
Bosniya və Herseqovinadan olan dünya şöhrətli musiqiçi Qoran Breqoviç Moldovaya buraxılmayıb.
yasamal.tv xəbər verir ki, Breqoviç festivalına gələn bəstəkar və qrupunun Kişinyov beynəlxalq hava limanında ölkəyə girişinə mane olublar.
“Təəssüflə bildiririk ki, Q.Breqoviçin qrupu festivalın təşkilatçılarından və ya sənətçilərin özündən asılı olmayan səbəblərə görə bu axşam planlaşdırılan konsertdə iştirak edə bilməyəcəklər” deyə, təşkilatçılar bildirib.
Breqoviç festivalda çıxış edə bilmədiyi üçün pərəstişkarlarından üzr istəyib. Musiqiçinin sözlərinə görə, heç bir rəsmi izahat olmadan onu ölkəyə buraxmayıblar.