaq və birlikdə həyatımızda ən ümdə olan mübarizəyə qarşı səfərbər olmağın vaxtıdır. Döyüşən tərəflərə üz tutub deyirəm: Hücumlardan geri çəkilin. Etibarsızlığı və düşmənçiliyi kənara qoyun. Silahları susdurun, artilleriyanı dayandırın, hava hücumlarını bitirin”,-deyə bəyanatda vurğulanmışdı. Heç şübhəsiz, beynəlxalq təhlükəsizlik məsələsi və qlobal problem olan pandemiya şəraitində Ermənistanın təxribatçı əməllərini davam etdirərək atəşkəsi dəfələrlə pozması beynəlxalq hüquq normalarının, humanizm prinsiplərinin heçə sayılması ilə yanaşı, BMT-nin Baş katibi Antonio Quterreşin məlum bəyanatına sayğısız və etinasız münasibətin əyani göstəricisidir.

BMT-nin məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Sesilia Jimenez-Damari COVID-19-la bağlı 1 Aprel 2020-ci il tarixdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi internet səhifəsində yayımlanmış xüsusi bəyanatında pandemiya dövründə qaçqınların tibbi müayinə, su, sanitariya, qida və lazımi yaşayış şəraiti ilə təmin olunmaq baxımından məhdudiyyətlərlə üzləşmə və ayrı-seçkiliyə məruz qalmaq riskinin olduğunu vurğulamışdır. Bu məqam diqqətə alınaraq xüsusilə qeyd olunmalıdır ki, hazırda münaqişə zonasına yaxın yaşayış məntəqələrində pandemiya səbəbindən həyat şərtləri daha da ağırlaşıb. Belə ki, həmin ərazilərdə yaşayan insanların təmiz su ilə təmin olunması, dolayısıyla, onların gigiyena və sanitar xidmətlərə əlçatanlığı risk altındadır. Avropa Şurasının Parlament Assambleyasının 2016-cı ildə qəbul etdiyi 2085 saylı qətnamədə işğal olunmuş ərazilərdə və bu ərazilərə qonşu rayonlarda yaşayan əhalini təmiz su ilə təmin edən işğal olunmuş ərazidə yerləşən Sərsəng Su anbarının baxımsız vəziyyətdə olmasının insan həyatı üçün təhlükə yaratdığı və ciddi fəlakətlərə yol açacağı vuğulanır. Təəssüflə qeyd olunmalıdır ki, işğal faktının fonunda Sərsəng Su anbarının baxımsız vəziyyətdə olması həmin ərazilərdə yaşayan soydaşlarımızın həyat və sağlamlığını pandemiya dövründə daha böyük risk altına salmışdır.

Xatırlatmaq vacibdir ki, Ermənistan hökümətinin BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini və ümumilikdə, beynəlxalq hüququn tələblərini heçə sayaraq işğalçılıq siyasətini davam etdirməsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonu hələ də işğal altındadır. Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların fundamental hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Təcavüz nəticəsində, həmçinin 20 mindən artıq günahsız insan, o cümlədən uşaqlar, qadınlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilmiş, minlərlə insan girov götürülərək işgəncələrə məruz qalmışlar.

Qeyd etmək istərdik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri vəziyyəti məhz “hərbi işğal” kimi müəyyən etmiş, Avropa İnsan Hüquqları Məhkəməsi isə “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə verdiyi qərarda işğal edilmiş ərazilərimizə effektiv nəzarətin məhz Ermənistan Respublikası tərəfindən həyata keçirildiyini təsbit etmişdir. Eyni zamanda, Avropa İttifaqı və Avropa Şurası tərəfindən qəbul olunmuş qətnamə, qərar və tövsiyələrdə Azərbaycan torpaqlarının işğal olunması və həmin ərazilərə separatçı qüvvələrin nəzarət etməsi faktları təsbit olunmuşdur.

Bunlarla yanaşı, dünyanın COVID-19 infeksiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən qeyri-qanuni “seçkilər”in və qondarma “andiçmə” şousunun təşkili də bu ölkənin işğalçı siyasətinin və separatizmə dəstək xarakterli destruktiv mövqeyinin növbəti bariz nümunəsi, beynəlxalq hüquq normalarının kobud surətdə pozulması faktıdır. Qondarma “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir, hər hansı bir hüquqi qüvvəsi yoxdur və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə və birmənalı olaraq rədd edilib.

Dünya ictimaiyyətini, xüsusilə də nüfuzlu beynəlxalq qurumları respublikamızın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulmuş fundamental hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq səylərlə çıxış etməyə – zəruri addımlar atmağa və təxriəsalınmaz tədbirlər görməyə çağırıram”.

Azərbaycanda tikinti materiallarının istehsalı azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 203,9 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5% azalıb.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, tikinti gipsinin istehsalı 2,9 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 9,9%, tikinti kərpicinin istehsalı 6,8% artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı 4,3%, sementin istehsalı 8,7%, tikinti əhənginin istehsalı 24,6%, asfaltın istehsalı 41,3%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 44,8%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 69,3% azalıb.

Rüstəm Usubov vəzifədən azad edildi

Rüstəm Usubov Baş prokurorun birinci müavini vəzifəsindən azad edilib.

yasamal.tv-ın xəbərinə görə, həmin vəzifəyə Elçin Məmmədov təyin olunub.

Qeyd edək ki, 1954-cü il təvəllüdlü R.Usubov 12 avqust 2005-ci il tarixdən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifəsində çalışırdı./Report/

Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

FED-in bank sektorunda böhranın daha dərin olacağına dair məlumatları, dollara olan tələbi artırıb.

Beynəlxalq valyuta birjalarında çərşənbə günü yayımlanan FED-in toplantı protokolunda bankların daha çox risk altında olduğunu vurğulanması, Amerikanın SP kimi fond indekslərinin ucuzlaşmasına səbəb olmaqla yanaşı, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də bahalaşmasına səbəb olub.

Nəticədə avro və funtun qiymətlərində də ucuzlaşma müşahidə edilir. Təhlillərə əsasən, avro 1.09, funt sterlinq isə 1.21$-a kimi ucuzlaşa bilər.

İngiltərədən açıqlanacaq göstəricilər önəmli olacaqdır.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərənin sənaye və xidmət sektorlarında dair yayımlanacaq önəmli fundamental göstəricilər həm məzənnələrə, həm də sabah Avrozonadan açıqlanacaq göstəricilər fonunda ehtimallara təsiri baxımından önəmli olacaqdır.

TCMB-dən faiz qərarı və USD/TRY.

Bu gün saat 15:00-da Türkiyə Mərkəzi Bankı tərəfindən dərc ediləcək faiz qərarı da investorların diqqət mərkəzindədir. USD/TRY məzənnəsi isə 6.84TL-ni qırarsa, yenidən bahalaşmağa başlaya bilər.

Dollarda bahalaşma, Bitkoində ucuzlaşmaya səbəb olub.

Kriptovalyuta birjalarında isə dolların bahalaşması, Bitkoinin ucuzlaşmasına səbəb olub. Lakin 9327$-da yenidən dəstək görən qiymət, sözügedən səviyyənin üzərində qaldıqca, 9700$-a kimi bahalaşa bilər.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.(marja.az)

XİN:”Şuşadakı “andiçmə” şousu Ermənistanın ilhaqçı siyasətinin bariz nümayişidir”

“Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilərin” və qondarma “andiçmə” şousunun təşkili Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir”.

“Report” xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə ziddiyyət təşkil edən və müvafiq olaraq, beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilən qondarma “seçkilərin” nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur və ola da bilməz:

“Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejim təcavüzkar Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni güc tətbiqi, ərazilərinin beşdə birinin işğalı, qanlı etnik təmizləmə və yüz minlərlə məcburi köçkünün fundamental hüquqlarının pozulmasının nəticəsidir.

Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi əhəmiyyəti olan Şuşa şəhərində “andiçmə” adı altında təşkil edilən bu təxribatda təcavüzkar Ermənistanın baş nazirinin iştirakı, özünü “demokrat” kimi təqdim edən birinin demokratiya anlayışına qara ləkə sürməsindən başqa bir şey deyildir. Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalının davam etdiyi və Dağlıq Qarabağın azərbaycanlı əhalisinin zor gücünə didərgin salınaraq seçki hüquqlarından məhrum edildiyi bir şəraitdə hər hansı “seçki” və ya “andiçmə”dən danışmaq hüquqa zidd olduğu qədər, heç bir sağlam məntiqə sığmır və beləliklə də hamılıqla pislənir və rədd edilir.

Müharibə hələ bitməyib və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasını bütün mümkün vasitələrlə təmin etmək hüququna malikdir. Ermənistan rəhbərliyinin bu kimi təxribatçı fəaliyyəti münaqişənin sülh yolu ilə həlli cəhdlərini demək olar ki, heçə endirməklə, bölgədə gələcək hərbi qarşıdurmanın və gərginliyin artmasına xidmət edir. Heç kəs şübhə etməsin ki, işğal olunmuş ərazilərimiz işğaldan azad olunacaq, beynəlxalq tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və məcburi köçkünlərin fundamental hüquqları təmin ediləcək”.

Ərdoğan və Duda İlham Əliyevə məktub göndərdi

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

yasamal.tv məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident.

Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına öz adımdan və Polşa xalqı adından ən xoş təbriklərimi və arzularımı çatdırıram.

Ortaq qəhrəmanlarımız general Maçey Sulkeviç və polkovnik Vəli bəy Yadigarın tarixi irsinə toxunaraq, ölkələrimizin və cəmiyyətlərimizin iqtisadi və sosial inkişafı üçün üzərimizə xüsusi bir məsuliyyət qoyan müasir çağırışları xatırlamalıyıq. Ümid edirəm və tam əminəm ki, ölkələrimizin iqtisadi inkişafı həm ikitərəfli, həm də beynəlxalq səviyyədə bu hədəflərə çatmağa xüsusilə kömək edəcəkdir.

Sizə Azərbaycanın suverenliyinin möhkəmləndirilməsində, hərtərəfli inkişafında və bölgədə, eləcə də Avropa İttifaqı ilə güclü beynəlxalq münasibətlərin qurulmasında davamlı uğurlar diləyirəm”.

***

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Cənab Prezident, Əziz Qardaşım.

Can Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə millətim adından və şəxsən öz adımdan Zali-alinizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını ən səmimi duyğularımla təbrik edirəm.

Müstəqilliyinin bərpasından bəri gündən-günə daha da inkişaf edən Azərbaycanın qətiyyətli liderliyinizlə əldə etdiyi mühüm nailiyyətlərə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuramızın sonuncu iclasında fəxrlə bir daha şahid oldum. İnamla və qüdrətli bir şəkildə Cümhuriyyət tarixinin 102-ci yaşına qədəm qoyan Odlar Yurdunun bütün sahələrdə böyük addımlar atmağa davam edəcəyinə ürəkdən inanıram.

Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi “Bir millət, iki dövlət” ruhu ilə daha da genişləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnunluq duyuram. Qəlbləri birlikdə döyünən ölkələrimizin indiyə qədər olduğu kimi, bundan sonra da milli məsələlərimizdə qardaşlıq həmrəyliyini davam etdirəcəklərinə, bölgəmizdə sülh, rifah və sabitliyə sanballı töhfələr verməyə davam edəcəklərinə inamım qətidir.

Fürsətdən istifadə edərək, bir daha Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzularımızı çatdırıram”.

“İntihar etmək istədim” – Roza Zərgərli

“Öz qızımın 3 yaşı olanda Natavan adlı qızı övladlığa götürdüm. Əslində rus adı idi, dəyişdim. Öz qanından olmayana daha çox əmək sərf edirsən. Övladlığa götürdüklərim doğma qızımla eynidir. Nəvəmi hamısından çox istəyirəm. Halbu ki, doğma nəvəm deyil”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “5/5” verilişində qonaq olarkən deyib. Sənətçi övladlığa götürdüyü qızla bağlı başına gələn hadisəni danışıb. Göz yaşlarını saxlaya bilməyən Roza bunları söyləyib:

“Qızın anasını tapdım və rəfiqəm kimi ona təqdim etdim. Bir qadın kimi qısqanclıq hiss edirdim ki, sənə canımı verirəm, niyə doğma ananı axtarırsan. Ona görə qadını axtarıb tapdım. Natavanın ad günündə ona dedim ki, anandır. Anasının zahiri görünüşünü bəyənməsə də, münasibət qurdular. Klip təqdimatım ərəfəsində evə qayıtdım ki, qapı açıq, heç kim yox və qarət edilib. Hər şey balalarıma qurban. Onlardan biri xəstəxanaya düşəndə Allaha dua etmişəm ki, özümünkünü apar, buna dəymə. O demək deyil ki, öz övladımı çox istəmirəm, istəyirəm. Sadəcə, bu birilər əmanətdir.

Həmin hadisədən sonra depressiyaya düşdüm, özümə qapandım. Bəzi şeylər səni sındırır, heç nə gözündə görünmür. Beş il sənətdən uzaqlaşdım. 7 il sonra qızı yenidən qəbul etdim”.

Zərgərli bildirib ki, həmin ərəfədə intihar belə etməyi düşünüb:

“Hətta elə olurdu ki, nəsə problem yaşananda onu yox, doğma qızım Bənövşəni döyürdüm. Amma peşman deyiləm. Ona sual verdim ki, axı niyə? Qayıtdı ki, sən mənim doğma anam deyilsən… Ona görə pis oldum. Tanrıya bir şeydə şükür və təşəkkür edirəm ki, qızım Bənöşədir. O biri uşaqlara deyirəm ki, siz Bənövşənin yerinə olsaydınız, bunu qəbul etməzdiniz. O bir dəfə deməyib ki, niyə bunlara edirsən, mənə yox? Hər şey hamıya eyni qaydada edilir”.

http://

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə xalqa təbrik ünvanlayıb.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, təbrikdə deyilir: “Bismillahir-rəhmanir-rəhim!

Əziz müsəlman qardaş və bacılar, möhtərəm həmvətənlərim!

Dünya müsəlmanlarının əziz günü – Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

Allah dərgahında rəhmət, bərəkət və məğfirəti ilə üstün aylardan olan Ramazanın əzəmət və sevinci hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşurlar. Allahdan dua edirik ki, bu bayram insanlar üçün səadət və xeyir-bərəkətlərə vəsilə olsun!

Bu ilki Ramazan dünya üçün mürəkkəb dövrə təsadüf etdi. Bəşəriyyət xəstəlik təhlükəsi ilə mücadilə apardığı bir zamanda dünya müsəlmanları kimi İslam aləminin ayrılmaz parçası olan Azərbaycan dindarları da dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi çətinliklərin tezliklə aradan qalxması, Yer üzündə salamatlıq, əmin-amanlığın hökm sürməsi üçün dualar etdilər, Ramazan ayının oruc, ibadətlərini ixlas və təqva ilə yerinə yetirdilər, evlərində, ailə ocaqlarının başında böyük ümid və imanla Ramazan sevincini yaşadılar. Azərbaycan cəmiyyəti dövlət başçısının «Biz birlikdə güclüyük» şüarı ilə səfərbər oldu. Necə ki Uca Allah Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurur ki, hamılıqla Allahın nuruna möhkəm sarılın və ayrılmayın. Ən müqəddəs dəyər olan insan həyatının qorunması yönündə fövqəladə tədbirlər, vaxtında verilmiş qərarlar Allahın köməyi ilə xalqımızı ağır itkilərdən qorudu. Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanımın ölkə vətəndaşlarına ümid və əminlik bəxş edən sosial layihələri, yardımları, səmimi ünsiyyət və müraciətləri dövlət rəhbərinin siyasi iradəsini və xalq-dövlət birliyinin gücünü bariz şəkildə nümayiş etdirir. Azərbaycan liderinin ölkə daxilində və beynəlxalq müstəvidə hümanizm örnəyi Ramazanın mərhəmət abı-havası ilə həmahəng oldu. Cəmiyyətimizin mənən saflaşmasına xidmət edən dövləti əhəmiyyətli addımlar Uca Allaha xoş gedən, xalq tərəfindən təqdir olunan hallardır.

Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və inkişafında əvəzsiz xidmətləri olmuş Ulu Öndər Heydər Əliyev qədirbilən xalqımız tərəfindən bu əziz bayram günlərində rəhmət və ehtiramla yad olunur. Azərbaycan xalqı əmindir ki, Allahın köməyilə, firavan sabahının, dinc sabit həyat və tərəqqisinin zəmanəti müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni-mənəvi qüdrətinin təmini üçün yorulmaz səylər göstərən Prezident İlham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi davamlı islahatlar, xalqın maddi və mənəvi rifahının daha da yaxşılaşdırılmasına yönəlik müdrik dövlət siyasətidir.

Allah-Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımız, Vətənimiz, dünyanın salamatlığı, əmin-amanlığı üçün dualar edirik. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu bayram günlərində dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi iqtisadi çətinliklərin tezliklə aradan qalxmasını, xəstələrin şəfa tapmasını, dünyasını dəyişənlərin rəhmətə qovuşmasını diləyirik. İnşallah, işğal altında olan torpaqlarımızı azad etməyi, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini Allah bizlərə nəsib etsin! Allah müstəqilliyimiz, dövlətçiliyimiz uğrunda cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Savab, ülfət ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi müstəhəb əməllərdəndir.

Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, xalqımıza salamatlıq, hər bir ailəyə rifah bəxş etsin! Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlətimizi, dövlət rəhbərimizi müzəffər qərar versin! Allah Azərbaycan xalqını qorusun! AMIN!”

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?