“Sülhməramlılar olmasaydı Xankəndidəki rejim məhv olardı” – Babayan

11


Bir neçə gündür Laçın dəhlizinin bağlı qalması Xankəndidəki separatçıları təşviş içində saxlayır.

yasamal.tv xəbər verir ki, bu gün jurnalistlərə açıqlama verən qondarma rejimin “xarici işlər naziri” vəzifəsini icra edən David Babayan gərginlik içində yaşadıqlarını gizlətməyib.
O, rus sülhməramlılarına yaltaqlanmağı da unutmayıb: “Ümid edirik ki, bu gün Gorus- Xankəndi yolu açılacaq. Bu istiqamətdə müəyyən işlər görülür. Amma biz onu da anlamalıyıq ki, bundan sonra bu cür hadisələr tez-tez baş verəcək. Laçın dəhlizindəki keçid məntəqəsində gömrük postunun quraşdırılmasına gəldikdə isə, əgər bu reallaşsa, post Xankəndini “həbsxanaya” çevirəcək”.

Təxribatçı Vardanyan Xənkəndidə mitinq elan etdiRusiya sülhməramlılarının bölgədəki fəaliyyətinin “əhəmiyyəti”ndən danışan Babayan qeyd edib ki, “Biz obyektiv olmalıyıq. Rusiya sülhməramlı missiyası olmasaydı, bizim rejim çoxdan məhv olardı. Digər tərəfdən, onu da gördük ki, sülhməramlı missiyanın potensialı artırılmalıdır. Artıq müxtəlif instansiyalarda bu mövzuda olan təkliflərimizi səsləndirmişik”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin