“Jurnalistlərin media reyestrində qeydiyyatı könüllüdür. Media reyestri ümumi sistemin formalaşdırılması, ona veriləcək hüquq və imtiyazlar baxımından önəmlidir”.
yasamal.tv xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyininin sədri Əhməd İsmayılov 2022-ci ilin yekunlarına dair hesabat tədbirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, jurnalistlərdən fərqli olaraq media subyektlərinin qeydiyyatı könüllü deyil.
“Onlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçiblər və bu məlumatlar media reyestrinə daxil edilməlidir. Media reyestrinin üstünlüyündən biri onlayn saytlarımızın media subyekti kimi qeydiyyata alınmasıdır.
Əgər media subyekti media reyestrində qeydiyyatdan keçmərsə onunla bağlı məhkəməyə müraciət ediləcək. Media subyektinin fəaliyyəti artıq məhkəmə qərarından asılı olacaq “.