Azərbaycan nefti bahalaşıb

11

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 4-də 113,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,85 dollar/barel çoxdur.

yasamal.tv xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 112,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,83 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,97 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 109,02 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,89 dollar/barel çoxdur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin