“Yeni sistemlə işçilərin hüquqlarının pozulması minumuma endiriləcək”

10

“”Əmək və məşğulluq” alt sistemi vasitəsilə 100 minə yaxın vakansiyalar real vaxt rejimində toplanacaq və bu, bizə imkan verəcək ki, işsiz şəxslər işlə təmin olunsunlar”.

yasamal.tv xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, sistem vasitəsilə kadr axtarışında yeni reallıq formalaşacaq.

“Vakant iş yerinə ən uyğun işçi insan faktoru olmadan uyğunlaşdırılacaq. Bu sistemlə kadr potensialının formalaşmasında yeni yanaşma olacaq”.

M.Abbasbəyli qeyd edib ki, sistem vasitəsilə gələcəkdə işəgötürənlərin səhv ehtimalı, işçilərin hüquqlarının pozulması minumuma endiriləcək.

“Bunun nəticəsində fiziki yoxlamaların sayı azalacaq. Toplanan datalar əsasında gələcəkdə əmək bazarının təhlilərini apara biləcəyik”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin