“Barbi”nin uğuru Tom Kruzu əsəbiləşdirib

13

“Barbi” filminin uğurunun Hollivud ulduzu Tom Kruzu əsəbiləşdirdiyi iddia olunub.

yasamal.tv xəbər verir ki, buna səbəb aktyorun yeddinci hissəsi təqdim olunan “Missiya: Mümkün olmayan” filminin adı çəkilən ekran işinin fonunda geridə qalması olub.

Xarici mediada yer alan məlumatlara görə, hazırda Hollivudda “Barbi” ucbatından çətin bir dövr yaşanır.

Qeyd edək ki, Kruzun ekran işi beş həftə ərzində kassada 523 milyon dollar qazanıb. Filmin davamı 300 milyon dollara başa gəlib və marketinq xərclərinə 100 milyon dollar ayrılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin