Türkiyəli müğənni Nihat Doğan ani bir qərarla iranlı pərəstişkarı Arzu adlı xanımla evlənməsi ilə bağlı suallara aydınlıq gətirib.
yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, ifaçı nikahı Arzunun hamilə olması səbəbindən erkən etdiyini vurğulayıb:
“Dini nikahımız var idi. Toy edəcəyimiz ərəfədə əmimin həyat yoldaşı vəfat etdi. Buna görə də toyu ərtələməli olduq. Amma həyat yoldaşımın hamilə olması səbəbi ilə rəsmi nikah bağladıq.
Arzunun arxasıyca çox qaçmışam. Onu bu evliliyə razı salmaq üçün çox çalışdım. Anamla İrana gedib onu ailəsindən istədik.
Dostlarımız xəbər vermədən evləndiyimiz üçün bizdən inciyib. Amma uşağa görə, prosesi tezləşdirməli idik. Nəsib olarsa, sonra daha böyük toy edərik”.
Qeyd edək ki, cütlük bir neçə gün əvvəl evlənib. Arzu Doğan hazırda 3 aylıq hamilədir.