Çexiya Rusiya vətəndaşlarına viza verilməsini dayandırır.
yasamal.tv xəbər verir ki, Baş nazir Petr Fiala bununla bağlı hökumətə göstəriş verib:
“Çexiya Rusiya vətəndaşlarına viza və Çexiyada oturum, müvəqqəti yaşamaq izni verilmsəini dayandırır”.
Xəbərdə deyilir ki, bu addım Rusiyanın Ukraynaya hücum etməsinə cavab olaraq qəbul edilən qərarlardan biridir.