Rusiya XİN: “Laçın dəhlizi məsələsi üçtərəfli razılaşma əsasında həllini tapmalıdır”

11


Rusiya Xarici İşlər Nazirliyi Cənubi Qafqazdakı son proseslərə münasibət bildirib.

yasamal.tv xəbər verir ki, bu barədə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə danışıb.

“Regiondakı vəziyyət hələ də Moskvanın diqqət mərkəzindədir. Bütün məsələlər, o cümlədən Laçın dəhlizi ilə bağlı məqam üçtərəfli razılaşma əsasında həll edilməlidir”, – o deyib.

İ.Neçaev xatırladıb ki, Rusiya tərəflərlə daim təmasdadır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin