Almaniyada nəhəng akvarium partladı

11

Almaniyanın paytaxtı Berlində hündürlüyü 16 metr, diametri 11 metr yarım olan, içərisində 1500 balığın olduğu nəhəng akvariumun partladığı bildirilir…

yasamal.tv xəbər verir ki, Berlin polisindən verilən açıqlamada bu gün səhər saatlarında silindrik formalı “Sea Life” akvariumunun naməlum səbəbdən səs-küylü şəkildə partladığı bildirilib.

Açıqlamada akvariumun yerləşdiyi otel binasının fasadının zədələndiyi və binanın hissələrinin küçəyə yayıldığı bildirilib. Akvarium suyunun binanın qarşısından keçən küçəyə axdığı bildirilərkən, verilən açıqlamada 2 nəfərin şüşə qırıqları ilə yaralandığı qeydə alınıb.

Açıqlamada akvariuma hücum əlamətinin olmadığı vurğulanıb. Bildirilir ki, binaya ziyan dəydiyi üçün oteldə qalan insanlar təxliyə edilib.

Yanğınsöndürmə idarəsindən verilən açıqlamada isə içərisində bir milyon litr su olan akvarium çox qısa müddətdə partlayıb:

“Akvarium nasaz olduğu zaman birdən partlayır. Bu, suyun sızdığı kiçik bir çat deyil, çünki akvarium qəfildən partladı”.

Qeyd edək ki, şəhərin mühüm turizm bölgəsində yerləşən, hündürlüyü 16 metr, diametri 11,5 metr olan akvariumda 1 milyon litr su və 1500 müxtəlif cins balıq var idi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin