Gülşən həbs oluna bilər

10

Son günlər səhnə geyimləri ilə gündəmdən düşməyən Gülşən yeni bir qalmaqala imza atıb.

yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, sənətçi barəsində İstanbul Cümhuriyyət Baş Prokurorluğunda araşdırma başladılıb.

Buna səbəb isə onun konsertlərindən birində dediyi sözlər olub. Belə ki, Gülşen konsert zamanı “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” deyib.

Gülşənin bu sözləri həmin liseydə oxuyanlar və məzunlarla yanaşı, eləcə də dindarları qəzəbləndirib. Tvitterdə Gülşenin həbs olunması üçün #gulsentutuklansın heşteqi ilə yüzlərlə paylaşım edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin