Daşkəsəndə yol qəzası: xəsarət alanlar var

10


Daşkəsən rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

yasamal.tv-ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21011” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmir maneələrə çırpılıb.

Hadisə zamanı 1970-ci il təvəllüdlü Xəlil İbrahimov və 1966-cı il təvəllüdlü Sənəm Heydərova xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan X.İbrahimovun vəziyyəti ağır, S.Heydərovanın vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin