Rusiya ilə danışıqları tam istisna etmək olmaz – Merkel

13

Almaniyanın keçmiş kansleri Angela Merkel Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün danışıqların mümkünlüyünü istisna etməməyə çağırıb.

yasamal.tv xəbər verir ki, bu fikir Leypsiqdə kitab sərgisində keçirilən mətbuat konfransı zamanı səsləndirilib.

“Mənim üçün vacib olardı ki, biz çox dar pəncərədən baxmayaq. Mən Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalından əvvəl Putini sakitləşdirmək cəhdlərimdə haqlı olduğumu hesab edirəm. Bütün mümkün vasitələrlə Putinin hərəkətlərinin və hazırkı vəziyyətin qarşısını almağa çalışdım. Bunun uğursuz olması, fikrimcə, cəhd etməyə dəymədiyini sübut etmir”, – Merkel deyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin