Böyük Britaniyanın Kralı III Çarlz sevimli oyuncağı olan ayısız yaşaya bilməz.
yasamal.tv xəbər verir ki, bu barədə Şahzadə Harrinin “Spare” adlı xatirə kitabında yazılıb. “Atam hər yerə ayısı ilə gedir. Qolları sınmış, sapları sallanmış, orda-burda deşik-yamaqları olan yazıq oyuncaq idi”-deyə, o bildirib.
Bioqraf Kristofer Andersen daha əvvəl “Kral: III Çarlzın həyatı” kitabında bildirmişdi ki, monarx hələ də uşaqlıqdan saxladığı “oyuncaq ayı ilə səyahət edir”. Ona monarxın köməkçisi Maykl Favsett qulluq edir.